Yaşıl siyasət

Yaşıl siyasət — ekologiya və ətraf mühitin qorunmasına önəm verən, şiddətə qarşı və cəmiyyətdə ədaləti müdafiə edən prinsiplər üzərində qurulmuş ideologiya.

Yaşıl siyasətdə təbiətin və sülhün qorunması əsas məqsədlərdir. Yaşıl siyasətin beynəlxalq rəmzi günəbaxandır. Yaşıl siyasətin müdafiəçiləri Yaşıllar hərəkatını başladaraq, xüsusən 1980-ci illərin əvvələrindən etibarən bir çox ölkədə partiya qurmuşdur. Yaşıl siyasət öz adını Almaniyada 1979-cu ildə qurulan Yaşıllar Partiyasından götürür. Almaniyada fəaliyyət göstərən bu partiya məqsədlərinə çatan ilk yaşıllar partiyasıdır. Yaşıl siyaset Avropada elmi sahələrdə "siyasi ekologiya" olaraq da adlandırılır. Həmçinin "yaşıllar" adlandırılan, yaşıl siyasəti dəstəkləyən şəxslər sülhsevər, ətraf mühitin qorunmasına önəm verən insanlar olarag da görülməkdədir.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.