Yırtıcı (film, 1987)
Yırtıcı (ing. Predator) — 20th Century Fox kinokompaniyanın distribütorlik etdiyi 1987-ci ildə istehsal olunmuş ABŞ filmidir.[4][5] Baş rolda Arnold Şvartsenegger iştirak edir.[6][7] Film həmin ildə Saturn mükafatına layiq görülmüş və Oskar mükafatına namizəd göstərilmişdir.[8] Filmin çəkilişi Meksikanın Palenke şəhərinə yaxın cəngəllikdə baş tutmuşdur.[9]
Yırtıcı | |
---|---|
ing. Predator | |
Janr | Döyüş filmi |
Rejissor | Con Maktirnan |
Prodüserlər |
Con Devis Laurens Qordon Coel Silver Bo Marks |
Ssenari müəllifləri |
Cim Tomas Con TomasŞeyn Blek |
Baş rollarda |
Arnold Şvartsenegger Karl Uezers Elpidiya Karrilyo Billi Dyuk Cessi Ventura Sonni Lendem Kevin Piter Holl |
Operator | Donald MakEllayn |
Bəstəkar | Alan Silvestri |
Rəssamlar |
Con Vallone Frenk Riçvud Xorxe Sayns Merlin Vens Enrike Esteves |
Montajçı | Mark Helfriç |
İstehsalçılar |
Gordon Company Silver Pictures Davis Entertainment |
Distribütor | 20th Century Fox, Netflix |
İlk baxış tarixi | 12 iyun 1987[1][2] |
Filmin növü |
Macəra Elmi fantastika |
Müddət | 107 dəqiqə |
Büdcə | $ 15 milyon |
Gəlir | $ 98 267 558[3] |
Ölkələr | ABŞ |
Dil | İngilis dili |
İl | 1987 |
Sonrakı film | Yırtıcı 2 |
Rəng | Rəngli |
Çəkiliş yeri | Meksika |
IMDb | ID0093773 |
Məzmun
Kosmik fəzada Yer kürəsinin ətrafından elmə məlum olmayan kosmik gəmi keçir. Bu kosmik gəmidən kapsul ayrılır. Həmin ayrılan kapsul Mərkəzi Amerikanın cəngəlliyinə yaxınlaşmaq üzrədir... ABŞ-yə məxsus təyyarə Cənubi Amerikada qəzaya uğrayır. Sağ qalan əsgərlər əsir düşürlər. ABŞ hərbi bazası həmin əsirləri xilas etmək üçün dəstə yaradır. Dəstəyə rütbəsi mayor olan "Holland" ləqəbli Alan rəhbərlik edir. Onlar gizli olaraq Cənubi Amerikaya yola düşürlər. Dəstə cəngəliyə çatdıqdan bir müddət sonra naməlum səbəbdən öldürülən insanlarla qarşılaşırlar. Düşmənin qüvvələrinin qüvvələrini məhv etmək üçün Alan plan quraraq dəstə ilə birgə düşərgəyə hücum edir. Bütün düşərgə heyəti məhv edilir. Düşmən qüvvələrindən isə yalnız Anna adlı qız əsir götürülür. Bu zaman naməlum bir kəsin onları izlədiyi təsvir olunur.
Bir müddət sonra Anna dəstə heyətindən ayrılaraq qaçmağa başlayır. Haukins onun qarşısını alır, lakin bu zaman Anna gözəgörünməz varlığın onu parçalayaraq apardığını görür. Anna bu hadisəni dəstə heyətinə çatdırır. Bu gözəgörünməz varlığın kim olduğunu axtaran heyət yollarına davm edirlər. Ardınca Bleyn öldürülür və dəstə heyətini qəti bir plan hazırlamağa məcbur edir. Lakin hazırlanmış planlar nəticəsiz qalır. Hadisələr əsnasında Ponço yaralanır, Mak və Dillon isə Yırtıcını təqib edərkən öldürülür. Sağ qalan Alan, Anna, Billi və ağır yaralanmış Ponço buranı tez bir zamanda tərk etmək üçün yollarına davam edirlər. Bir müddət sonra Billi Yırtıcının onları təqib etməsini hiss edir və sağ qalanların buradan uzaqlaşması üçün öz canını fəda edir. Yırtıcı Billini öldürdükdən sonra onlara yetişir və Ponçonu öldürür. Bu zaman Alan ciddi xəsarət alır və Annanı vertolyota çatması üçün buradan qaçmasını deyir. Anna buradan qaçır, Alan isə Yırtıcı qısa müddət mübarizə apardıqdan sonra şəlaləyə tullanır. Şəlalədən palçığ olan sahəyə çıxan Alan Yırtıcının onu görmədiyini zənn edir. Həqiqətən də, Yırtıcı onu görmür və bu səbəbdən buranı tərk edir.
