Yan Hus

Yan Hus (çex. Jan Hus) - protestantlığın atası, Qusçular hərəkatının başlanması Yan Qusun adı ilə bağlıdır. Yan Qus bir müddət Praqa Universitetində rektor kimi fəaliyyət göstərmişdir. 1415-ci ilin 6 iyul tarixində dini fikirlərindən dolayı Konstans şəhər şurasının qərarı ilə yandırılaraq edam edilmişdir. Yan Qusun ölümündən sonra onun fikirləri və elmi əsərlərinə əsaslanan 1419-1434-cü illəri əhatə etmiş Qusçular hərəkatı baş qaldırmışdır.

Yan Hus
(çex. Jan Hus)
Doğum tarixi
Doğum yeri Bohemiya krallıqı
Vəfat tarixi
Vəfat yeri Konstans, Almaniya
Vəfat səbəbi Yandırılaraq edam edilmişdir
Dəfn yeri
Təhsili
  • Karlov Universiteti[d] (–1393)
Fəaliyyəti Alim
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və təhsili

Yan Qusun atasının arabaçı olduğu ehtimal edilir. O, ilk əvvəl Praktikdə yerləşən latın məktəbində, daha sonra isə 1390-cı ildən etibarən Praqa şəhərində təhsil almağa başlamışdır. Praqa Universitetində təhsilini başa vurduqdan sonra 1396-cı ildə magistr təhsilini almağa başladı. Yan Qus Çex dilinin yazılması üçün istifadə olunan çex əlifbasında bir sıra yeniliklər gətirdi və yazma prosesini daha da sadələşdirdi. Bohemiya krallığının kralı Venzelsin bacısı Annanın İngiltərə kralı II Riçard ilə evlənməsindən sonra Oksford Universitetində təhsil alan çex tələbələr Oxforddan olan din xadimi Con Viklifin fəlsəfi fikirlərini və kilsə siyasəti ilə bağlı olan yazılarını Praqa Universitetinə gətirməyə başldılar.

Bununla Yan Qus, 1398-ci ildən etibarən Viklifin təlimləri və fikirləri ilə tanış olmaq imkanı qazandı. Con Viklifin kilsə barədə olan fikirləri sərt idi. O, İngiltərədə fəaliyyət göstərən kilsənin əsil simasından uzaqlaşdığını bildirirdi. Viklif kilsənin ən qısa zamanda dünya nemətlərindən və qeyri qanuni qazanclardan imtina etməli olduğu fikirini müdafiə etmişdir. Yan Qus 1398-ci ildə etibarən dini təhsil almağa başladı və 1400-cü ildə rahib kimi fəaliyyət göstərmək hüququ qazandı. 1401-ci ildə isə təhsil aldığı və dərs dediyi universitetdə fəlsəfə faklütəsinin dekanı seçildi. 1402-ci ildə Praqa Universitetinin professor seçildi və 1409 - 1410-cu illərdə universitetin rektoru vəzifəsini icra etməyə başladı. Yan Qus bu müddət ərzində telogiya və fəlsəfə fənnlərindən təhsil aldığı və işlədiyi universitetdə dərslər keçirdi.

0px|Çexiyanın Praqa şəhərində yerləşən Bethlehem kilsəsi. Yan Qus bir müddət bu kilsədə baş rahib kimi fəaliyyət göstərmişdir.]] Yan Qus 1402-ci ildən etibarən Praqa şəhərinin köhnə səmtində yerləşən Bethlehem kilsəsində çex dilində gündəlik duaların oxunmasına və ibadətlərin icra edilməsinə rəhbərlik etməyə başladı. Qus, Hasenberq baş rahibi Zibok Zajikin sayəsində böyük şöhrət qazandı və bir neçə dəfə şura sədri seçildi. Bayern kraliçası Sofiyanın günah çığardan rahibi seçilməsi Yan Qusun nüfuzunu dahada artırmışdır. Yan Qus gündəlik müraciətlərində xalqa standart yaşam tərzindən uzaqlaşmağa dəvət edirdi. O, əsasən şərab tacirləri, zərgərlər və digər növ ticarətlərlə məşğul olan şəxslərə öz hüquqlarını qorumağa, yaşam tərzlərini dəyişməyə dəvət edirdi. Qus, Con Viklifin əsərləri və fikirləri ilə tanış olmuşdu və kilsənin əsas niyyətindən xəbardar idi. O, din adamların pul hərisi olmalarını və insanların dini hissləri ilə oynayıb onların əmlaklarını neçə hiyləgərcəsinə ələ keçirmələrini qəbul edə bilmirdi.

