Yanıx

Yanıx, Nşxark — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd.[1]

kənd
Yanıx
40°00′25″ şm. e. 45°14′26″ ş. u.
Ölkə  Ermənistan
Region Göyçə mahalı
Rayon Qaranlıq rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 677 nəf. (2008)
Yanıx xəritədə
Yanıx
Yanıx

Tarixi

Rayon mərkəzindən 13 km şimal-şərqdə, Göyçə gölünün sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində[2] qeyd edilmişdir.

Toponim Azərbaycan dilində «yanmış, susuz, quru yer» mənasında işlənən yanıx sözü[3] əsasında əmələ gəlmişdir. Quruluşca sadə toponimdir.

Əhalisi

Kənddə 1873 - cü ildə 194 nəfər, 1886-cı ildə 245 nəfər, 1897-ci ildə 303 nəfər, 1908-ci ildən 360 nəfər, 1914 - cü ildə 730 nəfər, 1916-cı ildə 423 nəfər azərbaycanlı yaşamışdır[4].

1919 - cu ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə dönə bilmişdir. 1922-ci ildə burada 66 nəfər azərbaycanlı, 1926-cı ildə 37 nəfər azərbaycanlı, 163 erməni yaşamışdır[5].

Göründüyü kimi, ermənilər buraya 1922-ci ildən sonra, 1923-1925-cı illərdə köçürülmüşdür.

1929-30 - cu illərdə azərbaycanlılar deportasiya olunmuş və burada yalnız ermənilər qalmışdır.

İstinadlar

  1. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  2. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.306
  3. Бушуева Е.Н. Словарь русской транскрипции географических терминов и других слов, встречающихся в топонимии Азербайджанской ССР, М., 1971. s.166
  4. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.66-67, 140-141
  5. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.67, 141
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.