Yaşılqarın kərtənkələ
Yaşılqarın kərtənkələ (lat. Darevskia chlorogaster) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü.
Yaşılqarın kərtənkələ | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Ranqsız: Amorphea Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Tipüstü: Tip: Klad: Olfactores Yarımtip: İnfratip: Klad: Eugnathostomata Klad: Teleostomi Klad: Euteleostomi Klad: Klad: Rhipidistia Klad: Tetrapodomorpha Klad: Eotetrapodiformes Klad: Elpistostegalia Klad: Stegocephalia Sinifüstü: Klad: Reptiliomorpha Klad: Amniota Klad: Sauropsida Sinif: Klad: Eureptilia Klad: Romeriida Klad: Diapsida Klad: Neodiapsida Klad: Sauria Klad: Lepidosauromorpha Dəstəüstü: Lepidosauria Dəstə: Fəsiləüstü: Lacertoidea Fəsilə: Yarımfəsilə: Lacertinae Cins: Növ: Yaşılqarın kərtənkələ |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Elə də böyük olmayan kərtənkələ növü. Onun bədəninin uzunluğu 67 mm-dir. Quyruqları isə iki dəfə böyükdür.
Bogğazında 18-27 pulcuq vardır. Bədənini ümumilikdə 42-53 pulcuqla örtülü olur. Bədəninin yuxarı açıq-coşqun, parlaq-yaşıl olsada bütün bədən boyunca xırda tünd qəhvəyinöqtələrlə örtülü olur.
Yayılma əraziləri
Bu növə əsasən Azərbaycanın cənub-şərqində Talış dağlarının meşəlik ərazilərində və Lənkəran ovalığı boyunca yayılıb. Üstəlik İranın şimal-qərb ərazilərində yayılmışdır. Onlar əsasən alçaq dağlıq, dağ meşələri, çay dərələrinin kənarlarında və bulaqların yaxınlığında yayılmışdır. Bəzən hündürlüyü 10 və daha artıq olan ağacların üzərinə qalxa bilir. 10 metr maşurut üzrə 1-2 kərtənkələyə rast gəlinir. 1 ha ərazidə 100 kərtənkələ vardır. Qışlama fevral ayında bitir. Ancaq mülayim keçən qışda demək olar ki il boyu aktiv olur.
Çoxalma və qidalanması
Əsasən kiçik onurğasızlarla qidalanırlar. Əsasən qarışqalar, çoxayaqlılar, yağış qurdları, iki qanadlılar, böçəklər və düzqanadlılar.
3-10 yumurta qoyurlar. İyun iyul ayları qoyulan yumurtalar 11 x 8 mm ölçüyə malik. Balalar 55-58 mm ölüyə malik olurlar. Onlar avqust-sentyabr ayında yumurtadan çıxırlar. Erkəklər 50 mm, dişilər 44 mm olarkən yetkinlik yaşına çatırlar.
İstinadlar
- The Reptile Database (ing.). / P. Uetz 2015.