Yaddaş (film, 2010)
Yaddaş — rejissor Vahid Mustafayevin filmi.
Yaddaş | |
---|---|
Janr |
döyüş müharibə dram |
Rejissor | Vahid Mustafayev |
Ssenari müəllifi | Vahid Mustafayev (Vahid Naxış kimi) |
Baş rollarda |
Şövqi Hüseynov Pərviz Məmmədrzayev Anar Heybətov İlqar Musayev |
Operator | Yuri Varnovski |
Rəssam | Şahin Həsənli |
İstehsalçı | Bakıfilm |
İlk baxış tarixi | 13 oktyabr 2010[1] |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 108 dəqiqə |
Ölkələr | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2010[2] |
Rəng | rəngli |
Çəkiliş yeri | Bakı |
Məzmun
Birinci Qarabağ müharibəsinin başlanğıcı… Dörd dost – Əli (İlqar Musayev), Həsən (Pərviz Məmmədrzayev), Hüseyn (Anar Heybətov) və Azər (Şövqi Hüseynov) sonuncunun Arzu (Rada Nəsibova) adlı qızla nişanı üçün Qarabağa yollanırlar. Mərasim günü erməni-rus hərbi birləşmələri məclisin keçirildiyi kəndə hücum edir. Əfqanıstan müharibəsindən çıxan bu dörd dost kəndin müdafiəsinə qalxır və şiddətli müqavimət göstərərək düşməni darmadağın edir. Amma, bu savaş müdafiəçilər üçün də itkisiz ötüşmür – Arzu yaralanır, Azər komaya düşür…
19 ildən sonra dostlar və nişanlılar qeyri-adi şəraitdə yenidən görüşür…
Dramatik triller janrında çəkilən və keçmişdən gələcəyə nüfuz edən YADDAŞ bizi baş qəhrəmanla bərabər həqiqətə – gözlənilməz bir sonluğa aparır.
Film haqqında
Filmin həm də 5 seriyadan ibarət teleserial variantı mövcuddur.[3][4][5]
Film "Xatirələri yaşadan ən yaxşı film" nominasiyası üzrə qalib olub.[6]
Filmin çəkilişləri 2009-cu ilin dekabrında başlamışdı.
Film Azərbaycan şəhidlərinə, o cümlədən Çingiz Mustafayevə ithaf olunmuşdur.
Kinorejissor Eldar Quliyev filmlə bağlı müsahibəsində qeyd edir:[7]
Vahid Mustafayevə bu mövzu üzərində işlədiyinə görə təşəkkürümü bildirirəm. O, bizim hisslərimizi, fikirlərimizi gələcək nəsillərə çatdırmaq istəyir. Filmin finalı mənə çox təsir etdi. Qəhrəman sonra balaca uşaqlarla görüşür. O, həyatını onlara qurban verib. Ona görə də uşaqlar onun içərisindən keçirlər. Bu çox gözəl finaldır. Burada bir poetik səhifə var. Filmin nə ilə qurtaracağını çox gözləyirdim. Belə sonluğa çox sevindim. |
2017-ci ildə Balans Studiyası tərəfindən Vahid Mustafayevin BakıFilm Kinostudiyası ANS TV ilə birlikdə çəkdiyi Yaddaş Bədii Filmini yenidən yaradıb. Filmin süjet xəttində bir sıra dəyişikliklər edilib, ölçüsü Balans Studiyasının DVS Texnologiyası vasitəsi Full HD (1920x1080) formatına çevrilib, Tam şəkildə Rəng Korreksiyası və Ayarlamaları işlənilib və səs Dolbi Digital 5.1 formatında hazırlanıb.[8][9]
Filmin heyəti
Film üzərində işləyənlər
- Ssenari müəllifi: Vahid Mustafayev (Vahid Naxış kimi)
- Quruluşçu rejissor: Vahid Mustafayev
