Yağlıvənd
Yağlıvənd — Azərbaycanın Füzuli rayonunda kənd.[1] Füzuli şəhərinin yeddi kilometrliyində, Kiçik Qafqaz dağlarının ətəyində yerləşir. Kəndin sağ tərəfindən mənbəyini qalın meşəli dağlardan götürən Köndələnçay axıb elə öz adını da daşıyan gölə tökülür.
Yağlıvənd | |
---|---|
39°38′31″ şm. e. 47°07′12″ ş. u. | |
Ölkə | Azərbaycan |
Region | Füzuli rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Yağlıvənd kəndi Yağlıvənd obasının əyləşməsi nəticəsində yaranıb. Yağlıvənd oymağı Cavanşir elinin qoludur. XVIII yüzildə 5 oymaqdan ibarət idi. İkisi (Gecəgözlü və Seyidəhmədli sonradan ayrılıb başqa oymaqlarla bərabər Hacılı camaatını təşkil etdilər. 1735-ci ildə Nadir şah Qırxlı-Avşar Yağlıvənd oymağını Cavanşir elinin digər oymaqları ilə bərabər Xorasana, Sərəxs ətrafına sürgün etdi. Nadir şahın qətlindən sonra Yağlıvənd oymağı sürgündən döndü. Öncə Pənahəli xan Sarıcalı-Cavanşirə tərəf çıxsalar da, sonradan onun tərəfini tutdular. Xan onları qədim yurdlarında, Arazbar qəzasında yerləşdirdi. Arazbar qəzası yenidən formalaşıb Cavanşir-Dizaq mahalı adlandı.
Yağləvənd oymağı bir neçə oba şəklində Cavanşir-Dizaq mahalının ərazisində məskunlaşmışdı. Bu obalardan biri Yağlıvənd, biri isə Araz Yağlıvənd adlandı. Yağlıvənd obaları 1930-cu ildə əyləşib kənd biçiminə düşdü. 1955-ci ildə Suqovuşan və Təpə bulağından 5–6 yüz metr aşağıda çayların qarşısını kəsib, bənd atdılar və yuxarıda haqqında söhbət açılan Köndələn səddini tikdilər. Rəsmi sənədlərdə 1 N-li Köndələnçay Su anbarı adlandırılan bu gölün su tutumu 20 milyon kubmetr təşkil edir. Tikintisi 1962-ci ildə başa çatdırıldıqdan sonra göldə suyun səviyyəsi qalxır. Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldıqdan sonra bu əraziləri Qaryagin (indiki Füzuli) rayonundan alıb yenicə təşkil olunmuş, ciddi-cəhdlə ərazilərinin genişləndirilməsinə və xüsusən əhalisinin hər vəchlə erməniləşdirilməsinə çalışan Hadrut rayonuna bağışlayıblar. 1993-cü ilin avqust ayının 15-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Kənd 2020-ci il noyabr ayının 9-u Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[2].
Toponimikası
Yağlıvənd oyk. Füzuli r-nunun Yağlıvənd inzibati ərazi vahidində kənd. Qarabağ silsiləsinin ətəyindədir. Keçmişdə Cəbrayıl qəzasında maldarlıqla məşğul olan Yağlıvənd adlı elatın oturaq həyata keçməsi ilə bağlı dağətəyi ərazidə salınmış yaşayış məntəqəsi Yağlıvənd, Araz çayının sahilində salınmış yaşayış məntəqəsi isə Araz Yağlıvənd adlanmışdı.[3]
Tarixi şəxsiyyətləri
Yağlıvənd oymağı, eləcə də obası bir çox tarixi şəxsiyyət yetirib. Bunlardan: Məhəmməd ağa Yağləvəndli-Cavanşir, Zeynalxan ağa Yağləvəndli-Cavanşir, Şərif ağa Yağləvəndli-Cavanşir, Ocaqqulu ağa Yağləvəndli-Cavanşir, Şəmşi bəy Yağləvəndli-Cavanşir, Əliverdi ağa Yağləvəndli-Cavanşir, Məşədi Bayramqulu ağa Yağləvəndli-Cavanşir, Məşədi Hətəmxan ağa Yağləvəndli-Cavanşir, Xələf bəy Yağləvəndli-Cavanşir, Məşədi Əmir Murad yüzbaşı Yağləvəndli-Cavanşir, Məşədi Əzimməmməd ağa Yağləvəndli-Cavanşir, Həsənəli bəy Əsgərxanov, Şamil bəy Əsgərxanov, Azərbaycanın Milli Qəhramanı Nazim Quliyev və başqalarını göstərmək olar
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub.
Xarici keçidlər
Mənbə
- Ənvər Çingizoğlu, Yağlıvənd, Bakı, "Şuşa", 2010.
- Tağı Kərimli, "Yağlıvəndin repressiya qurbanları" kitabından
İstinadlar
- "Azərbaycanın inzibati ərazi bölgüsü təsnifatı". www.azstat.org. 2020-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 07 yanvar 2020.
- "Daha 23 kənd işğaldan azad edildi". report.az (az.). 9 noktyabr 2020. 2020-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 noyabr 2020.
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427