Yaşar Məmmədov (əsgər)
Yaşar Talıb oğlu Məmmədov — Qarabağ müharibəsi şəhidi.
Yaşar Məmmədov | |
---|---|
Yaşar Talıb oğlu Məmmədov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Gədəbəy rayonu Ağamalı kəndi |
Vəfat tarixi | (21 yaşında) |
Vəfat səbəbi | şəhid |
Dəfn yeri | Gədəbəy rayonu |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 1989-1993 |
Rütbəsi | Əsgər |
Döyüşlər | Qarabağ müharibəsi |
Həyatı
Məmmədov Yaşar Talıb oğlu 5 may 1971-ci ildə Gədəbəy rayonunun Ağamalı kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1978-ci ildə Ağamalı kənd orta məktəbinə daxil olub, 1988-ci ildə onuncu sinfi bitirmişdir. 1989-cu ilin may ayında Gədəbəy rayon hərbi komissarlığından hərbixidmətə çağırılmışdı, xidmətini Perm vilayətində keçirmiş və orada da xidmət müddətini başa vurmuşdur. 1991-ci ilin may ayından 1992-ci ilin fevralına qədər Ağamalı kəndində valideynləri ilə birgə yaşamış və 1992-ci ilin fevral ayından Gədəbəy rayon hərbi komissarlığından müharibəyə səfərbərliklə əlaqədar Ağdərə, Daşaltı əməliyyatında iştirak etmiş, Vadauz bölgəsin də gedən döyüşlərdə 26 yanvar 1993-cü ildə həlak olmuşdur.