Yad qadının məktubu (novella)
Yad qadının məktubu (alm. Brief einer Unbekannten) — Ştefan Svayq tərəfindən 1920-ci illərin əvvəlində yazılmış novelladır. Əsər məktub şəklindədir. Məşhur yazıçıya aşiq olan gizli aşiq məhəbbətini məktubda ifadə edərək yazıçını heyrətləndirir.
Yad qadının məktubu | |
---|---|
Almanca: Brief einer unbekannten | |
Müəllif | Ştefan Svayq |
Janr | Klassika |
Orijinalın dili | alman |
Ölkə | |
Orijinalın nəşr ili | 1922 |
Növ | novella |
Məzmun
Novella məşhur roman ustası R.-in ona gələn məktubları yoxlaması ilə başlayır və bir qadının məktubu ilə davam edir. Məktubunda qadın: "Ey məni tanımayan və daima sevdiyim insan, sən" deyə sevdiyinə müraciət edir. Qadının 13 yaşından ona duyduğu saf məhəbbət, 16 yaşında ailəsi ilə başqa yerə köçməsi, lakin bu məhəbbətsiz yaşaya bilmədiyi üçün 18 yaşında yenidən Vyanaya qayıtması, bir-biriləri ilə tanış olmaları məktubda təsvir olunur.
Məktubun başlanğıcında qadın uşağının ölümündən bəhs edir. Daha sonra yazıçını ilk dəfə görməsini, hər gün onu güdməsini, yazıçıya hər doğum günündə ağ qızılgüllər göndərməsi haqda yazır. Sevgisini heç vaxt etiraf etməyən qadın, sadəcə, onun xoşbəxtliyi, onunla keçirdiyi xoşbəxt anları və onun oğlu ilə özünü təsəlli edir. Dəfələrlə qarşılaşsalar da, yazıçı onu tanımır. Qadın sadəcə bir şey arzulayır - xatırlanmaq! Amma o, baş verənlərə görə heç vaxt yazıçını günahlandırmır.
Lakin uşağının ölümü ilə bacara bilməyən qadın bütün içindəkiləri bir kağıza yazıb göndərmək fikrinə düşür. Məktubda bildirir ki, qadın son günlər yayılmış qrip virusuna yoluxub. Yalnız öləndən sonra bu məktub yazıçıya göndəriləcək.
Yazıçı məktubu oxuduqdan sonra qadını xatırlamağa çalışsa da, yenə də xatırlaya bilmir.[1]