Yalçın Əlizadə

Yalçın Mustafa oğlu Əlizadə (17 yanvar 1940, Kirovabad – 2 dekabr 2023) 1999–2012-ci illər Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı, Əməkdar jurnalist, professor.[1]

Yalçın Əlizadə
Yalçın Mustafa oğlu Əlizadə
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (83 yaşında)
Milliyyəti azərbaycanlı
Elm sahəsi jurnalistika
İş yeri
Təhsili
Mükafatları "Əmək" ordeni "Tərəqqi" medalı "Bakı Dövlət Universitetinin 100 illiyi" yubiley medalı
Azərbaycan SSR əməkdar jurnalisti "Qızıl qələm" mükafatı

Həyatı

Yalçın Əlizadə 1940-cı ilin yanvarın 17-də Gəncədə anadan olmuşdur. 1957-ci ildə Bakıdakı 132 nömrəli orta məktəbi bitirmiş, sənədlərini Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə vermişdir.[2] 1962-ci ildə ali məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışmış, 1971-ci ildə isə müəllimi Şirməmməd Hüseynovun dəvəti ilə fakültədə müəllimlik fəaliyyətinə başlamışdır.

Yalçın Əlizadə 2023-cü ilin dekabrın 2 -də 83 yaşında vəfat edib.[3] "Yasamal" qəbiristanlığında dəfn olunub.[4]

Ailəlidir, iki övladı, dörd nəvəsi var.

Fəaliyyəti

"Azərbaycanda radio-jurnalistikanın təşəkkülü və inkişafı" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək bu sahənin ən yaxşı tədqiqatçılarından sayılmış, həmçinin radio-jurnalistikanın nəzəri əsaslarını fundamental sürətdə araşdıran ilk alimlərdən biri olmuşdur. Yalçın Əlizadə televiziya və radio-jurnalistikanın aktual problemlərinə dair yüzə yaxın elmi məqalənin, iki dərsliyin, üç sənədli publisist kitabın müəllifidir.

Yalçın Əlizadə 1974–1981-ci illərdə BDU, jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışmış, 1979–1989-cu illərdə Universitetin Müəllim Həmkarlar İttifaqı Komitəsinin sədri olmuşdur. 1982–1999-cu illərdə Moskva Dövlət Universiteti jurnalistika fakültəsindəki televiziya və radio jurnalistikası kafedrasının müdiri, "dünya şöhrətli TV, radio nəzəriyyəçisi" (Y. Boretski) Ənvər Bağırovun Azərbaycan təmsilçisi oldmuşdur. 1999–2012-ci illərdə Yalçın müəllim fakültənin dekanı vəzifəsində çalışmışdır.

Yalçın müəllimin təşəbbüsü ilə "Azərbaycan" nəşriyyatında "Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrası"nın filialı, fakültədə Jurnalistika Araşdırma Mərkəzi yaradılmışdır. Respublika mətbuatında müntəzəm çıxış edən peşəkar jurnalist, tədqiqatla daim məşğul olan, səmərəli araşdırmalar aparan alim Yalçın Əlizadə həmçinin fakültə Elmi Şurasının sədri, universitet Elmi Şurasının üzvüdür.[1]

Tədris etdiyi fənlər

  • Televiziya və radiojurnalistikasının əsasları
  • Ədəbi redaktə nəzəriyyəsi və təcrübəsi[5]

Tədqiqat sahəsi

  • Televiziya və radio jurnalistikası

Kitabları

  • Muğanın mayakı. Bakı, 1961
  • Yer altında işıqlar. Bakı, 1972
  • Radiojurnalistikanın əsasları. Bakı, 1991
  • Azərbaycan efiri — tarix və müasirlik. (prof. Q. Məhərrəmli ilə həmmüəllif). Bakı, 2006
  • "Ədəbi redaktə" fənninin proqramı (bakalavr hazırlığı üçün) Bakı, 2012
  • Radio jurnalistikası:təməl biliklər. Elm və təhsil. Bakı, 2013
  • Zamanın rəngləri (məqalələr toplusu). Nurlan. Bakı, 2013[5]

Məqalələri

  • Qoşa qanadın uğuru. Bakı, 2005
  • Vaxtında və yerində deyilən söz. Bakı, 2005
  • İşıqlı ömür. Bakı, 2006
  • Jurnalistikaya həsr edilmiş ömür. Bakı, 2007
  • "Heydər Əliyev və mətbuat" dördcildliyində jurnalistikaya yeni baxış. Bakı, 2008
  • Nəsillərin həyat məktəbi. Bakı, 2008
  • Azərbaycanda ali jurnalistika təhsili- Azərbaycan mətbuat tarixi antologiyası. Bakı, 2011
  • Xeyirxah əməllər yolçusu (prof. N. Babayevin elmi-pedoqoji fəaliyyəti haqqında). Azərbaycan Respublikası dövlət müstəqilliyinin bərpasının 20 illik yubileyinə həsr olunmuş elmi-praktik konfransın materialları. Bakı, 2011
  • Jurnalistlərin unudulmaz müəllimləri (prof. T. Rüstəmovun biblioqrafiyasına ön söz). Bakı, 2011
  • Müasir jurnalistika təhsili: problemlərə baxış. "Jurnalistikanın nəzəri konsepsiyaları və mətbuat təcrübəsi". I Beynəlxalq elmi-nəzəri konfransın materialları, Bakı, 2012
  • Nəsillərin həyat müəllimi. (Azərbaycan televiziyasının inkişaf tarixi), "Yeni medianın humanitar aspektləri" elmi-praktik konfransının materialları. Bakı, 2013
  • "Jurnalistikamızın vicdan səsi". "Jurnalistika – Əlibəy Hüseynzadənin 150 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans materialları, Bakı, 2014[5]

Haqqında

Professor Şirməmməd Hüseynov:[6]

" Yalçın Əlizadəni bir dekan kimi belə xarakterizə etdi: Yalçın ləyaqət sahibidir, mənim ümidlərimi doğrultmuş alim və müəllimdir, dekanlığa yaraşan şəxsiyyətdir. "

Mükafatları

1989-cu ildə əməkdar jurnalist fəxri adına layiq görülən Yalçın Əlizadə 1966-cı ildə "Qızıl qələm" mükafatı laureatıdır. Heydər Əliyevin sərəncamı ilə 2000-ci ildə "Tərəqqi" medalına layiq görülmüşdür.[7]

2019-cu ildə Əlizadə Yalçın Mustafa oğlu Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif olunub.[8]

İstinadlar

  1. "Ömür də silsilə dağlara bənzər". 21 Jan 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27/01/2010.
  2. "Yalçın Əlizadə: alim və müəllim ləyaqəti". 18 Apr 2018 – 21 Jun 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010. 16 yanvar..
  3. "Tanınmış jurnalist Yalçın Əlizadə vəfat edib". Apa.az (az.). 2023-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-04.
  4. "Tanınmış jurnalist Yalçın Əlizadə dəfn olundu". informator.az. 2023-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-04.
  5. "Əlizadə Yalçın Mustafa oğlu". 6 Sep 2009 – 22 Jun 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-09.
  6. "Arxivlənmiş surət". 2023-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-06.
  7. "Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universiteti müəllimlərinin təltif edilməsi haqqında". frameworks.e-qanun.az. İstifadə tarixi: 2024-01-06.
  8. "Bakı Dövlət Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2023-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-06.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.