Yan Mayen

Yan Myen (norv. Jan Mayen) — Qrenland dənizi ilə Norveç dənizi arasında yerləşən ada. Ada Qrenlandiyadan 600 km, İslandiyadan 500 km, Norveçdən isə 1000 km məsafədə yerləşir.

Yan Mayen adası
norv. Jan Mayen
Ümumi məlumatlar
Sahəsi 377 km²
Uzunluğu
  • 54 km
Eni 15 km
Sahil uzunluğu 124.100 m
Hündür nöqtəsi 2277 m
Əhalisi 18 nəfər
Yerləşməsi
71°02′47″ şm. e. 8°13′49″ q. u.
Ölkə  Norveç
Yan Mayen adası xəritədə
Yan Mayen adası
Yan Mayen adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiya

Yan Myen adasının xəritəsi

Coğrafi koordinatlar: 71°00′ş. e., 8°00′q. u.

  • Torpaq sərhədlərinin uzunluğu: 0 km.
  • Şahil xəttinin uzunluğu: 124,1 km.

Dəniz hüququ:

  • ərazi suları:4 dəniz mili
  • bitişik zona: 10 dəniz mili
  • iqtisadi zona: 200 dəniz mili
  • materik şelfi: 200 metr dərinliyi və ya inkişaf dərinliyi zonası

İqlimi: dümanla müşahidə edilən qütb dəniz iqlimi.

Relyef: vulkanik mənşəlli ada. Bəzi hissəsi buzla örtülüdür.

Yüksəklik aralığı:

Təbii ehtiyatlar: yoxdur

Torpaqdan istifadə:

  • əkin sahəsi: 0 %
  • daimi əkilən sahələr: 0 %
  • digərləri: 100 % (2001)

Suvarılan torpaqlar: 0 km².

Təbii risklər: yatmış Berenberq vulkanı 1970-ci ildən fəallaşmışdır.

Ətraf mühit. Mövcud vəziyyət: qismən mamır və ot ilə örtülmüş, vulkanik ada.

Adanın uzunluğu — 55 km şimal-şərqdən cənub-qərbə).

Topoqrafiya

Jan Mayen adası vulkanik mənşəli olub bəzi əraziləri buzlaqlarla əhatə olunmuşdur (117 km²). Ada iki hissədən ibarətdir ki, böyük bir hissəsi şimalda (Nord-Jan) və kiçik bir hissə cənubda (Sør-Jan) yerləşir. Onlarda təxminən 2,5 kilometr eni olan bərzəxlə birləşirlər.

Adanın yaranması 7000 mon il öncəyə aiddir.

Relyefi dağliqdır. Ən hündür zirvəsi olan Berenberq adanın şimalında yerləşir (2277,3 metr dəniz səviyyəsindən yuxarıda).

Bərzəxdə iki böyük su tutarı var: Cənubi laqun (Sørlaguna) və Şimali laqun (Nordlaguna).

Geologiya

Ada Şimali Amerika plitəsi ilə Avrasiya plitəsinin qovşağından 170 km məsafədə yerləşir. Bu səbəbdən bölgədə yüksək tektonik fəaliyyət vardır.

Adanın şimal hissəsini təşkil edən Berenberq vulkanı Yer üzündə ən şimal fəal vulkandır. 1732-ci ildən 1985-ci ilə qədər olan dövrdə altı ədəd püskürməsi qeydə alınmışdır. Son püskürmələr 1970, 1973 və 1985-ci illərdə baş vermişdir. Ən güclü zəlzələ Rixter şkalasında 5 olmuşdur. 1970-ci ildəki püskürmə zamanı dənizə lava tökülməsi nəticəsində adanın sahəsi 4 kvadrat kilometrədək artmışdır.

İqlim

Adanın iqlimi dənizin stabilləşdirici təsirinə görə temperaturda kiçik fərqlər olur. Şimalına Qolfstrim cərəyanı təsir edir.

