Yanacaqdoldurma məntəqəsi

Yanacaqdoldurma məntəqəsinəqliyyat vasitələrinin yanacaqla təmin olunması üçün nəzərdə tutulmuş yol kənarında yerləşən məntəqə. Məntəqədə, karbohidrogen, benzin, dizel, maye qaz və bu kimi məhsullar təqdim edilir.

Müasir yanacaq doldurma məntəqəsi.

Bundan başqa nisbətən daha az yayılan avtomobil qaz dolduran kompressor (avtomilləri sıxılmış təbii qazla təmin edir) və avtomobil qaz doldurma (avtomobili durulaşdırılmış neft qazı (LPG) ilə təmin edir) məntəqələri də mövcuddur. Həmçinin hidrogen yanacaq doldurma məntəqələrini bir neçə tipi var.

Tarixi

Dünyada ilk "yanacaq doldurma məntəqəsi" — aptek. İlk dəfə bu aptekdən Karl Bensin həyat yoldaşı Berta Bens Manheym-Pforsheym səfəri üçün istifadə edərək, avtomobil çənini doldurmuşdur.

Benzin və yanacağın başqa növləri, ilk dəfə apteklərdə satılmağa başlandı. Bu aptek sahibi üçün bu əlavə qazanc mənbəyi və əlavə biznes hesab edilirdi. Yanacaq məhsulları ilk təmin ilk belə aptek Visloh (Almaniya) şəhərində yerləşirdi. Bu aptekdə ilk dəfə avtomobili çənini dolduran Karl Bensin həyat yoldaşı Berta Bens olmuşdur: Beləki, Berta Bens 1888-ci ildə Manheymdən Pforsheymə və əksinə yola düşməzdən əvvəl avtomobil çənini məhz bu aptekdə doldurmuşdur. 2008-ci ildə bu hadisəni əbədiləşdirmək Berta Bens memorial lövhəsi qoyulmuşdur.[1]

İstinadlar

  1. ""Bertha Benz Memorial Route"". 2015-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-25.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.