Yaşılırmaq
Yaşılırmaq (türk. Yeşilırmak) — Sivasın şimalındakı Zara ilçəsi ərazisində yerləşən Kösədağ ətəyindən mənbəyini götürən və Qara dənizə tökülən çay. Köhnə adı İris olmuşdur.[1]
Yaşılırmaq | |
---|---|
türk. Yeşilırmak | |
| |
Ölkə | Türkiyə |
Mənbəyi | Zara, Sivas, Türkiyə |
• Yüksəkliyi | 10 m |
Mənsəbi | Qara dəniz |
• Yüksəkliyi | 0 m |
Uzunluğu | 519 km |
Su sərfi | 150 m³/s |
Hövzəsinin sahəsi | 36144 km² |
Vikianbarda əlaqəli mediafayllar |
Fiziki xüsusiyyətləri
519 km uzunluğunda olan Yaşılırmaq Tokat, Amasya və Samsun vilayətlərindən keçərək müxtəlif çaylarla birləşir.[2] 36 144 km² sahəsi ilə Türkiyə səthinin 5%-ni əhatə edir. Çay əsasən üç qolun birləşməsindən ibarətdir.[3][4]
Əsas qol olan Yaşılırmağa, Tokat çayı da deyilir.[5] Mənbəyi Sivasda Suşehri və Zara ilçələrinin sərhədləri daxilində yer alan Kösədağdır. Üzərində sahəsi 32 km² olan Almus bəndi var.[6]
Hövzəsi
Çayın hövzəsində, Turhal və Tokat arasında Qazova, cənubda Geldingen düzənliyi, Taşova və Çərşənbə düzənlikləri yer alır. Ladik gölü, Borabay gölü və Kaz gölü hövzənin hüdudlarında yerləşir.[7]
Yaşılırmaq çayı hövzəsinin bir hissəsi Samsun, Tokat, Amasya, Çorum, Yozgat, Sivas, Gümüşxanə, Girəsun, Ordu, Ərzincan və Bayburt vilayətlərinə düşür. Çayın hövzəsi, Coruh hövzəsi, Şərqi Qara dəniz, Fırat-Dəclə və Qızılırmaq hövzələri ilə qonşudur.[8]
Çərşənbə ilçəsində çayın əmələ gətirdiyi Yaşılırmaq deltası yer alır.[9]
Bəndlər
Almus, Ataköy, Həsən Uğurlu və Suat Uğurlu, Kılıçkaya, Sürəyyabəy bəndlərinin qurulduğu Yaşılırmaq çayı, nizamsız bir rejimə sahibdir. Qədim filosof Strabonun əsərlərində çayın adı İris kimi qeydə alınmışdır.[10]
İstinadlar
- "TAY-Yerlesme Dönem Ayrıntıları". www.tayproject.org. 2013-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2020.
- "Türkiyǝnin Mǝdǝniyyǝt Xǝzinǝlǝri 48/2016 | TRT Azerbaycan". www.trt.net.tr (az.). 2020-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2020.
- "Amasya Kültür Bakanlığı". www.amasyakulturturizm.gov.tr. 2017-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2020.
- Aksoy, Metin. "Yeşilırmak Nehri Hakkında Bilgi, Nerelerden Geçer, Uzunluğu, Debisi". Azbibak (türk). 5 noyabr 2018. 2022-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2020.
- "Yeşilırmak Havzası Taşkın Yönetim Planının Hazırlanması Projesi". suyonetimi.gov.tr. 6 mart 2017. Archived from the original on 2017-03-06. İstifadə tarixi: 3 iyun 2020.
- "Yeşilırmak Nehri ve Tersakan Çayı'ndaki çevre sorunları masaya yatırıldı". Hürriyet (türk). 2020-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2020.
- "Yeşilırmak". Neredekal.com (Turkish). 2020-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2020.
- "İki büyük ırmağın birleştiği ( Kelkit ve Yeşilırmağın Erbaa-Kaleboğazı) tek şehirdir". tokat.gov.tr. 2022-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2020.
- "Tersine akıyor kızılırmak-yeşilırmak nehirleri kuzeye, tersakan çayı ise güneye akıyor - Samsun Haberleri". www.haberturk.com (türk). 2020-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2020.
- "Amasya'nın şehir merkezinden geçen ırmağın adı nedir? 2 Mayıs kopya sorusu". Milliyet (türk). 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2020.