Yakutiya Muxtar Sovet Sosialist Respublikası
Yakutiya Muxtar Sovet Sosialist Respublikası (Yakutiya MSSR, YMSSR, saxa Саха автономнай сэбиэскэй социалистическэй республиката, saxa Саха АССР) — RSFSR tərkibində muxtar respublika. 1922-ci il aprelin 27-də təşkil olunmuşdur. 1922–1992-ci illərdə mövcud olmuşdur. Sahəsi 3103,2 min km², əhalisi 842 min nəfər olmuşdur (1978). 32 rayon, 10 şəhəri, 59 şəhərtipli qəsəbəsi olan Muxtar Respublikanın paytaxtı Yakutsk şəhəri olmuşdur. Lena, Anabar, Olenok, Yana, İndigirka çaylarının hövzəsində, şimalda Laptevlər və Şərqi Sibir dənizi, Yeni Sibir adalarının sahillərində yerləşirdi. Muxtar respublikanın ərazisinin 40% -dən çoxu Şimal Qütb dairəsi daxilində yerləşirdi.
muxtar respublika | |||||
Yakutiya Muxtar Sovet Sosialist Respublikası | |||||
---|---|---|---|---|---|
saxa Саха автономнай сэбиэскэй социалистическэй республиката | |||||
|
|||||
|
|||||
Paytaxt | Yakutsk | ||||
Rəsmi dilləri |
saxa rus |
||||
Valyuta | SSRİ rublu | ||||
Ərazisi | 3103,2 min. km² | ||||
Əhalisi | 842 000 nəf. (1978) | ||||
İdarəetmə forması | Respublika |
Tarixi
Yakutiya Muxtar Sovet Sosialist Respublikası 27 aprel 1922-ci ildə Yakutsk vilayətinə daxil olan Aşağı Tunquska istisna olmaqla (İrkutsk vilayətinin Kirenski qəzasının tərkibinə daxil olmuşdur) bütün vilayət ərazisini, Yenisey vilayətinin Xatanqq-Anabar rayponu, İrkutsk vilayətinin Kirenski rayonunun Olenok-Suntarski volostu və 84 ° ilə 140½ ° şərq uzunluğu meridianları arasında yerləşən Şimal Buzlu okeanının bütün adaları daxil idi. Respublika RSFSR-in bir hissəsi olaraq meydana gəlmişdi[1]. Yakutiya Muxtar Respublikasının yaranmasında əsas rolu Maksim Ammosov, Plato Oyunski və İsid Baraxov mühüm oynadılar. Böyük Vətən müharibəsi illərində 50 mindən çox Yakutiya Muxtar Sovet Sosialist Respublikası sakini cəbhələrdə vuruşdu və 13 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Əsasən respublika sakinləri tərəfindən hazırlanan bölmələr mövcud idi. Məsələn: Staraya Russa şəhərində küçələrdən biri belə bir bölmənin — Yakutsk atıcılarının xatirəsinə adlandırılmışdır.
27 sentyabr 1990-cı ildə Yakutiya Muxtar Sovet Sosialist Respublikası Ali Şurası muxtariyyətin RSFSR-in tərkib hissəsi olaraq Yakut-Saxa Sovet Sosialist Respublikasına çevrildiyini elan etdi[2]. 24 may 1991-ci ildə RSFSR Xalq Deputatları Soveti 1978-ci il RSFSR Konstitusiyasının 71 maddəsinə dəyişiklik edərək bu adı təsdiqlədi[3].
27 dekabr 1991-ci ildə Yakutsk-Saxa SSR Ali Şurası respublikanın Saxa Respublikası (Yakutiya) adlandırılması haqqında qətnamə qəbul etdi[4]. 21 aprel 1992-ci il tarixli bir qanunla Rusiya Federasiyası Xalq Deputatları Soveti respublikanın yeni adını Rusiya Konstitusiyasına daxil etdi.
Əhali
1979-cu ilə olan mili tərkib (nəf.):
- ruslar — 430 min.
- yakutlar — 314 min.
- ukraynalılar — 46 min.
- evenklər — 11,6 min.
- evenlər — 5,8 min.
- digərləri — .
Əhalinin sayı
İl | nəf. |
---|---|
1926 | 289 min. |
1931 | 308,4 min. |
1959 | 488 min. |
1978 | 842 min. |
1988 | 963 min. |
1989 | 1 094 065 |
İqtisadiyyat
1920-ci illərdən etibarən YMSSR ərazisində qızıl yataqlarının işlənməsi başlandı və Aldan qızıl mədən rayonu meydana gəldi. 1930-cu illərdə Şimal dəniz yolunun istismarı başlandı. Lena çayının deltasında Tiksi dəniz limanı inşa edildi. 1950-ci illərin ortalarına qədər Dalstroy əmək düşərgələri respublika ərazisində fəaliyyət göstərirdi. 1950-ci illərdə respublikanın qərbindəki almaz yataqlarının kəşfi ilə güclü bir almaz mədən sənayesi infrastrukturu yaradıldı. 1960-cı illərdə respublikanın cənubunda Elkon qrupu uran filiz yataqları kəşf edildi. 1970-ci illərdə Baykal-Amur magistralı respublikanın Berkakit (Neryunqrinskoye kömür yatağı və Cənubi Yakutsk kömür hövzəsinin Elqinskoye kömür yatağı istiqamətində) qəsəbəsinə qədər gəldi. 1974–1987-ci illərdə respublikada aparılan geoloji işlər zamanı 12 dinc məqsədli yeraltı nüvə partlayışı həyata keçirilmişdir. SSRİ-nin iqtisadi rayonlaşmasına görə respublika Uzaq Şərq İqtisadi Bölgəsinə daxil idi.
Mükafatları
- 1957 Lenin ordeni
- 1972 "Oktyabr inqilabı" ordeni
- 1972 Xalqlar Dostluğu ordeni
İstinadlar
- Декрет ВЦИК "Об автономной Якутской Социалистической Советской Республике" Arxivləşdirilib 2017-04-27 at the Wayback Machine // Собрание узаконений и распоряжений Рабочего и Крестьянского правительства. Отдел I. № 30. Ст. 370
- "Декларация о государственном суверенитете Якутской-Саха Советской Социалистической Республики". 2019-11-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-11-04.
- "Закон РСФСР от 24 мая 1991 г. "Об изменениях и дополнениях Конституции (Основного Закона) РСФСР"". 2018-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-04.
- "Постановление Верховного Совета Якутской-Саха ССР от 27 декабря 1991 года № 767-XII «О переименовании Якутской-Саха ССР»". 2016-01-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-11-04.