Yalova Universiteti

Yalova universitetiTürkiyənin Yalova ilində təsis edilmiş dövlət universitetidir. 27 mart 2018 tarixində universitetin rektoru Rəcəb Tayyib Ərdoğan tərəfindən professor Suad Cəbəci təyin edilmişdi.[4] Prof. Fəhimə Jülidə Hizal Ucasoy, Prof. Fikrət Yüksəl, Prof. Orxan Torkul rektor köməkçiləri kimi fəaliyyət göstərirlər.[5]

Yalova universiteti
Yalova Üniversitesi[1]
Şüar İnkişaf edərək yarışırıq!
Əsası qoyulub 22 may 2008[2]
Tip Dövlət universiteti
Rektor Prof.Suad Cəbəci
Bakalavr sayı 5202
Magistrant sayı 1261
Şəhər Yalova
Ölkə
Ünvan Çınarcık Yolu Üzeri, 77200 Merkez/Yalova
Rənglər Firuzeyi və Tünd qırmızı
Sayt yalova.edu.tr

Akademik performansa dair universitet sıralaması labaratoriyasının araşdırmalarına əsasən 2019–2020 illəri etibarilə Türkiyədə akademik performans baxımından 12-ci sırada qərarlaşmışdı.

Tarixi

31 may 2008-ci il tarixli 26892 saylı sərəncama əsasən Yalova ilində təsisinə qərar verildi.[6] Uludağ Universiteti, Yalova Peşə Liseyi Yalova Universitetinin təməli hesab olunur. 1995-ci ildə Yalova ilinə aid bir universitetə ehtiyac olduğu üçün 22 yanvar 1996-cı ildə Yalova Ali Təhsil vəqfi, 19 fevral 2007-ci ildə isə Yalova Universiteti "Bərpa və Qorunma" dərnəyi qurulmuşdu. Yalova Universiteti 2008-ci ildə universitet təhsil fəaliyyətinə başladı.[7]

Fakültələr

  • Hüquq fakültəsi;
  • İqtisadiyyat və İdarəetmə Fakültəsinin alt bölmələri;
  1. Əmək İqtisadiyyatı və Sənaye Münasibətləri;
  2. İqtisadiyyat;
  3. Biznes;
  4. Siyasi elm və dövlət idarəetməsi;
  5. Sosial xidmət;
  6. Beynəlxalq əlaqələr;
  7. Beynəlxalq Ticarət və Maliyyə
  • İslam Elmləri Fakültəsinin bölmələri;
  1. Əsas islam elmi;
  2. Fəlsəfə və dini tədqiqatlar;
  3. İslam tarixi və sənəti
  • Mühəndislik fakültəsinin bölmələri;
  1. Kompüter mühəndisliyi;
  2. Elektrik mühəndisliyi;
  3. Sənaye mühəndisliyi;
  4. Enerji sistemləri mühəndisliyi;
  5. İnşaat mühəndisliyi;
  6. Kimya mühəndisliyi;
  7. Maşınqayırma Polimer mühəndisliyi;
  8. Nəqliyyat mühəndisliyi;
  • İncəsənət və dizayn fakültəsinin bölmələri;
  1. Ünsiyyət sənəti;
  2. Qrafik dizayn;
  3. Daxili memarlıq;
  4. Ənənəvi türk sənətləri;
  • İdman fakültəsinin bölmələri;
  1. Məşq təlimi;
  2. İdman menecmenti;
  3. Bədən tərbiyəsi və idman tədrisi
  • Tibb elmləri fakültəsinin bölmələri;
  1. Sağlam qidalanma və pəhriz;
  2. Uşaqların inkişafı;
  3. Fiziki müalicə və reabilitasiya;
  4. Tibb bacısı

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.