Yəsəvilik

Yəsəvilər — sufi təriqəti

İslam

İslam Tarixi

İmanın şərtləri

Tövhid Mələklər
Kitablar Peyğəmbərlər
Məad Axirət
Qəza ve Taleh

İslamın beş şərti

Kəlmeyi-şəhadət Namaz
Oruc Həcc
Zəkat

Etiqad məzhəbləri
Əşərilər Matüridilər Qədərilər (Mötəzililər) Cəbrilər Mürcilər Cəhmiyyə Müşəbbihilər Sələfilər
Fiqh məzhəbləri
Sünnilər:
Hənəfilər Malikilər Şafiilər Hənbəlilər
Yox olmuş məzhəblər:
Zahirilər Auzailər Leysilər Səvrilər Cəririlər

Şiələr:
İmamilər (Cəfərilər (Əxbarilər Üsulilər Şeyxilər) Ələvilər Ənsarilər Qızılbaşlar) Zeydilər
İsmaililər (Qərmətilər Xaşxaşilər Fəthilər Xəttabilər) Vaqifiyyə Rafizilər (Batinilər) Qeysanilər Xürrəmilər Baziğiyyə Qurabiyyə
Xaricilər:
Mühakkimə Əcrədilər (Meymunilər Səələbilər) Əzraqilər Bəyhəsilər İbadilər Nəcdatilər Süfrilər

Həmçinin bax

Sufilər Yəsəvilik Nəqşibəndilik Sührəvərdilik Xəlvətilik Səfəvilik Bayramilik Bəktaşilik Cəlvətilik Cərrahilik Çiştiyyə Ehqaqiyə Gülşənilik Hürufilik Kübravilik Məlamətilik Mövləvilik Nemətullahiyyə Nöqtəvilik Qələndərilik Qadiriyyə Rahmaniyyə Rifailik Rövşənilər Sənusilər Şaziliyyə Zahidiyyə Nüseyrilər Druzlar İslam fəlsəfəsi

Bu sufi təriqəti əslən türk olan Əhməd Yəsəvinin (vəfatı: 1166-cı il) adı ilə bağlıdır. O, məşhur sufi Yusif Həmədaninin davamçılarından olmuş və Mərkəzi Asiyada türk xalqlarının İslamı qəbul etmələri prosesində böyük rol oynamışdır. Dünyagörüşü və hüquqi məsələlərdə hənəfi məzhəbinə mənsub olan Yəsəvi, ənənəvi İslamla sufilikdəki mənəvi təcrübə arasındakı ziddiyyətləri aradan qaldırmağa çalışmışdır.

Əhməd Türküstanda (müasir Qazaxıstanın Çimkənt şəhərinin yaxınlığında) anadan olmuş, təhsilini Buxarada almış və təsəvvüf yoluna qədəm qoymuşdur. Sonra o Yasiyə (Türküstana) gedərək ömrünün sonuna qədər orada yaşamışdır.

Onun qələmə aldığı çoxsaylı kitablar arasında türk dilində ibrətamiz şeirlər toplusu olan «Divani Hikmət» əsəri dövrümüzədək gəlib çatmışdır. Bundan başqa o, tədrislə məşğul olaraq çoxlu tələbələr yetişdirmişdi. Onların sırasında türk soylu Süleyman Hakim Ata və Mənsur Ata kimi sufi xadimləri də olmuşdur.

İlk vaxtlar Əhməd Yəsəvinin təriqəti Məvarənnəhr və Xarəzmdə məşhurlaşmışdır. Sonra isə bu təriqət Qafqazda, AnadoludaBalkanlarda yayılmışdır.

Yəsəvilərlə Nəqşibəndilər arasında çoxlu oxşar cəhətlər vardır. Onların mənəviyyat təliminin əsasında insanın öz qüsur və ehtirasları ilə mübarizə aparmasının zərurəti dayanır. Bu təriqətə görə, insan zikrlərin vasitəsi ilə ruhunu kamilləşdirməklə qüsurlardan qurtula bilər. Yəsəvilər zikrləri ucadan (cəhri) edir və ruhi kamilləşmə yolunda tənhalığa, xəlvətə çəkilməyə üstünlük verirlər. Bu təriqətdə müridlər (tələbələr) doğruluq, yüksək ağıl, şeyxin dediklərini dərhal yerinə yetirmək kimi keyfiyyətlərə üstünlük verirlər. Yəsəvilərin mənəvi təcrübələri Mərkəzi Asiyada günümüzədək qorunub saxlanılmaqdadır.

Mənbə

  • Müəllif: Aydın Əlizadə - "Cəmiyyət və Din" qəzeti
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.