Yaşar Babayev (gizir)

Yaşar Vasif oğlu Babayev (1987, Köçəsgər, Qazax rayonu14 iyul 2020, Tovuz rayonu) — Azərbaycan Ordusunun giziri, 2020-ci il iyulunda Tovuz istiqamətində olan döyüşlərdə dünyasını dəyişmişdir.[1][2]

Yaşar Babayev
Şəxsi məlumatlar
Doğum tarixi 1987
Doğum yeri
Vəfat tarixi 14 iyul 2020(2020-07-14)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2020
Rütbəsi Gizir
Döyüşlər Tovuz döyüşləri, 2020
Təltifləri "İgidliyə görə" medalı  — 2020 "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı

Həyatı

Yaşar Babayev 1987-ci ildə Ağstafa rayonunun Köçəsgər qəsəbəsində anadan olub.[1] O, 2012-ci il iyulun 19-da ailə həyatı qurmuşdu və 8 ildir övlad arzusunda idi. Yaşar Babayevin ölümündən 2 gün sonra, iyulun 16-da onun qızı dünyaya gəldi.

Hərbi xidməti

Yaşar Babayev Azərbaycan Silahlı Qüvvələrinin giziri idi.[1] O, 2020-ci il iyulun 14-də Tovuz istiqamətində olan şiddətli döyüşlər zamanı şəhid olub.[3]

İyulun 14-də Yaşar Babayev, doğulduğu Ağstafa rayonunun Köçəsgər qəsəbəsində dəfn olundu.[1] Onunla vida mərasiminə Ordunun zabitləri, habelə Ağstafa rayonunun icra başçısı Seymur Orucov, Milli Məclisin deputatları Nizami CəfərovQənirə Paşayeva, İnsan hüquqları üzrə Ombudsman Səbinə Əliyeva qatıldı.[1]

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Yaşar Babayev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.[4]

Təltifləri

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.