- Quruluşçu operatorlar: Yuri Varnovski, Əli Sultanov, Hikmət Əsgərov
- Quruluşçu rəssam: Şahin Həsənli
- Bəstəkar: Yaşar Baxış
- Səs rejissoru: Uğur Səfərov
- Montaj edən: Elşad Rəhimov
- İcraçı prodüser: Elman Əsədullayev (Elman Höccətoğlu kimi)
- Baş redaktor: Mailə Muradxanlı
- Baş prodüser: Vaqif Əsədullayev
- Məsləhətçi: Mirşahin Ağayev
- Redaktor: Kamran Qasımov
- Səhnələrə məsul: Adil Azay, Rövşən Ağayev, Anar Almazov
- Operator yardımçıları: Pərvin Cavadov, Anton Varnovski
- Tərtibatçılar: İbrahim Əminov, Natiq Şəkərəliyev
- Arabaçılar: Qabil Yəhyayev, Etibar Həbibov, Ramiz Nağıyev, Muxtar Hüseynov
- Kran ustası: Emin Yəhyayev
- İşıqçılar: Şəmsi Qədirov, Rövşən Vahabov, Rəhman Əhmədov
- Elektrik: Rauf Məmmədov
- Bummen: Əli Bayramov
- Xüsusi effektlər: Əlibala Məmmədov
- Rəng tənzimləyicisi: Mahir Rəhimov
- Kompyuter qrafikası: İqrar Əşrəfzadə, [[Kamil Kərimov
- Arşınmalçı: Səfurə Manafova
- Sürməçi: İlqar Cəfərov
- Mətn düzümü: Abbas Qəhrəmanov, Aydın Əliyev, Gülnarə Zülalova
- Radio-diktorlar: Sabir Ələsgərov, Mətanət Əlverdiyeva
- İstehsalat əlaqələndiricisi: Asif Qəhrəmanov
- İnzibatçı: Elvin Nəbiyev
- Texnik: Nicat Nərimanov
- Ərzaq təminatı: Fərahim Məmmədov
- Sürücülər: Firuz Zeynalov, Həzi Abuzərov, Vidadi Zeynalov, Rəşid Əliyev
- Ofis əməkdaşları: Afizə Babayeva, Lalə Mahmudova, Gözəl Şirinova
Rollarda
- Şövqi Hüseynov – Azər
- Pərviz Məmmədrzayev – Həsən
- Anar Heybətov – Hüseyn
- İlqar Musayev – Əli
- Rada Nəsibova – Arzu
- Yuri Baliyev – mayor
- Məhərrəm Musayev – taksi sürücüsü
- Nəcibə Hüseynova – Nərgiz xala
- Aydın Əlibalayev – Zeynal kişi
- Məsumə Babayeva – Fatma xala
- Xanlar Həşimzadə – Müslüm
- Samir Alməmmədov – Dumbulu
- Nemət Ağabalayev – Natı
- Xəyal Abbaszadə – yeniyetmə oğlan
- Nicat Abbaszadə – Veysəl
- Sovqat Səmədova – qoca qadın
- Çingiz Novruzəliyev – qoca kişi
- Ulduz Şükürova – yeniyetmə qız
- Lalə Məmmədova – körpə uşaqlı ana
- Xəyalə Əliyeva – tibb bacısı
- Rəşadə Məmmədova – tibb bacısı
- Turanə Məmmədova – tibb bacısı
- Əhməd Salahov – baş həkim
- Natəvan Ələkbərova – qeydiyyat şöbəsindəki qız
- Məzahir Cəlilov – bərbər
- Yaroslav Trifonov – serjant Qraçov
- Anton Varnovski – rus zabiti
- Aleksandr Saprıgin – rus zabiti
- Rəşadət Sadıqov – Surik
- Akif Yusifov – Samvel
- Asif Qəhrəmanov – Aşot
- Habil Dadaşov – erməni yaraqlısı
- Oqtay Əhmədov – saqqallı erməni (Oktay Əhmədov kimi)
- Abdulla Şamilov
- Afaq Abdullayev
- Azər Məmmədov
- Cabir Süleymanov
- Eldar Yəhyayev
- Eldar Bədəlov
- Elvin Nəbiyev
- Elxan Yusifov
- Fərrux Nəcəfov
- Fərhad Məmmədov
- Fətəli Nəcəfov
- Fikrət Əliheydərov
- Heydər Səlimov
- Hakim Həsənov
- Xəzər Əhmədov
- İbrahim Abdullayev
- İdrak Nəcəfov
- İsmayıl Bayramov
