Yadigarovlar
Yadigarovlar — Azərbaycan xalqının tanınmış soylarından biri.
Yadigarovlar | |
---|---|
Titul | Bəy |
Əcdadı | Yadigar bəy |
Qohum soylar | Vəkilovlar |
Mənşəyi | Borçalı |
Təbəəliyi |
![]() ![]() |
Soyun yaranması
General Yadigarov qardaşları Borçalının Təkəli kəndindən olublar. Borçalıda olanda ağsaqqalların əksəriyyəti fəxrlə dedilər ki, kəndin binasını da Yadigaroğulları qoyublar. Ona görə də kəndin adına çox vaxt "Ağalıq" da deyirlər. Bu nəslin 1701-ci ildə I İrakli, 1707-ci ildə II David, sonralar Anna, Konstantin, II Teymurazdan ağalıq imtiyaznamələri vardır. Sınıq körpüdən bəri kəndlər Yadigaroğullarına verilmişdir. O sıradan Yadigaroğlu Mirzə Bağır bəy I İrakli sarayının mustofisi (хəzinadarı), Yadigaroğlu Bahadır bəy 1730-cu illərdə gürcü valisinin naib-eşikağasıbaşı, Borçalı mahalında böyük mülk yiyəsi olmuşdu. … Məhəmməd Sadıq bəy Yadigaroğlu Mustafa bəyin oğludur. 1780-ci ildə İrakli Sadıq bəyə, onun oğlanları Ağacan-Mamacana, Mustafa bəyə, Allahverdi bəyə və onların varislərinə Tiflisdə Meydan məhəlləsində məscid yanında beş dükan bağışlamışdı. 1787-ci ildə şahzadə Georginin buyruğu ilə Loridəki Ağöyü kəndi də Sadıq bəyə verilmişdi. Sadıq bəy ora öz rəncbərlərini yerləşdirmişdi. Əsrin aхırlarında Sadıq bəyin böyük oğlu Ağacan Baydar sultanı olub, öz elini oraya köçürüb Çələbili obasını qurmuşdu. 1797-ci ildə şah İraklinin Sadıq bəyə, onun oğlanları Ağacana, Mustafaya, Allahverdiyə, İsmayıla və onların varislərinə verdiyi imtiyaznamə: "…Ağa Məhəmməd хan Tiflisi odlara qalayıb virana qoyanda sən bizimləydin və nə qədər bacardın bizə kömək elədin, oğulların Ağacan, Allahverdi bizi Araqviyəcən bələdlədilər və bizə sadəqətlə хidmət göstərdilər. Tiflis dağıdılan vaхt sən çoх şey itirdin, хatırlanan imtiyaznamələri də o vaхt itirdin. Canidillə, sədaqətlə хidmətini nəzərə alıb, həmin imtiyaznamələrin qüvvəsini bərpa edirik və Sınıq körpü əhalisini rəiyyət kimi sənə bağışlayırıq".
Soyun tanınmış nümayəndələri
1912-ci ildə Tiflisdə nəşr olunmuş "Kavkazskiy calendar" kitabından sətirlər:
- Nadir bəy Yadigarov — Qafqaz canişinliyində poruçik rütbəsində hərbi müşavir.
- Abuzər bəy Yadigarov — Qafqaz canişinliyində poruçik rütbəsində xidmət edib.
- Əli bəy Yadigarov — Aşağı Acariyanın Batumi şəhərində milis rəisi.
- Davud bəy Yadigarov — Rusiya imperiyası və Azərbaycan Xalq Cümhuriyyəti ordusunda qulluq etmiş hərbçi, general-mayor.
- İsrafil bəy Yadigarov — Rusiya Çar Ordusunda xidmət etmiş Azərbaycan əsilli ilk yüksəkrütbəli hərbçi, general-leytenant. Yadigarlı Qarapapaq sülaləsinə mənsub Borçalı ağası.
- Kərim bəy Yadigarov — Qafqaz süvari diviziyasının 17-ci Nijni Novqorod draqun alayının korneti.
- Həsən bəy Yadigarov — azərbaycanlı hərbçi, general-mayor.
- Əsədulla bəy Yadigarov — azərbaycanlı hərbçi.
- Ağa bəy Yadigarov — Rusiyada ali təhsil almış ilk azərbaycanlı.
- İsrafil bəy Yadigarov — Rusiya və Polşa ordusunda xidmət etmiş azərbaycanlı hərbçi.
- Vəli bəy Yadigarov — Rusiya Çar Ordusunda xidmət etmiş azərbaycanlı hərbçi, polkovnik.
- Məsumə xanım Yadigarova — Zaqafqaziya Qadın Xeyriyyə Cəmiyyətinin üzvü.
Mənbə
- Şurəddin Məmmədli. Yadigaroğulları. "Gürcüstan" qəzeti, 6 dekabr 1996-cı il.
- Şəmistan Nəzirli. General Yadigarov qardaşları (PDF). Bakı: Şirvannəşr. 2004.