Yakup Taş

Yakup Taş (16 iyun 1959, Adıyaman7 fevral 2023, Adıyaman ili) – Türkiyə siyasətçisi və iş adamı. 2018-ci ildə Ədalət və İnkişaf Partiyasının üzvü kimi Adıyamandan Türkiyə Böyük Millət Məclisinin deputatı seçilmişdi. Təsərrüfat, Meşə və Kənd İşləri Komissiyasının üzvü idi.[1]

Yakup Taş
türk. Yakup Taş
Türkiyə Böyük Millət Məclisinin 27-ci çağırış deputatı
7 iyul 2018 7 fevral 2023
Şəxsi məlumatlar
Doğum tarixi 16 iyun 1959(1959-06-16)
Doğum yeri
Vəfat tarixi 7 fevral 2023(2023-02-07) (63 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Türkiyə–Suriya zəlzələsi (2023)
Dəfn yeri
Fəaliyyəti siyasətçi

Həyatı və karyerası

1959-cu ildə Adıyamanda doğulmuşdur. Adıyamanda kənd təsərrüfatı və ticarət sahələrində fəaliyyət göstərmişdir. Adıyaman İdman Klubunun prezidenti və Adıyaman Kənd Təsərrüfatı Otağının sədri olmuşdur.[2] 2018-ci ildə baş tutmuş seçkilərdən sonra Ədalət və İnkişaf Partiyasının Adıyaman təmsilçisi kimi Türkiyə Böyük Millət Məclisinin deputatı seçilmişdi.

Ölümü

2023-cü ildə baş vermiş Türkiyə–Suriya zəlzələsində bina dağıntılarının altında qalaraq ölmüşdür.[2] Adıyamanda dəfn olunmuşdur.[3]

Şəxsi həyatı

Evli və altı uşaq atası idi.[2]

İstinadlar

  1. "Yakup Taş TBMM". TBMM (türkcə). 30 avqust 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 fevral 2023.
  2. "AKP Milletvekili Yakup Taş yaşamını yitirdi" (türkcə). Cumhuriyet. 7 fevral 2023. 2023-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 fevral 2023.
  3. "Deprem'de vefat eden milletvekili Yakup Taş son yolculuğuna uğurlandı" (türkcə). TGRT Haber. 8 fevral 2023. 2023-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 fevral 2023.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.