Yalova

YalovaTürkiyənin Yalova ilinin inzibati mərkəzi. Bugünkü inzibati bölgüyə görə, mərkəz rayonla birlikdə 6 ilçədən ibarətdir. İlçələr: Yalova Mərkəz, Altınova, Armudlu, Çınarcık, Çiftlikköy və Termal. Yalovanın 6 ilçə bələdiyyəsi ilə birlikdə, cəmi 15 bələdiyyəsi var.

Yalova

40°39′20″ şm. e. 29°16′30″ ş. u.


Ölkə
Tarixi və coğrafiyası
Hündürlük
30 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 133.109 nəf. (2022)[1]
Rəqəmsal identifikatorlar
Poçt indeksi 77000
Avtomobil nömrəsi 77
Rəsmi sayt
Yalova xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Yalova'daki Makhaçkala Parkı

Şəhərin əhalisi 2018 ildə 144.407 nəfər təşkil etmişdir. 1937-ci ildə 21.000 nəfər olan əhali 1990-cı ildə 65.823-ə, 2000-ci ildə 70.118-ə, 2007-ci ildə isə 87.372 nəfərə çatmışdır.

Yalova ərazisinə görə Türkiyənin ən kiçik ilçəsi olsa da, 105 km olmaqla, ən uzun dəniz sahili olan turizm ilçələrindən biridir.

Yalova, səmərəli və bərəkətli torpaqlara malikdir. Çınarcık, Gökçədərə, Albalılı, Kılıçköy və Taşköprü ilə dəniz arasında bir-birindən alçaq təpəciklərlə ayrılan böyüklü kiçikli düzənliklər yaranıb. Bu düzənliklər, axar sular boyu uzanmaqda olub dairələrində meyvəçilik və tərəvəzçilik aparılır.

Tarixçəsi

Bölgədə ilk yaşayış məskənləri e.ə. XVIII-XV Əsrlərə aiddir. 74-cü ildə romalılar ilçənin nəzarətini ələ keçirdi. Roma İmperiyasının 395-ci ildə parçalanmasından sonra Yalova Bizans İmperiyasının tabeliyinə keçdi. 1302-ci ildə Yalova ətrafında Bafeus müharibəsi baş verdi. Yalova və ətrafı 1326-cı ildə Osmanlı İmperiyasının nəzarətinə keçdi.

Mustafa Kamal Atatürk həyatının son hissəsində bəzən Yalovanı ziyarət etmiş və Yeriyən Köşkdə istirahət etmişdir. Bir çıxışında "Yalova mənim şəhərimdir" ifadələrini də işlətmişdir. Bu yolla şəhərə olan sevgisini ifadə etmişdir.

Həmçinin bax

  1. https://biruni.tuik.gov.tr/medas/?kn=95&locale=en.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.