Yaap de Hoop Sxeffer

Yakob "Yaap" de Hoop Sxeffer (nid. Jakob Gijsbert "Jaap" de Hoop Scheffer; ˈjaːp də ˈɦoːp ˈsxɛfər3 aprel 1948[1][2][…], Amsterdam) — Niderland siyasətçisi, 2004–2009-cu illərdə NATO-nun baş katibi.

Yaap de Hoop Sxeffer
nid. Jaap de Hoop Scheffer
5 yanvar 2004 1 avqust 2009
ƏvvəlkiCorc Robertson
SonrakıAnders Foq Rasmussen
bayraq
Niderland xarici işlər naziri
22 iyul 2002 3 dekabr 2003
Baş nazirYan-Peter Balkenende
ƏvvəlkiYozias van Artsen
SonrakıBen Bot
Şəxsi məlumatlar
Doğum tarixi 3 aprel 1948(1948-04-03)[1][2][…] (75 yaş)
Doğum yeri Amsterdam, Niderland
Təhsili Leyden Universiteti
Fəaliyyəti siyasətçi, diplomat, hüquqşünas, universitet müəllimi[d], vəkil, beynəlxalq forum iştirakçısı[d]
Dini Roma-Katolik kilsəsi
Elmi fəaliyyəti
Elm sahəsi beynəlxalq münasibətlər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sxeffer 1967-ci ildə Müqəddəs İqnati Layola adına katolik klassik gimnaziyasını bitirmiş, 1974-cü ildə isə Leyden Universitetinin hüquq fakültəsindən məzun olmuş və hüquq magistri dərəcəsini almışdır. Universiteti bitirdikdən sonra hərbi xidmətdə olmuşdur.

Hərbi xidmətdən sonra 1976–1986-cı illərdə Niderland Xarici İşlər Nazirliyində çalışmış, ilk iki ili Niderlandın Qanadakı səfirliyində, 1980-ci ilədək isə Brüsseldə Niderlandın NATO-dakı nümayəndəliyində çalışmışdır.

1982-ci ildə Xristian Demokrat Çağırışı Partiyasına qoşulmuş və 1986-cı il parlament seçkilərində Niderland Nümayəndələr Palatasına üzv seçildi. 3 iyun 1986-cı ildən 23 may 2002-ci ilədək Niderland Nümayəndələr Palatasının üzvü kimi fəaliyyət göstərmişdir. 2002-ci il parlament seçkilərində qalib gələn Xristian Demokrat Çağırışı Partiyası, başda Yan-Peter Balkenende olmaqla, yeni hökumət qurmuş və 22 iyul 2002-ci ildən Sxeffer Balkenende kabinetində xarici işlər naziri vəzifəsini tutmuşdur. Bu vəzifədə o, ABŞ-nin 2003-cü ildə İraqa müdaxiləsində Niderland ordusunun iştirakına müsbət qərar verilməsində mühüm rol oynamışdı.

22 sentyabr 2003-cü ildə NATO-nun növbəti baş katibi seçildiyi üçün Sxeffer 3 dekabr 2003-cü ildə Niderland xarici işlər naziri vəzifəsindən istefa verdi. 5 yanvar 2004-cü ildə Sxeffer NATO baş katibi vəzifəsinin icrasına başladı. 2006-cı ilin dekabrında onun vəzifə müddətinin 2009-cu ilədək uzadılması qərara alındı və 1 avqust 2009-cu ildə o vəzifəsini Danimarkanın keçmiş baş naziri Anders Foq Rasmussenə təhvil verdi.

Sxeffer 21 iyul 2009-cu ildə infarkt keçirmiş və həkimlərin səyləri nəticəsində vəziyyəti normallaşmışdır.[3]

İstinadlar

  1. Saracino P. Jaap de Hoop Scheffer // Encyclopædia Britannica (ing.).
  2. Leidse Hoogleraren (nid.).
  3. "Arxivlənmiş surət". 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-28.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.