Bir müddət sonra Alan Yırtıcını məhv etmək üçün çoxlu tələlər qurur. Tez bir zamanda bura yetişən Yırtıcı bir çox tələlərə düşsə də, sağ qalır və Alan onunla mübarizə aparmaq məcburiyyətində qalır. Mübarizəni qalibiyyətlə başa vuran Alan, ölümcül hala düşən Yırtıcının özünü partladacağını görür və buradan uzaqlaşır. Bu zaman Yırtıcı məhv olur. Sonda Alan Annanın ona kömək üçün göndəriyi vertolyota çatır və buranı tərk edir.
Rollarda
Aktyor/aktrisa | Rol | Qeydlər |
---|---|---|
Arnold Şvartsenegger | Alan "Datç" Şeffer | rütbəsi mayordur və dəstəyə rəhbərlik edir |
Karl Uezers | Corc Dillon | dəstə heyətindən biri, qaradərilidir |
Elpidiya Karrilyo | Anna Qonkalves | dəstə heyəti tərəfindən əsir götürülən xanım |
Billi Dyuk | Mak | dəstə heyətindən biri, qaradərili olan çavuş |
Cessi Ventura | Bleyden | dəstə heyətindən biridir, Mak ilə birgə Vyetnam müharibəsində iştirak edib |
Sonni Lendem | Billi Sole | dəstə heyətindən biri, əslən hindudur |
Riçard Çaves | Corc "Ponço" Ramirez | dəstə heyətindən biri, əslən ispaniyalıdır |
Şeyn Blek | Haukins | dəstə heyətindən biri, dəstənin radio koordinatoru olan eynəkli |
Kevin Piter Holl | Yırtıcı | digər rolu: qaradərili olan təyyarənin pilotçusu |
Piter Kallen | səsləndirən | "Yırtıcı" personajını səsləndirir |
Robert Qolden Armstronq | Homer Filips | rütbəsi general-mayor dəstənin koordinatoru |
Sven-Ole Torsen | Sovet zabiti | titrdə göstərilməyib |
Maraqlı faktlar
- Jan-Klod Van Damm "Yırtıcı" rolunu ifa etmək üçün filmə dəvət edilmişdi. Lakin kaskadyorlardan biri ilə mübahisə etdikdən bir müddət sonra film heyətini tərk edir. Onun yerinə isə boyca hündür olan qaradərili aktyor Kevin Piter Holl dəvət edilir.[10]
İstinadlar
- "Pride and Predator to give Jane Austen an extreme makeover". 2013-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-11.
- "Die Hard director John McTiernan heading to prison". 2022-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-11.
- "Predator (1987)". Box Office Mojo. 2012-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-11.
- "Predator Review". Variety (magazine). January 1, 1987. August 25, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 4, 2009.
- "Predator". Metacritic. December 24, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 18, 2010.
- Predator returns, again, as Robert Rodriguez plans a franchise reboot Arxivləşdirilib 2009-05-21 at the Wayback Machine Yoxlanılıb: 11 avqust 2014
- Arnold Schwarzenegger, left, and other cast members in Predator (1987) Arxivləşdirilib 2013-02-21 at the Wayback Machine Yoxlanılıb: 11 avqust 2014
- "The 60th Academy Awards" (ingilis). «Academy of Motion Picture Arts and Sciences». 1988-04-11. 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-27.
- Ebert, Roger. "Predator". Chicago Sun-Times. June 12, 1987. March 6, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 30, 2008.
- Jesse Ventura: I Ain't Got Time to Bleed: Reworking the Body Politic from the Bottom Up, Signet