100 (ədəd)
Yüz (bir yüz) — say sistemində ədədlərdən biridir. Doxsan doqquzdan sonra, yüz birdən əvvəl gəlir.
100 | |
---|---|
yüz | |
← 98 · 99 · 100 · 101 · 102 → | |
Faktorizasiya | 22· 52 |
Rum rəqəmi | C |
İkili | 1100100 |
Səkkizlik | 144 |
Onaltılıq | 64 |
Vikianbarda əlaqəli mediafayllar |
Riyaziyyatda
Əsas hesablamalarda
- Yüz ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 4, 5, 10, 20, 25, 50 və 100 ədədlərinə qalıqsız bölünür.
Elmdə
Bir əsr yüz ildir.
İnam və etiqadlarda
Qurani-Kərimdə
- Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırır. Allah (lütfü ilə) genişdir və hər şeyi biləndir.[1]
- Ya Peyğəmbər! Möminləri döyüşə həvəsləndir (təşviq et). İçərinizdə iyirmi səbirli kişi olsa, iki yüz kafirə, yüz səbirli kişi olsa, min kafirə qalib gələr. Çünki onlar (həqiqətən, Allahın mö’minlərə olan köməyini) anlamayan bir tayfadır![2]
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.