Yağışdan sonra Overdə mənzərə

"Yağışdan sonra Overdə mənzərə" (fr. Paysage d'Auvers après la pluie, nid. Landschap bij Auvers na de regen) və yaxud "Arabayla və qatarla mənzərə" (fr. Paysage avec chariot et train, nid. Landschap met rijtuigje en trein) — məşhur holland rəssamı Vinsent van Qoqun 1890-cı ildə çəkdiyi rəsmi. Moskvada yerləşən A.S.Puşkin adına Dövlət təsviri incəsənət muzeyinə məxsusdur. XIX–XX əsr Avropa və Amerika ölkələrinin incəsənət qalereyasında saxlanılır.[2] Rəsmin ölçüləri 72 x 90 sm-dir.[3][4]

Yağışdan sonra Overdə mənzərə
fr. Paysage d'Auvers après la pluie
Rəssam Vinsent van Qoq
Tarixi 1889
Üslubu peyzaj[1]
Texnikası yağlı boya
Ölçüləri 72 sm × 90,5 sm
Materialı yağlı boya[d][1]
Saxlanıldığı yer A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyi
Saytı vggallery.com/painting/p…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rəsmin tarixçəsi

"Overdə yağışdan sonra peyzaj" rəsmi 1890-ci ildə, rəssamın ölümündən əvvəl çəkilmişdir. Sonra o, qardaşı Teoyaya keçib. 1891-ci ildə Teo van Qoqun ölümündən sonra rəsm əsəri onun dul qadını Yohanna van Qoq-Bongerdə (Johanna van Gogh-Bonger) qaldı. 1919-ci ilə qədər "Yağışdan sonra Overdə mənzərə" moskvalı iş adamı və kolleksioner İvan Morozovun kolleksiyasında olmuşdur. 1919-ci ildə o, 2-ci yeni qərb rəssamlıq muzeyinə verilib. 1923-ci ildə o, 1-ci yeni qərb rəssamlıq muzeyi ilə birləşdirilib və nəticədə yeni qərb sənəti dövlət muzeyi(YQSDM) yaradılıb,1948-ci ildə onun ləğvinə qədər rəsm əsəri orada qalıb. Bundan sonra rəsm əsəri indiyədək yerləşdiyi Puşkin muzeyinə təqdim olunub.[5]

Rəsmin təsviri

Vinsent van Qoq bu mənzərə üzərində ömrünün son aylarını keçirdiyi kiçik şəhər Over-sur-Uazda çalışıb. Rəsmin mərkəzində həyat rəmzi, hərəkət, günəşin interpretasiyası kimi izah edilə bilən parlaq qırmızı-narıncı təkəri ilə diqqəti cəlb edən araba yerləşir. Tək yaşıl rəngdən deyil, həm də mavi, qırmızı və digər rəng çalarlarından istifadə etməklə, parlaq boyalarla zəmilər çəkilib. Bu mənzərə üzərində iş rəssamın bacısı Vil van Qoqa məktubunda təsvir olunub:[6]

" Son vaxtlar mən çox və tez işləmişəm.<…>Dünən mən yağışın altında böyük mənzərə çəkdim - yüksəklikdən baxışla əhatə edilməsi mümkün olan qədər yayılan zəmilərin mənzərəsi. Onlarda müxtəlif bitki tipləri var: Şirəli bənövşəyi torpaqlı qara-yaşıl kartof sahələri, cavan budaqların düz sıraları arasında görünən, çəhrayı çiçəkləri ilə qarayonca tarlası və biçinçinin kiçik fiquru, sarımtıl-qəhvəyi çalarlı yüksək göyərmiş ot sahəsi, sonra buğda zəmiləri, qovaqlar, üfüqdə isə mavi təpələrin sonuncu xətti, həmçinin onların ətəyi boyunca gedən və ardınca yaşıl fonda ağ tüstü şəklində hüdudsuz izlər buraxan qatar. İşıqlı yol tablonu ikiyə ayırır. Onun üzərində isə kiçik bir araba, yol boyunca parlaq qırmızı damları olan ağ evlər var. "

İstinadlar

  1. https://rkd.nl/explore/images/221866.
  2. "Зал 11: Ван Гог. Неоимпрессионизм" (HTML). Галерея искусства стран Европы и Америки XIX—XX веков. ГМИИ имени А.С. Пушкина — www.newpaintart.ru. 2013-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.02.2014.
  3. "Винсент ван Гог. Пейзаж в Овере после дождя, 1890" (HTML). Галерея искусства стран Европы и Америки XIX—XX веков. ГМИИ имени А.С. Пушкина — www.newpaintart.ru. 2014-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.02.2014.
  4. "Винсент ван Гог. Пейзаж в Овере после дождя (Пейзаж с повозкой и поездом)" (HTML). ГМИИ имени А.С. Пушкина — www.arts-museum.ru. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.02.2014.
  5. "Винсент ван Гог. Пейзаж в Овере после дождя (Пейзаж с повозкой и поездом)" (HTML). Московские меценаты современного искусства. ГМИИ имени А.С. Пушкина — www.artmaecenas.ru. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.02.2014.
  6. "Vincent van Gogh — The Letters — To Willemien van Gogh. Auvers, Friday, 13 June 1890" (HTML). vangoghletters.org. 23 February 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16.02.2014.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.