Yüzləçək qızılgül
Yüzləçək qızılgül (lat. Rosa centifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.
Yüzləçək qızılgül | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superrosids Klad: Klad: Fabids Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Roseae Cins: Növ: Yüzləçək qızılgül |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Təbii yayılması
Vətəni Persiya olub, İran, Morokko, Tunis, İtaliya, Fransa və Çində geniş yayılmışdır.
Botaniki təsviri
Hündürlüyü 1-1,5 m-ə qədər olan koldur. Qopartikanları muxtəlifdir — möhkəm iri, oraqvarı əyilmiş, xırda, düz, qaidə hissəsi bir qədər enli formadadır. 5 ədəd yumurtavarı yarpaqları dərivarı olub, 5-7 sm-ə qədər uzunluqdadır. Üstdən çılpaq, altdan vəzili, kənarlı, ikiqat mişardişli, 2-2,5 sm uzunluğa və 1,5-2 sm enə malik yarpaqcıqlardan ibarətdir. Ləçəklər parlaq çəhrayıdır. Kasayarpaqcıqları uzunsovdur, lələkvarı yarıl-mışdır. İyun və iyul aylarında çiçək açır. Çiçəkləmə keçən ilki zoğların üzərində müşahidə edilir. Meyvəsi uzunsov və ya yumurtavarı, bir qədər iri və qırmızıdır.
Ekologiyası
İstiyə, soyuğa, quraqlığa davamlıdır. Münbit torpaqlarda bitir.
Azərbaycanda yayılması
Böyük Qafqaz və Naxçıvan MR-da təbii halda rast gəlinir.
İstifadəsi
Dekorativ bitkidir. Canlı çəpərlərin salınmasında, tək əkinlərdə istifadə olunur.
İstinadlar
- Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 491.