Yakob Yordans

Yakob Yordans (19 may 1593[1][2][…], Antverpen, Brabant hersoqluğu[d][3][4]18 oktyabr 1678[1][2][…], Antverpen, Brabant hersoqluğu[d][3][4]) — flamand rəssamı, flamand barokkosunun görkəmli nümayəndələrindən biri.

Yakob Yordans
nid. Jacob Jordaens
Doğum adı Jacob Jordaens
Doğum tarixi 19 may 1593(1593-05-19)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 18 oktyabr 1678(1678-10-18)[1][2][…] (85 yaşında)
Vəfat yeri
Fəaliyyəti rəssam, boyakar[d], rəssam-qravüraçı[d]
Janrlar portret[4], tarix rəssamlığı[4], dini rəssamlıq[d][4], mifologiya rəssamlığı[d][4], janr rəssamlığı[4], peyzaj[4], məişət janrı[4]
Stillər barokko[5]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Yakob Yordans 19 May 1593-cü ildə on bir uşağın birincisi kimi Antverpendəki varlı kətan taciri Jacob Jordaens Sr və Barbara van Wolschaten-dən olub. Yordanesin erkən təhsili haqqında az şey bilinir. Ümumiyyətlə sosial təbəqəsinin uşaqları üçün verilən təhsilin üstünlüklərini aldığını güman etmək olar. Bu fərziyyə aydın yazısı, fransız dilindəki bacarığı və mifoloji biliyi ilə dəstəklənir. Yprdanesin İncildəki mövzularla tanışlığı onun bir çox dini rəsmlərində aydın görünür və sonradan Katoliklikdən Protestantlığa keçməsiylə İncil ilə şəxsi maraqları gücləndi. Yakob Yordanes Peter Paul RubensAntonio Van Deykdən sonra gününün aparıcı Flamand Barokko rəssamı idi. Bu müasirlərindən fərqli olaraq, İtalyan rəsmini öyrənmək üçün heç vaxt xaricə getməmiş və karyerası onların intellektual və nəzakətli istəklərinə laqeyd münasibətilə yadda qalmışdır. Əslində, Aşağı Ölkələrdəki yerlərə bir neçə qısa səyahət istisna olmaqla, bütün ömrü boyunca Antverpendə qaldı. Uğurlu bir rəssam olmaqla yanaşı, görkəmli gobelen dizayneri idi. Rubens kimi, Yordanes də qurbangah əsərləri, mifoloji və alleqorik səhnələr çəkmişdir. 1640-cı ildən sonra - Rubensin öldüyü il - Antverpendə genişmiqyaslı komissiyalar üçün ən vacib rəssam idi.

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.