Yaşar Əliyev (siyasətçi, 1948)

Yaşar Tofiq oğlu Əliyev (5 iyul 1948, Bakı8 dekabr 2023) — Azərbaycan diplomatı və siyasətçisi, Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini (1995–2002), Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini (1994–1995), Azərbaycanın Çində (2002–2011), Vyetnam, Cənubi Koreya, Şimali KoreyaMonqolustanda (2004–2011) fövqəladə və səlahiyyətli səfiri.

Yaşar Əliyev
24 noyabr 1995 26 iyul 2002
24 noyabr 1995 12 noyabr 2000
14 noyabr 1994 24 noyabr 1995
bayraq
Azərbaycanın Çində fövqəladə və səlahiyyətli səfiri
bayraq2
26 iyul 2002 16 avqust 2011
ƏvvəlkiTamerlan Qarayev
bayraq
Azərbaycanın Vyetnamda fövqəladə və səlahiyyətli səfiri
bayraq2
30 sentyabr 2004 16 avqust 2011
bayraq
Azərbaycanın Cənubi Koreyada fövqəladə və səlahiyyətli səfiri
bayraq2
30 sentyabr 2004 4 noyabr 2006
bayraq
Azərbaycanın Şimali Koreyada fövqəladə və səlahiyyətli səfiri
bayraq2
30 sentyabr 2004 16 avqust 2011
bayraq
Azərbaycanın Monqolustanda fövqəladə və səlahiyyətli səfiri
bayraq2
30 sentyabr 2004 16 avqust 2011
Şəxsi məlumatlar
Doğum tarixi 5 iyul 1948(1948-07-05)
Doğum yeri
Vəfat tarixi 8 dekabr 2023(2023-12-08) (75 yaşında)
Dəfn yeri
Partiya
Təhsili
Fəaliyyəti professor, həkim, diplomat
Həyat yoldaşı
Uşağı
Elmi fəaliyyəti
Elmi dərəcəsi
Elmi adı

Təltifləri "Şöhrət" ordeni "Azərbaycan diplomatiк xidmət orqanlarının 90 illiyi (1919-2009)" yubiley medalı "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)" yubiley medalı
"Sodrujestvo" ordeni

Həyatı

Yaşar Tofiq oğlu Əliyev 1948-ci il iyulun 5-də Bakı şəhərində anadan olub. 1956–1966-cı illərdə Nəsimi rayonu 1 №-li tam orta məktəbdə təhsil alıb. 1966–1971-ci illərdə isə N. Nərimanov Azərbaycan Dövlət Tibb İnstitutunda müalicə işi üzrə ali təhsil alıb. Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, eləcə də YAP Siyasi Şurasının üzvü olub.

Yaşar Əliyev 1972–1982-ci illərdə Səhiyyə Nazirliyinin Baş İdarəsinin Kardiologiya şöbəsinin 4 saylı bölməsində çalışıb.

1975–1979-cu illərdə Azərbaycan LKGİ Əzizbəyov Rayon Komitəsində II katib vəzifəsində işləyən Yaşar Əliyev 1982-ci ildən N. Semaşko adına 12 saylı Şəhər Xəstəxanada cərrahiyyə şöbəsinin həkimi, 1983-cü ildən baş həkimin müavini, 1984-cü ildən isə baş həkimi vəzifəsində çalışıb.

Yaşar Əliyev 8 dekabr 2023-cü ildə 75 yaşında vəfat edib.[1]Yasamal qəbiristanlığında dəfn olunub.[2]

Rus və ingilis dillərini bilirdi.

Parlamentdə fəaliyyəti

Yaşar Əliyev 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.

1995-ci il noyabrın 12-də baş tutan Parlament seçimlərində 91 nömrəli Xanlar-Daşkəsən dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Yaşar Əliyev I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Yaşar Əliyev Milli Məclisin sədr müavini olub.

Daha sonra 2000-ci il noyabrın 5-də baş tutan Parlament seçimlərində isə 91 nömrəli Xanlar-Daşkəsən dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədikimi növbəti dəfə II çağırış Milli Məclisin deputatı seçilib. 2000-ci il noyabrın 12-dən səlahiyyətlərinin icrasına başlayan Yaşar Əliyev Milli Məclisin Sosial siyasət daimi komissiyasının üzvü, Azərbaycan—Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun isə rəhbəri olub.[3][4]

Diplomatik fəaliyyəti

2002-ci il iyulun 26-da Yaşar Əliyevə Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri dərəcəsi verilib və həmin gün Azərbaycanın Çində fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib. 30 sentyabr 2004-cü ildə iqamətgahı Çində olmaqla, eyni zamanda Azərbaycanın Vyetnam, Şimali Koreya, Cənubi KoreyaMonqolustanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.

Ailəsi

Yaşar Əliyev ailəli idi, 2 övladı var.

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.