Yana Nikitina

Yana Nikitina
Yana Vitalyevna Nikitina
Doğum tarixi
Doğum yeri Azərbaycan Azərbaycan SSR, Bakı
Vətəndaşlığı
Fəaliyyəti Aktrisa,Teleaparıcı
Fəaliyyət illəri 1992-indiyə kimi
Təhsili


Aktrisa

Həyatı

Yana Vitalyevna Nikitina 1975-ci il avqustun 15-də Bakıda anadan olub.Bakıda 9 №-li orta məktəbi bitirib.Daha sonra Bakı Slavyan Universitetinin filologiya fakultəsində təhsil alıb.Gənc yaşlarından teatr və televiziyada çalışıb.Yana Nikitina əsl şöhrəti “Şən və Hazırcavablar” klubu "Parni iz Baku"dakı çıxışları ilə qazanıb.O,bu komandada yeganə xanım iştirakçı olub.O,1994-cü ildən iştirak etdiyi bu komanda ilə 1995-ci ildə keçirilən yay kubokunun və XX əsrin ən yaxşı komandaları sırasında birinci olub.Azərbaycanda və Rusiyada serial və filmlərə çəkilib.Evlidir,bir oğlu var.Hal-hazırda həm Azərbaycan,həm də Rusiyada kastinq-direktoru,film və seriallarda rejissor və produser kimi çalışır.

Filmoqrafiya

  1. Graf Krestovsky (film, 2004) (TV şərhçisi)
  2. Milli bomba (film, 2004) (Yekaterina xüsusi müxbir)
  3. Əlvida, cənub şəhəri (film, 2006) (Valya)
  4. Barbados (film, 2011) (Valya)
  5. Bir kəndin sevinci (2012) (Nadya)
  6. Qorxma, mən səninləyəm! 1919 (film, 2013) (tərbiyəçi)
  7. Yasmin (film, 2013) (Fatimə)

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.