Yəhərçi Qazaxlar
Yəhərçi Qazaxlar — Azərbaycan Respublikasının Goranboy rayonunun Yəhərçi Qazaxlar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Goranboy rayonunun Yəhərçi Qazaxlar kəndi Sarov kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Yəhərçi Qazaxlar kənd inzibati-ərazi vahidi yaradılmışdır.[1]
Yəhərçi Qazaxlar | |
---|---|
40°45′28″ şm. e. 46°36′22″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
|
Toponimikası
Kənd Qazax tayfa birliyinə daxil olan yəhərçi tayfasının məskunlaşması nəticəsində yaranmış məntəqələrdəndir. Mənbələrdə Yarçı Qazaxlar variantında da qeydə alınmışdır.[2]
Coğrafiyası və iqlimi
Kənd Korçayın sahilində, düzənlikdə yerləşir.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 762 nəfər əhali yaşayır.[3]
İstinadlar
- "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-23.
- Yəhərçi Qazaxlar // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Xarici keçidlər
Həmçinin bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.