Yaşıl mil (film, 1999)
Yaşıl mil (ing. The Green Mile) — 1999-cu ildə istehsal olunmuşdur. Rejissoru ve ssenaristi Frenk Darabontdur. Film Stiven Kinqin eyniadlı romanı əsasında çəkilmişdir. Film, "Ən Yaxşı Film", "Ən Yaxşı Köməkçı Kişi Aktyor", "Ən Yaxşı Film Musiqisi" naminasiyalari üzrə "Oskar" mükafatına namizəd göstərilmişdir.
Yaşıl mil | |
---|---|
ing. The Green Mile | |
Janr | dram filmi[1][2][…], fleşbək filmi[d], fentezi filmi[d], məhbuslar haqqında film[d], roman ekranlaşdırması[d] |
Əsas mövzu | ölüm cəzası |
Rejissor | |
Prodüserlər | |
Ssenari müəllifi | |
Baş rollarda | |
Operator |
|
Bəstəkar |
|
İstehsalçılar | Warner Bros., Castle Rock Entertainment[d], Universal Pictures |
Distribütor | Warner Bros., Universal Pictures |
İlk baxış tarixi | 6 dekabr 1999[10], 10 fevral 2000[11], 1 mart 2000, 1999 |
Müddət | 189 dəq. |
Büdcə | 60.000.000 $ |
Gəlir | 286.801.374 $[12] |
Ölkə | |
Dil | ingilis dili |
Rəng | rəngli |
Çəkiliş yeri | Kaliforniya, Şimali Karolina |
IMDb | ID0120689 |
Vikianbarda əlaqəli mediafayllar |
Məzmun
Kifayət qədər yekəpər olan Con Koffi iki balaca qızın öldürülməsində təqsirli bilinir. Vahiməli görüntüsünün əksinə olduqca incə və qarışıq iç dünyası olan Koffi bəzi fövqəlbəşər güclərə sahibdir. Təcridxananın edam otağı baş gözətçisi Paul Edgecombun ondan həqiqətən günahkar olub olmadığını soruşması ilə birlikdə aralarında bir dialoq başdıyır. Xəstə olan Paul Edgecomb Koffinin gücləri sayəsində sağalması ilə hadisələr inkişaf etməyə başlayır. Koffi fövqəlbəşər gücü sayəsində öz içinə çəkdiyi xəstəlikləri ağzından sərbəst buraxaraq həyatına davam edir. Edgecombun Koffi bu gücünün fərqinə varmasıyla ona olan münasibəti dəyişməyə başlayır. Koffi bu gücü sayəsində möcüzələr yaradır və Edgecomb bu möcüzə insanın həyatına davam etməsinin vacib olduğunu düşünür. İrəliləyən süjet xəttində hadisələr bu xətt üzrə inkişaf edir.[13]
Çəkiliş yeri
Çəkiliş məkanı kimi indi istifadəsiz qalan Tennessee Dövlət Cəzaçəkmə Müəssisəsi qərar verilmişdir. Edamların həyata keçirildiyi elektrik kreslonun dizaynı hazırlanarkən, Nyu-Yorkdakı Sing Sing həbsxanasının reallığından istifadə edilmişdir.
Rollarda
Aktyor | Rol |
---|---|
Tom Hanks | Paul Edgecomb |
David Morse | Brutus 'Brutal' Howell |
Bonnie Hunt | Jan Edgecomb |
Michael Clarke Duncan | John Coffey |
James Cromwell | Hal Moores |
Michael Jeter | Eduard 'Del' Delacroix |
Graham Greene | Arlen Bitterbuck |
Doug Hutchison | Percy Wetmore |
Film haqqında şərhlər və fikirlər
Film tənqidçilər tərəfindən Stephen Kingin romanının yaxşı bir uyğunlaşması kimi bəyənilmişdir. Romandan yalnız çox az bir hissə çıxarıldığı üçün üç saat davam edən bir film olmuşdur.
Film, IMDb (İnternet Film Məlumat bazası) siyahısında 2014-cü ilin Fevral ayı etibarilə təxminən 492,188 adamın səsi ilə 10 baldan orta hesabla 8,5 bal yığaraq ən yaxşı 250 film arasında 45-ci yeri əldə etmişdir.
İstinadlar
- http://www.imdb.com/title/tt0120689/.
- https://www.siamzone.com/movie/m/739.
- http://www.the-numbers.com/movie/Green-Mile-The.
- http://www.sinemalar.com/film/618/yesil-yol.
- Česko-Slovenská filmová databáze (çeş.). 2001.
- http://www.metacritic.com/movie/the-green-mile.
- http://www.ofdb.de/film/1005,The-Green-Mile.
- http://www.allocine.fr/film/fichefilm_gen_cfilm=22779.html.
- http://www.imdb.com/title/tt0120689/fullcredits.
- Freebase Data Dumps. Google.
- IMDb (ing.). 1990.
- https://www.boxofficemojo.com/movies/?id=greenmile.htm.
- "Boxofficemojo.com Hasılat Detayları". 2006-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-12.