Yəhya Əfəndi

Beşiktaşlı Yəhya Əfəndi (d. 1495 - ö. 1571) — Osmanlı müdərrisi, şairi və din xadimi.[1] Riyaziyyat, həndəsə, fəlsəfə, astronomiyatibb elmindən anlayan Yəhya Əfəndinin bir digər qabiliyyəti isə zərgərlik olmuşdur.[2]

Yəhya Əfəndi
بشكتاش التركي مع يحيى سيد
Din xadimi
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Trabzon, Osmanlı imperiyası
Vəfat tarixi
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti şair
Atası Şami Ömər Əfəndi
Anası Afifə Xatun

Həyatı

Yəhya Əfəndi 1495-ci ildə Trabzonda dünyaya gəlmişdir. Atası Şami Ömər Əfəndi, anası isə Afifə Xatundur. Bəzi mənbələrdə atasının Amasiyalı olduğu qeyd olunur.[3] Ömər Əfəndinin Trabzon qazısı olduğu illərdə II Bəyazidin oğlu Şahzadə Səlim burada sancaqbəyi idi. Bu illərdə şahzadə ilə münasibətləri olduqca yaxşı olmuş, Yəhya Əfəndi dünyaya gəldikdən bir neçə gün sonra Şahzadə Səlimin oğlu Şahzadə Süleyman da dünyaya gəlmişdir. Bu hadisə ilə bu iki ailə daha da yaxınlaşdı. Şahzadə Süleymanın anasının südü kəsilmiş, Yəhya Əfəndinin anası Afifə Xatun da bu iki uşağa süd vermişdir. Beləliklə, Yəhya Əfəndi ilə Şahzadə Süleyman süd qardaşı oldu. Ömər Əfəndinin Trabzondan sonra harda çalışdığı məlum olmasa da, ömrünün son illərini Dəməşqdə keçirdiyi və burada vəfat etdiyi məlumdur. Yəhya Əfəndi uşaqlıq və gənclik illərini Trabzonda keçirmişdir. Bu əsnada Trabzonda mədrəsə təhsilini tamamlayan Yəhya Əfəndi Yavuz Sultan Səlimin taxta çıxışı ilə İstanbula köç etdi.[4] Burada təhsilini Zənbilli Əli Əfəndinin yanında tamamladı.[5] Müəlliminin vəfatının ardından Canbaz Mustafa Mədrəsəsində müdərris olaraq çalışmağa başlamışdır. Ardından Hacıhəsənzadə, Əfzələddin, Çoban Mustafa Paşa, Üsküdardakı Mihrimah Sultan mədrəsələrində və 1553-cü ildə Qazızadə Əhməd Şəmsəddin Əfəndinin yerinə Sahn-ı Səman mədrəsəsində müdərrislik etdi. Vəzifəyə təyin olduqdan 2 ay sonra Şahzadə Mustafa edam edildi və anası Mahidövran Sultan saraydan sürgün edildi. Bu məsələyə münasibətini bildirən və Mahidövran Sultanın yenidən saraya alınmasını məsləhət verən Yəhya Əfəndi Sultan Süleymana məktub yazmış, ancaq buna görə padşahla münasibətləri korlanmışdır. Ardından 50 axca ilə təqaüdə çıxarıldı. Ancaq daha sonra münasibətləri düzələn Yəhya Əfəndi və Sultan Süleyman bir-birlərinə hədiyyələr göndərirdilər.[6]

Vəzifəsindən alındıqdan sonra öz imkanları ilə Beşiktaş səmtində geniş bir ərazi satın alıb, burada öz adını daşıyan dərgah inşa etdirdi və həyatının geridə qalan hissəsini burada keçirdi.[7] Həsən Çələbinin qeydlərinə görə, Yoros səmtində bir məscid, mədrəsə və hamam inşa etdirmişdir.[8] 4 may 1571 tarixində Qurban bayramı gecəsi vəfat edən Yəhya Əfəndinin cənazə namazı bayram namazının ardından şeyxülislam Əbu Suud Əfəndi tərəfindən Süleymaniyyə məscidində qılındı və dərgahında dəfn olunmuşdur. Cənazəyə dövlət xadimləri, üləma və xalqdan böyük kütlələr qatılmış, II Səlimin əmriylə məzarın yerləşdiyi yerə türbə inşa edildi.

Yəhya Əfəndinin ailəsi haqqında məlumatlar məhduddur. Tarixi mənbələrə görə, Yəhya Əfəndi İstanbula gələndə I Səlimin qız nəvəsi Şərifə Xatunla evlənmişdi. İbrahim və Əli adlı oğlanları şeyx ləqəbi daşısalar da, atalarının yolunu davam etdirmədilər. Yəhya Əfəndinin həyatında Osmanlı sülaləsinin rolu böyük olmuşdur. Vaxtilə Sultan Süleymanın istəyilə İstanbula gəlmiş, dostluqları burada da davam etmişdir. Belə ki, Sultan Süleymanın İstanbulda inşa etdirdiyi ilk məscid Yəhya Əfəndinin anası Afifə Xatunun adını daşıyır. Bəzən dövlət məsələlərində Sultan Süleyman məsləhətlər verən məktublar yazmış, xüsusilə də Səfəvilərqızılbaşlar üzərinə sultanı təhrik etmişdir. II Səlim də Yəhya Əfəndiyə böyük hörmət etmiş, onu ziyarət etmiş və hədiyyələr göndərmişdir.[9]

Yəhya Əfəndi digər tərəfdən Rüstəm Paşa, Sokullu Mehmed PaşaSəmiz Əli Paşa kimi dövlətin güclü simaları ilə də təmas yaratmışdır. Tarixi mənbələrə görə, saraya tez-tez məktublar yazır və ona müraciət edən yardıma möhtac şəxslərin işlərinin həll edilməsini xahiş etmişdir. Ancaq bu davranışı dövlətə müdaxilə olaraq görülmüş, bu səbəbdən Rüstəm PaşaSəmiz Əli Paşa ilə münasibətləri korlanmışdır.

Mənbə

  1. http://www.islamansiklopedisi.info/dia/ayrmetin.php?idno=430244
  2. Seyahatnâme, II, 53
  3. Âlî Mustafa Efendi, vr. 472b
  4. Mehmed Dâî, vr. 13a-b
  5. Âlî Mustafa Efendi, vr. 473a
  6. Kınalızâde, II, 883
  7. Âlî Mustafa Efendi, vr. 473a; Mehmed Dâî, vr. 15a-b
  8. Tezkire, II, 883
  9. Mehmed Dâî, vr. 65b-68b
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.