Yan Qus ən qısa zamanda kilsənin reform keçirməsini və fırıldaqçı rahiblərdən, din xadimlərindən təmizlənməsini tələb edirdi. Yan Qusun və tərəfdarlarının fikirincə Xristian dünyasında son sözü Roma Papasının deyil, incilin olmalıdır. Qusun müdafiə etdiyi fikirlərdən biridə, hər kəsə öz ana dilində ibadət etmək hüququnun verilməsi idi. Orta əsrlər Avropasında bir çox hallarda insanlara latın dilində dini xidmət təklif edilirdi və bəzi adamlarda latın dilini bilmədikləri üçün bu xidmətlərdən istifadə edə bilmirdilər. Yan Qusun qatı reformlar tələb edən fikirləri, Roma-Katolik kilsəsini narahat etməyə başlamışdı.

1408-ci ildə Praqa baş rahibi Yan Qusun təlimindən xəbər tutuldu və onu şura rəhbəri vəzifəsindən azad etdi. Ancaq vəzifəsinin əlindən alınması, Qusun mübarizə əzmini zəiflətmədi və o, xalq arasında öz təlimini yaymağa davam etdi, bununla da Qusçular hərəkatının əsas qoyulmuş oldu. Yan Qusun əsas hədəfi Roma-Katolik kilsəsi və Praqa şəhərində yerləşən dini idarə idi. Qısa zamanda Qusun, tərəfdarları çoxalmağa başladı və bir müddətdən sonra Bohemiyada yaşayan əhalinin yarıdan çoxu Yan Qusu dəstəkləməyə başladılar.

Praqa baş rahibi, şəhərdə artmaqda olan reform tələblərini yatırmaq və kilsənin nüfuzunu bərpa etmək üçün, dövrünün Roma papası olan V Aleksandra müraciər etdi. Gizli şəkildə aparılan danışıqlardan sonra belə bir nəticəyə gəlinmişdir ki, Yan Qusun əsas təsirləndiyi şəxs olan Con Viklifin Praqa şəhərində yerləşən bütün kitabları və əlyazmaları kilsəyə verilməli və Yan Qus xalqın qarşısında fikirlərini rədd etməli idi. Dini ayinlərin keçirlməsi hüququ müstəsna şəkildə yalnız katolik kilsəsinə verildi.

1410-cu ilin 9 mart tarixində Roma-Katolik kilsəsinin Yan Qus üçün nəzərdə tutduğu cəzanı elan etdi. Con Viklifə aid olduğu idda edilən 200-dən çox əl yazma yandırıldı və Yan Qus barəsində Roma şəhərində məhkəmə işi açıldı. Qusun Romadakı vəkilinin uğursuz olmasından sonra kilsə, 1410-cu ilin iyun ayında Yan Qusun Afaroz edilməsi barədə qərar qəbul etdi. Roma Papası İohann 1411-ci ilin fevral ayında Yan Qusu lənətlədi. Qusun Praqa şəhərindən sürgün edilməsi barədə şəhər şurası tərəfindən qərar qəbul edildi və bu qərardan sonra Praqada Qusçular tərəfindən ixtişaşlar törədildi.

Böyük bölünmə

Yan Qusun yaşadığı dövr xristianlığın dərin böhran keçirdiyi dövlərdən bir idi. Papa VIII Benifikin ölümündən sonra kardinallar vəziyyəti öz xeyirlərinə dəyişmək üçün Romadan deyil Fransadan roma papası seçdilər. 1305-ci ildə kardinalların dəstəyi ilə papa seçilən V Klement öz mərkəzini Roma şəhərindən Fransanın Avinqon şəhərinə köçürür. V Klementdən sonra seçilmiş yeddi papada mərkəz kimi Avinqon şəhərindən istifadə edirlər. Roma papalarının Avinqon şəhərində oturması 1377-ci ildə XI Qriqorun papa seçilməsi ilə başa çatır və o, yenidən Roma şəhərinə qayıdır. XI Qriqor Romaya qayıdandan bir il sonra vəfat edir və bəzi kardinallar fikir müxtəlifliyinin olmasına baxmayaraq papanın İtaliyadan seçilməsinə qərar verirlər. Bu qərarı qəbul etməyən bir qrup kardinal papanın Fransadan seçilməsini tələb edir və bununlada kardinallar arasında ciddi fikir ayrılığı yaranır.

İtaliyan və Fransız kardinallar öz papalarını seçir və qarşı tərəfdən seçilmiş papanı qəbul etmirlər. Bununlada papalıq sistemi iki yerə bölünmüş olur. İngiltərə və Roma imperiyası mərkəzi Roma şəhərində yerləşən papanı qanuni şəkildə qəbul edərkən, FransaKastiliya krallığı Fransız əsilli papanı qəbul edir. Mövcud problemi həll etmək məqsədi ilə 1409-cu ildə Piza şəhərində ali şuranın yığıncağı keçirilir. Şura iki əlavə şuranın çağrılmasını və yeni bir roma papasının seçilməsini təklif edir. Bu təklif problemi daha da dərinləşdirir. Şura hər iki papaya bu addan imtina etməyi və tam müstəqil bir papa seçmək təklifi ilə çıxış edir, ancaq hər iki papa tərəfdarlarının dəstəyi ilə Roma papası titulundan imtina etmirlər. Vəziyyət daha da gərginləşir və iki papa əvəzinə üç papa seçilir.

