İudeya
İudeya (ivr. יְהוּדָה [Yehuda]; yun. Ἰουδαία, [İoudaya]; lat. Iūdaea), həmçinin Yəhud,[1] Yəhuda[2] (ərəb. يهودا) və ya Yəhudiyyə[3] — İsrail torpağında, müasir Fələstin və İsrail dövlətləri ərazisində tarixi vilayət. Şimaldan Samariya, qərbdən Aralıq dənizi, cənubdan Negev, şərqdən Ölü dəniz və qismən də İordan çayı ilə həmsərhəddir. Regionun tarixinin müxtəlif dövrlərində İudeyanın sərhədləri fərqli şəkildə müəyyən edilmişdir.[4]
İudeya | |
---|---|
Xəritədə yeri | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
İudeya çarlığının mərkəzi olan region kral İrodun hakimiyyəti dövründə Romanın vassal dövlətinə çevrilmişdir.[5] B.e. 6-cı ilindən etibarən burada Roma imperiyasına bağlı İudeya vilayəti qurulmuşdur. 44-cü ildən Qalileya da onun bir hissəsi idi.[6] Milli və dini xarakter daşıyan üsyanlar amansız repressiyalara və 70-ci ildə Yerusəlimin yağmalanmasına səbəb olmuşdur. Bu, yəhudi əhalisinin köçünü sürətləndirmişdi.[5] İudeya vilayəti 135-ci ildə Suriya vilayətinə birləşdirilmişdir.[6] Region Bizans, sonra isə ərəb xilafətinin bir parçası olmuşdur. İudeyada çoxlu sayda müqəddəs şəhərlər var: Yerusəlim, Betlehəm və Hevron.[5]
İstinadlar
- "İMQ Yəhud və Samariyada əməliyyat keçirir". bizimyol.info (az.). 1 aprel 2022. 2022-08-09 tarixində arxivləşdirilib.
- "Bibliya. İkinci Padşahlar Kitabı". 2022-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-29.
- "İki min il tarixi olan xəzinə tapılıb". qafqazinfo.az (az.). 7 iyun 2012. 2022-12-29 tarixində arxivləşdirilib.
- Клебанов, Я. Иудея // Иудея Еврейская энциклопедия Брокгауза и Ефрона (rus). т. 9: Иудан — Ладенбург. 13–20. 2021-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-29.
- "JUDÉE". 2022-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-29.
- "Judea". 2022-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-29.
Xarici keçidlər
- Judea and civil war
- The subjugation of Judea
- Judaea 6–66 CE Arxivləşdirilib 2015-05-03 at the Wayback Machine
- Judea photos
- The Jewish History Resource Center—Project of the Dinur Center for Research in Jewish History, Hebrew University of Jerusalem