Xuray (Qusar)

XurayAzərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd.

Xuray
41°22′03″ şm. e. 48°18′24″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Qusar rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 676 nəf.
Xuray xəritədə
Xuray
Xuray

Tarixi

Xuray kəndi Qusar rayonundan 16 km cənub qərbdə, Şahdağının ətəyində, Qusar çayın sağ sahilində, dəniz səviyyəsindən 1200 m hündürlükdə, Əniğ dərəsi adlanan yerdə yerləşir. Qusar maili düzənliyində tez-tez təsadüf olunan arxeoloji tapıntılar Əniğ dərəsindəki 9 kəndin: Əniğ, Zindanmuruq, Kuzun, Yuxarı Ləgər, Suvacal, Xuray, Cağar, Çətkün və Ləzənin (Onlardan yalnız üç kənd azərbaycanlı kəndidir. Xuray, Ləgər, Suvacal) qədim zamanlardan mövcudluğunu təsdiq edir. Bu zonada ilk yaşayış məskənləri Əniğ Və Xuray olduğu kənd ağsaqqallarının yekdil fikridir. Kəndin qədimliyini onun dörd tərəfdən əhatə edən köhnə qəbiristanlıqlar sübut edir.

Xuray kəndi hazırda yerləşdiyi yerindən bir az yüksəklikdə olub. Qədim dövrlərdə "Cıraqlar", "Marl yurd" kimi yurd yerlərində məskən salmış yerli əhali təxminən 500 il əvvəl – təbii fəlakətdən, yadelli basqınlardan qurtulmaq üçün qədim məskənlərini yeni yurd yeri – bərəkətli torpaqları və bol sulu bulaqları olan yamaca – Qusarçayın hövzəsinə tərəf enmişdilər. Beləliklə, orada "Xuray"ın yeni təməli qoyulur.

1996-cı ildə Xurayın "Bağlar" adlanan ərazisində, ora yaxın digər yerlərdə əkin işləri aparılarkən qədim dövrlərə aid nizə başlıqları, silaha oxşar alətlər tapılır. Kəndin mərkəzində olan köhnə qəbirstanlıqdakı məzar daşları isə X əsrin axırlarına təsadüf olunur.

Toponimikası

Kənd Yan silsiləsinin ətəyindədir. Kənd yaxınlığındakı dağ aşırımının adını daşıyır. Oykonimin ləzgi dilindəki xur/xür (kənd) sözü və -ay (ismin çıxışlıq hal şək.-si) topoformantının birləşməsi kimi "kənddən olan" mənasında olduğu da ehtimal edilir.[1]

Xaçmaz rayonunda da Xuray adlı kənd mövcuddur.

Coğrafiyası və iqlimi

Xuray kəndinin dağ və ormanları

Xuray dəniz səviyyəsindən 1200 m yüksəklikdə yerləşir. Kəndin qərb tərəfdən Şahdağı, şimal və cənubda hündür meşəli yüksəkliklə örtüldüyü üçün havası sərin və rütubətli olur. Buna görə də orda yay sərin, qış soyuq keçir.

Əhalisi

Kəndin əhalisi azərbaycanlılardır. Deylənlərə görə əhali orta əsrlərdə Ərəbistan və Orta Asiyadan köçüb gələn əhalidir. Əhalinin məşğuliyyəti əkinçilikmaldarlıq olub. Sonradan kənddə meyvəçilik də inkişaf edib. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 711 nəfər yaşayır.[2]

Təhsilin vəziyyəti

Kənddə şəhid Rubər Səfərəliyevin adını daşıyan orta məktəb fəaliyyət göstərir. 2008-ci ildə H. Əliyev fondu tərəfindən kənddə yeni 18 sinifli tam orta məktəb tikilib istifadəyə verilmişdir. Məktəbin məzunlarından xarici ölkələrdə təhsil alan gənclər var. Şagirdlər olimpiadada uğurlu nəticə göstərirlər.

Mədəniyyəti

Kənddə mədəniyyət evi, kitabxana, tibb məntəqəsi, poçt şöbəsi fəaliyyət göstərir.

Abidələri

Kənddə XVIII əsrə aid məscid, iki müqəddəs pir, qaçaq mağaraları və asma körpü var. Azərbaycanfilmin istehsalı olan "Tütək səsi" filmindəki körpü bu kənddə yerləşir.

İstinadlar

  1. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Bakı: Şərq-Qərb, 2007, səh.427
  2. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı: 2010, səh.629

Xarici keçidlər

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.