Yaşıl kərtənkələ (növ)
Yaşıl kərtənkələ (lat. Lacerta viridis) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin yaşıl kərtənkələ cinsinə aid heyvan növü.
Yaşıl kərtənkələ (növ) | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Amorphea Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Tipüstü: Tip: Klad: Olfactores Yarımtip: İnfratip: Klad: Eugnathostomata Klad: Teleostomi Klad: Euteleostomi Klad: Klad: Rhipidistia Klad: Tetrapodomorpha Klad: Eotetrapodiformes Klad: Elpistostegalia Klad: Stegocephalia Sinifüstü: Klad: Reptiliomorpha Klad: Amniota Klad: Sauropsida Sinif: Klad: Eureptilia Klad: Romeriida Klad: Diapsida Klad: Neodiapsida Klad: Sauria Klad: Lepidosauromorpha Dəstəüstü: Lepidosauria Dəstə: Fəsiləüstü: Lacertoidea Fəsilə: Yarımfəsilə: Lacertinae Triba: Lacertini Cins: Növ: Yaşıl kərtənkələ |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Xariçi görünüş
15,5 sm uzunluğa malikdir. Bədəni boyunca 40–58 pulcuq yardır. Yetkin fərdlərdə yuxarı hissəsi yaşıl olur. Bu nahiyyəlırdə qara və ya sarı nöqtələr vardır. Erkəklərin boğaz nahiyyəsində parlaq-mavi, yay və payız aylarında tünd göy rəngdə olur. Dişilərdə isə ağ və ya göyə çalır. Qarın nahiyyəsi erkəklərdə parlaq-sarı, dişilərdə isə ağımtıl və ya göyümtül olur.
Həyat tərzi
Ən çox otluqlarda, qayalıqlı dərələrdə rast gəlinir. Onlar əsasən dərinliyi 1 metr olan yuvalarda yaşayırlar. Yuxaların adətən bir necə çıxışı olur. Martdan oktyabra qədər aktiv həyat sürürlər. Əsasən Cücülər, Molyusklar, Çoxayaqlılar və Hörümçəklərlə qidalanır. 5–13 yumurta qoyurlar. May iyul ayında yumurta qoyurlar. Balalar isə yayın sonu və payızın əvvəllərində yumurtadan çıxırlar.
Yarımnövləri
Beş yarımnövə bölünür:
- Lacerta viridis guentherpetersi Rykena, Nettmann et Mayer, 2001
- Lacerta viridis infrapunctata Schmidtler, 1986
- Lacerta viridis meridionalis Cyren, 1933
- Lacerta viridis paphlagonica Schmidtler, 1986
- Lacerta viridis viridis Laurenti, 1768
Yayıldığı ərazi
Yaşıl kərtənkələ mərkəzi və cənubi Avropada, üstəlik Kiçik Asiyanın şimal-qərbində yayılmışdır. Bu növün yarımnövlərinə Ukrayna və Moldova ərazilərində rast gəlinir.
Şəkillər
İstinadlar
- The Reptile Database (ing.). / P. Uetz 2015.
Xarici keçidlər
- The Reptile Database (ing.)