Yüngül relsli sistem
Yüngül relsli sistem, Yüngül dəmir yolu və ya Müasir dekovil, daha yüksək həcmlərdə işləyən şəhər tramvay sistemidir. Dekovil, 40 ilə 60 sm arasındakı relslərdə hərəkət edə bilmək üçün hazırlanmış və maşın, heyvan və ya insan gücü ilə hərəkət etdirilə bilən vaqonlardır. 1875-ci ildə Paul Decauville tərəfindən Fransada qurulan şirkət tərəfindən istehsal edilən bu vasitələr zaman keçdikcə bu ad (dekovil) ilə məşhurlaşdı.[1][2] Yüngül relsli sistemlərdə istifadə olunan vaqonlar adi tramvaylara nisbətən daha sürətli olsalar da, metro vaqonlarına nisbətən daha yüngüldürlər. Son zamanlarda, ağır dəmir yolu sistemləri ilə qarşılaşdırıldıqda, nisbətən ucuz və artan etibarlılığına görə bu sistemlərə daha çox üstünlük verilir.
İstinadlar
- "Arxivlənmiş surət". 2016-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-07.
- "Arxivlənmiş surət". 2019-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-07.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.