Yüksəliş adası

Yüksəliş adası (ing. Ascension Island) — Atlantik okeanın mərkəzi hissəsində (7º57' c.e. 14º22' q.u.) ada. 1501-ci ildə portuqaliyalılar tərəfindən kəşf edilmişdir. Sahəsi 88 km2. Səthi sönmüş vulkanların (təqr. 35) kraterləri ilə örtülü platodur. Hünd. 875 m-ə çatır. Tropik meşələr və çoxlu dəniz quşları var. İnzibati cəhətdən Askenson adası Müqəddəs Yelena adasının tərkibində daxildir. İnzibati mərkəzi və portu Corctaun şəhəridir.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.