- Mahir Laçınov
- Mahrux Məcidova
- Mahirə Xəlilova
- Mahirə Əfəndiyeva
- Məhəbbət Abbasova
- Musa Əliyev
- Murad Bəkirov
- Mühiddin Məhyəddinov
- Nadir Əhmədov
- Nəriman Feyzullayev
- Orxan Şükürov
- Pirəli Əkbərov
- Sadıq Məmmədov
- Saleh Məmmədov
- Samir Babayev
- Samir Rəsulov
- Səfər Süleymanov
- Suriyyə Əkbərova
- Tariyel Abdullayev
- Təbriz Əliheydərov
- Toğrul İdrisov
- Turan İsmayılzadə
- Vasif Aydınlı
- Vasif Sədiyev
- Zaur Adıgözəlov
Çəkilişə köməklik edən qurumlar
- ANS Şirkətlər Qrupu
- ANS Müstəqil Yayım və Media Şirkəti
- ANS ÇM Müstəqil Yayım Şirkəti
- "All Star" şirkəti
- VMF şirkəti
- "ANS-Kommers" şirkəti
- Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi
- Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi
- Azərbaycan Respublikası Təhsil Nazirliyi
- Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
- Xüsusi Dövlət Mühafizə Xidməti
- Bakı Şəhər İcra Hakimiyyəti
- Şəki rayon İcra Hakimiyyəti
Çəkilişə kömək edənlər
- Aidə Əliyeva
- İlqar Taniyev
- Azay Kərimov
- İlham Əliyev
- Azər İbrahimov
- İsrafil İsrafilov
- Azər Muxtarov
- Kamal Bayramov
- Cavanşir Tağıyev
- Kəmaləddin Heydərov
- Eyvaz İdrisov
- Qadir Məmmədov
- Elyar Muradov
- Mikayıl Həsənov
- Ədalət Hacıyev
- Misir Mərdanov
- Ələkbər Əsgərov
- Murad Cabbarlı
- Fazil Cəfərov
- Mübariz Həmidov
- Fəxri Mustafayev
- Nadir Əzməmmədov
- Gülnarə İbadova
- Oqtay Şirəliyev
- Habil Əbdülkərimov
- Ramil Usubov
- Hacıbala Abutalıbov
- Sevda Həsənova
- Hikmət Həsənov
- Şahin Əzizov
- Xamis Muradov
- Tərlan Bədirov
- İqbal Qarayev
- Vaqif Axundov
- Zakir Həsənov
İstinadlar
- Lalə Yusifqızı. ""Yaddaş" filminə ictimai baxış keçirilib" (az.). lent.az. 2010-10-14. İstifadə tarixi: 2018-08-27.
- "Haqqımızda". 2021-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-27.
- "Yaddaş" filmi ANS TV-də yayımlanacaqdır
- Filmin teleserial formatının treyleri
- ""Yaddaş" filmi ANS TV-də…". 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-27.
- Mükafatların təqdim olunma mərasimi keçirilib: "Xatirələri yaşadan ən yaxşı film nominasiyası" üzrə ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevin rejissoru olduğu "Yaddaş" filmi qalib olub //Azad Azərbaycan.- 2008.- 11 may.- S. 8. Arxivləşdirilib 2022-09-04 at the Wayback Machine anl.az
- Bədəlov, N. "Bizim kino" [Vahid Mustafayevin "Yaddaş" filmi haqqında] //ANS TV.- 2016.- 14 may.
- YADDAŞ TANITIM FHD
- "YADDASH" REMEYK 2017 TRAILER FHD
Mənbə
- Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. Dövlət Film Fondu. Kino-Bülleten. IV buraxılış. Bakı: Apostroff, 2011.
- "Yaddaş" ekranlarımızda: [Vahid Mustafayevin eyni adlı filminin ekrana çıxması ilə əlaqədar] //İqtisadiyyat.- 2011.- 26 yanvar.- 3 fevral.- S. 8.