Adada yay ayları orta temperatur +5 °C, maksimal isə +18 °C-dir. Qişda orta temperatur −5 °C, nadir hallarda −20 °C olur.

Havalar tez-tez buludlu, xüsusilə payız və yaz mövsümlərində tez-tez duman müşahidə olunur. Tez-tez istiqamətini dəyişkən güclü küləklər əsir.

Flora

Adada əsl ağac və kollar yoxdur. Ancaq damarlı bitkilərin 76 növü mövcuddur. 2002-ci ildə isə yenisi aşkar edilmişdi. Xüsusilə damar bitkiləri arasında 3 dənəsi endemikdir və bu səbəbdən xüsusi qorunma tələb edir.

Yan Mayen florasına həmçinin 176 növ mamır, 140 növ şibyə və 66 növ göbələk daxildir.

Fauna

Adada 98 növ quş yaşayır. Onlardan 18 növü yuva qurur, daha 7 növün isə qurması ehtimal olunur. Adada məməlilərdən bəzən ağ və mavi arktika tülküsünü və ağ ayılarıgörmək olur. Ağ ayılar adaya ya qalın buz qatı altında girmək məqsədi ilə gəlirlər yada üzən buzlaqlarda təsadüfən adaya gəlirlər.

Berenberq vulkanı Norveç poçt markasında (1957)

Tarix

Ada onu 1614-cü ildə aşkar etmiş hollandiyalı balina ov gəmisinin kapitanının şərəfinə adlandırılmışdır. Daha əvvəlki iddialar — Henri Hudson, (1607); Jan Frolik (1612); Joris Karolus (1614) — isə inandırıcı deyildir.

Ancaq 1595-cildə Dyusburqda dərc olunmuş Şimal Buzlu okeanının xəritəsində Herard Merkator (1512–1594) Qrenland və Norveç dənizləri arasında Beeren Syland adlı adanı qeyd etmişdir .

Sonrakı əsrlərdə adanı yalnız Şimail Qrenlandiya şirkətini balina və dəniz məməlilərini ovlayan gəmiləri nadir hallarda ziyarət edirdi. Ada 1929-cu ildən Norveçin idarəçilindədir. Uzun müddət yatmiş Berenberq vulkanı (Hokon VII dağları) 1970-ci ildə aktivləşmişdir. Bu yer üzündəki şimal qütbünə ən yaxın aktiv vulkandır.

1961-ci ildə ada yaxınlığında K-19 sualtı qayığında qəza baş vermişdir.

Əhali

Yerli əhali yoxdur. Olonkinbyuen qəsəbəsində uzunmüddətli naviqasiya, meteorologiya stansiyasının və Sahil Mühafizəsi xitmətinin (iyul 2004) əməkdaşları yaşayır. Adada inzibati və mülki idarə etməni Loran-C stansiya deleqasiyasının rəhbəriicra edir.

Dil: norveç dili.

Tərəflərin statusu: Norveç ərazisi; 1994-cü ilin avqustundan Oslodan olan qubernator vasitəsilə idarə olunur. Buna baxmayaraq adada hakimiyyət Norveç Müdafiə Əlaqə Xidməti stansiyasının komandirinə verilmişdir.

Qnunverici sistem: Norveçin qanunvericilik sistemi

Bayraq: Norveç bayrağı istifadə edilir.

İqtisadiyyat

Yan Mayen əhəmiyyətli təbii ehtiyatları olmayan bir vulkanik adadır. Adada iqtisadi fəaliyyət Norveç radionaviqasiya və meteoroloji stansiyalarının əməkdaşları üçün xidmətlərin göstərilməsi ilə məhdudlaşır.

Nəqliyyat

Limanlar: yoxdur; yalnız xarici dayanacaqlar

Hava limanları: 1 (2003)
Torpaq örtüklü hava limanları:
ümumi: 1 1524–2437 m: 1 (2004)

Silahlı qüvvələr

Adanın qorunması Norveçin məsuliyyətidir. Bu məsələdə beynəlxalq anlaşılmazlıq yoxdur.

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.