Yakov Sinyov

Yakov Mixayloviç Sinyov (rus. Я́ков Миха́йлович Синёв ; 191217 aprel 1943, Krımsk, Krasnodar diyarı) — Sovet İttifaqı Qəhrəmanı (ölümündən sonra, 1943).

Yakov Sinyov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Rusiya
Vəfat tarixi
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Rus
Qoşun növü piyada
Xidmət illəri 1941-1943
Rütbəsi Sıravi
Döyüşlər
Təltifləri Sovet İttifaqı Qəhrəmanı
"Lenin" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Yakov Sinyov 1912-ci ildə Rusiyanın Tambov vilayəti İnjavino rayonunun Kruqlik kəndində anadan olub. Milliyətcə rusdur. 1941-ci ildə Abşeron Rayon Hərbi Komissarlığından orduya çağırılmışdır. Qvardiya sıravi əsgəri, 51-ci ordunun 9-cu qvardiya atıcı briqadasının avtomatçısı olmuşdur. Krım, Krasnodar döyüşlərində fərqlənmişdir[1].

25 oktyabr 1943-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür (ölümündən sonra). "Lenin" ordeni və Qırmızı Ulduz medalı ilə təltif edilmişdir[1].

17 aprel 1943-cü ildə həlak olmuşdur. Rusiyanın Krasnodar diyarının Krımskaya rayonundakı Qardaşlıq qəbiristalığında dəfn olunmuşdur. Adına Sumqayıt şəhərində küçə var[1].

İstinadlar

Ədəbiyyat

  • Герои Советского Союза. Краткий биографический словарь. Т.2. – М., 1988.
  • Герои Отечества. Москва, 2004.
  • Дьячков Л. Г. Наша гордость и слава. Воронеж, 1968.
  • Золотые Звёзды Азербайджана. Баку, 1975.
  • Навечно в строю. Альбом. Выпуск 1. М.: Воениздат, 1971.
  • Навечно в строю. Книга 1. М.: Воениздат, 1957.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.