İngiltərə və Roma imperiyası tərəfindən dəstəklənənə İtaliyan əsilli papa, FransaKastiliya krallığı tərəfindən dəstəklənən fransız əsilli papa və Piza şəhərində çağrılmış ali şura tərəfindən seçilən papa. Xristian dünyasında belə bir böhranın yaşandığı dövrdə Bohemiya krallığında baş verən reformist hərəkatlar diqqətdən kənarda qalır və sürətlə inkişaf etməyə başlayır. Yan Qusun kilsə barədə olan sərt fikirləri, xalqın geniş kütləsi tərəfindən müdafiə edilir və Qus xalq qəhrəmanı elan edilir.

Yan Qusun edam edilməsi və quşçular hərəkatı

Yan Qusun tonqalda yandırılmasını göstərən orta əsr miniatürü.

Böyük bölünməyə son qoymaq üçün 1414 - 1418-ci ilərdə Kostans şəhərində yeni bir şuranın toplantıları keçirilir. Yan Qusunda bu yığıncaqlara çağrılaraq, dindirilməsinə qərar verilir. Qusun rahat və təhlükəsiz bir şəkildə Konstansa gəlməsi üçün Müqəddəs Roma imperiyasının kralı Ziqmund tərəfindən Yan Qusun həyatına təminat verilir. Şura eyni vaxtda fəaliyyət göstərən hər üç papanın fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilir. V Martin yeni Roma papası seçilir və bununlada böyük bölünməyə son qoyulur.

Yan Qus şura tərəfindən təşgil edilən yığıncaqlarda iştirak edir və öz fikirlərini açıq bir şəkildə müdafiə edir. Kral Ziqmundun Qusun həyatına verdiyi təhlükəsizlik təminatına baxmayaraq, Qus həbs edilir. Kilsə Yan Qusa fikirlərindən imtina etməyi və tövbə etməyə dəvət edir. Əgər belə edəcəyi halda, Qusun bağışlanacağına zəmanət verilir. Yan Qus fikirlərindən heç bir zaman imtina etməyəcəyini bildirir. Ali şuranın qərarına əsasən Yan Qus 1415-ci ilin 6 iyun tarixində kütlənin qarşısıda yandırılaraq edam edilmişdir. Qusun külləri Ren çayına səpilir.

Etnik baxımdan çex olan Yan Qusun tonqalda yandırılaraq edam edilməsi, çexlər arasında ciddi çaxnaşma saldı. Almanlara qarşı çexlərdə formalaşmış nifrət hissi, daha da gücləndi və çexlərin yaşadığı şəhərlərdə toqquşmalar yaşanmağa başladı. 1419-1434-cü illəri əhatə etmiş bu toqquşmalar Qusçular hərəkatı adı ilə tarixə düşmüşdür. Yan Qusun tərəfdarlarıda arasında fikir ayrılığı baş vermiş qusçular, radikal qusçular və liberal qusçular olmaqla iki yerə bölünür. Radikal qusçular Tobor şəhərində çəmləşdiyi üçün, çox zamanlar onlara Tobor qusçuları deyilirdi. 1431-ci ildə Bazel şəhərində toplanan şura liberal qusçuları öz tərəfinə çəkərək, radikal qusçuları təmiz aradan qaldırır. 1434-cü ildə çexlərin azadlıq hərəkatıda adlandırılan Qusçular hərəkatına son qoyulur.

Ədəbiyyat

  • Matthew Spinka: 'John Hus at the Council of Constance' Columbia University Press, 1965 (Includes the eye-witness account by Peter of Mladonovice)
  • Count Lützow: Life & Times of Master John Hus, E.P. Dutton & Co. London, 1909
  • Josef Macek: The Hussite Movement in Bohemia, Orbis, Prague, 1958
  • Philip Schaff-Herzog: Encyclopedia of Religion
  • Richard Friedenthal: Jan Hus. Der Ketzer und das Jahrhundert der Revolutionskriege. 2. Auflage 1987, ISBN 3-492-10331-6
  • Fudge, Thomas A. The Magnificent Ride: The First Reformation in Hussite Bohemia, St. Andrews Studies in Reformation History. Aldershot/Brookfield, Vermont: Ashgate, 2008
  • Wilhelm, J. (1910). Jan Hus. In The Catholic Encyclopedia. New York: Robert Appleton Company. Retrieved 16 May 2011 from New Advent: Jesus Son of God
  1. https://www.evangelisch.de/inhalte/90067/21-11-2013/zehn-protestanten-und-ihre-letzten-ruhestaetten.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.