Yamada Toraciro

Yamada Toraciro (山田 宗有)Türkiyə-Yaponiya münasibətlərinin inkişafında əhəmiyyətli rolu olmuş yapon biznesmen.[1] İki ölkə arasında rəsmi əlaqələrin qurulmadığı dövrdə siyasətçilər arasındakı görüşlərdə aktiv rol oynamışdır.[1]

Yamada Toraciro
yap. 山田 宗有
Doğum tarixi 23 avqust 1866(1866-08-23)
Doğum yeri
Vəfat tarixi 13 fevral 1957(1957-02-13) (90 yaşında)
Fəaliyyəti iş adamı, çay ustası[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İlk illəri

Yamada Toraciro 1866-cı ildə atasının baş samuray olduğu Numata şəhərində anadan olmuşdur.[1] 7 yaşında Tokioya köçmüşdür.[1] 15 yaşında Sohenryu çay mərasiminin ustadı Yamada Şocu tərəfindən yeni ustad kimi yetişdirilməsi üçün övladlığa alınmışdır.[1] Yamada bu dövrdə "Nihon Shimbun""Tokyo Nichinichi Shimbun" qəzetlərində yazmağa başlamışdır.[1]

Osmanlı dövrü

Ərtuğrul faciəsindən sonra faciə qurbanlarının yaxınlarına kömək məqsədilə Yaponiyada bir çox qəzet və təşkilat yardım kampaniyaları başlatmışdır.[1] Kömək edənlər arasında Yamada da var idi və pulun ikinci hissəsini Osmanlı imperiyasına aparmaq vəzifəsi ona verilmişdir.[1] Yamada 30 yanvar 1892-ci ildə Yaponiya donanması üçün Fransanın Lion şəhərində hazırlanan döyüş gəmisi Matsucimanı gətirmək üçün kirayələnən ingilis gəmisi Pasan ilə Yokohama körfəzindən yola düşmüşdür. Bu dövrdə geyim və parça işi ilə məşğul olan osakalı bir ailədən gələn dəniz zabiti Nakamura Kenciro ilə əməkdaşlıq etməyə başlamışdır. Hər ikisi də Osmanlıda ticarətlə maraqlanırdılar. 4 aprel 1892-ci ildə İstanbula ayaq basan[1] Yamada Xarici İşlər Naziri Səid paşa ilə görüşərək pulu ona vermişdir. Burada o, II Əbdülhəmidə samuray zirehi, dəbilqəsi və qılıncı bağışlamışdır.[lower-alpha 1] Yamada əvvəlcə Osmanlı dənizçilərinə Noda Şotaronun yaponca öyrətmə vəzifəsini öz öhdəsinə götürmüşdür.[1] Uzaq şərq qablarına böyük marağı olan Sultan II Əbdülhəmidə bu mövzuda məsləhətlər verən Yamada Nakamura Kenciro ilə Pera küçəsində "Nakamura Shoten" adlı mağaza işlətmişdir.[1] Bu mağazadan Yaponiyaya tütün, duz, qoyun yunu kimi məhsullar ixrac edilərkən, idxal edilənlər arasında Uzaq şərq qabları və ipəkləri var idi.[1]

15 yanvar 1906-cı ildə Kansay biznesmenləri ilə birlikdə siqaret kağızı istehsalı üçün "Toyo Seishi" adlı şirkət quran Yamada Birinci dünya müharibəsinin başlamasından sonra Yaponiyaya qayıtmışdır.[1] 1925-ci ildə noyabr ayında Yaponiya-Türkiyə Ticarət Dərnəyinin qurulmasında rol oynamış və bu dərnəyin prezidenti seçilmişdir.[1] 3 mart 1929-cu ildə İstanbulda Yaponiya Alış-Veriş Mərkəzini açmışdır.[1] Lakin Yamadanın fəaliyyətləri ancaq bizneslə məhdudlaşmışdır.[1]

Türkcə çox yaxşı öyrənən Yamada Türkiyə haqqında kitab və məqalələr yazmışdır.[1] 1911-ci ildə nəşr olunan "Toruko Gakan" adlı kitabında Yamada yapon oxucuları türk tarixi və mədəniyyəti ilə tanış edir.[1] Kitabda Türkiyə haqqında turistik məlumatlar, onların Yaponiya mədəniyyəti ilə müqayisəsini vermişdir.[1]

Qeydlər

  1. Hədiyyələr birbaşa Yamada tərəfindən II Əbdülhəmidə təqdim olunmayıb. Hədiyyələr 1891-ci ildə verilib, Yamada isə 1892-ci ildə İstanbula gəlib. Hədiyyələr hazırda Topqapı sarayında sərgilənir.[1]

İstinadlar

  1. Ali Volkan Demir. "Yamada Torajirö ve Türkiye". Folklor/Edebiyat (türkcə). İstifadə tarixi: 8 yanvar 2020.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.