Xuraman Vəfa

Xuraman Vəfa (tam adı: Xuraman Məcid qızı Vəfa; 9 iyul 1959, Xaçmaz) — azərbaycanlı hüquqşünas, iqtisadçı, yazıçı-jurnalist, şairə.

Xuraman Vəfa
Xuraman Məcid qızı Vəfa
Doğum tarixi 9 iyul 1959(1959-07-09) (64 yaş)
Doğum yeri
Vətəndaşlığı
Milliyyəti azərbaycanlı
Fəaliyyəti şairə, jurnalist

Həyatı

Xuraman Vəfa 1959-cu ilin iyul ayının 9-da Azərbaycanın Xaçmaz rayonunda anadan olmuşdur. 1966–1976-cı ildə Xaçmaz şəhər 3 saylı orta məktəbi bitirmişdir. 1977-ci ildən əmək fəaliyyətinə başlamışdır. Ali təhsilli iqtisadçı və hüquqşünasdır. San-Marino Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan filialının Mühəndis İqtisadiyyatı və İdarəetmə fakültəsini, Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Azərbaycan İqtisad Universitetinin İqtisadiyyat fakültəsində maliyyə ixtisası üzrə magistr dərəcəsi almışdır.

Ailəsi

İki övladı var.

  • Qızı — ali təhsilli hüquqşünas,
  • Oğlu — ali təhsilli iqtisadçı və hüquqşünasdır. Eyni zamanda Polis Akademiyasını bitirib. Hal-hazırda DİN Çevik Polis Alayında kapitan işləyir.[1]

Fəaliyyəti

Xuraman Vəfa 1979–1981-ci ildə ƏMX Nazirliyinin "KTB fabrikində" baş mühasib, 1981–1989-cu ildə Meliorasiya Su Təsərrüfatı Nazirliyinin 2№ CMD (PMK-12) baş mühasib vəzifəsində işləmişdir. 1989-cu ildə köçürmə yolu ilə ixtisaslı kadr kimi Respublika DYK Azəriqaz Təmir Tikinti Trestinə təftişçi təyin olunmuşdur, 1990-cı ildə DYK Azəriqaz Təmir Tikinti Trestindən köçürmə yolu ilə Layihə Mənzil Tikinti Birliyinə şöbə müdiri, 1992-ci ildə isə köçürmə yolu ilə Respublika DYK-nın Neft Məhsulları Təchizatı və Topdansatış İstehsalat Birliyinə şöbə müdiri təyin olunmuş və 1997-ci ilə qədər həmin vəzifədə çalışmışdır. Həmçinin 2003-cü ildən Azərbaycan və ingilis dillərində nəşr olunan "Vəfa" ədəbi-bədii, ictimai, elmi-publisistik beynəlxalq jurnalının təsisçisi və baş redaktorudur. Eyni zamanda 2004-cü ildən ER_SEL Sənaye Şirkətində hüquqşünas işləyir. 2005-ci ildə 55 saylı Xaçmaz Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizəd olmuşdur. 2008-ci ildə Azərbaycan Qadınlar Komitəsinin III qurultayına Sabunçu rayonundan nümayəndə seçilmişdir. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür. Yazıları dövrü mətbuatda mütəmadi olaraq dərc olunur. 11 şeirlər kitabının və 1 nəsr əsərinin müəllifidir. Eyni zamanda yüzlərlə publisistik məqalələr, türk dilində 300–dən artıq şeir yazmışdır. Şeirləri rus, gürcü, ingilis, fars dillərinə tərcümə olunub. Sözlərinə 300-dən artıq mahnı bəstələnib.[1]

Şeir kitabları

  • "Sənli, sənsiz"
  • "Soraqlı könlüm"
  • "Sevənlər bilər"
  • "Bir gün dönəcəksən"
  • "Bir ömür azdır mənə"
  • "Məhəbbət gözəl şeydir"
  • "Acı həqiqət"
  • "Gözlərimi sevmişdin"[2]

Sözlərinə yazılan mahnılar

  • Mirzə Babayev – "Görə bilmirik" –bəstəkar Nəriman Məmmədov
  • Flora Kərimova – "Qayıt" – bəstəkar Nəriman Məmmədov
  • Mələkxanım Əyyubova – "Oyan taxtım, tacım oyan" – bəstəkar Hikmət Mirməmmədli
  • Nisə Qasımova "Sən də günahkarsan" – bəstəkar Şəfiqə Axundova
  • Brilyant Dadaşova — " Aşkın kanunları" bəstəkar Nailə Mirməmmədli
  • Faiq Ağayev – "Əlvida" — bəstəkar Nailə Mirməmmədli
  • Aygün Kazımova – "İndi sənsiz" – bəstəkar Xanım İsmayılqızı
  • İlhamə Quliyeva – "Sevəcəyəm" bəstəkar Xnım İsmayılqızı
  • Zöhrə Abdullayeva – "Yerin var sənin" – bəstəkar Tahir Əkbər
  • Mətanət İsgəndərli – "Yandırdı məni" – bəstəkar Xanım İsmayılqızı

Mükafatları

  • Y. Məmmədəliyev adına medal və mükafat — Azərbaycan maarifçiliyinin, elm və mədəniyyətin inkişafında xidmətlərinə görə,
  • "İlin şairi" — Simurq Milli Mükafat fondunun 2002-ci ilin uğurları müsabiqəsinin ali dərəcəli diplomu,
  • "İnam" şərəf diplomu — Xalq və prezident İlham Əliyev tərəfindən birlikdə həyata keçirilməsində vətəndaşlıq mövqeyinə və əməli uğurlarına görə,
  • "Qızıl qələm" — KİVİHİRN-nin media mükafatı,
  • Milli Kurturolopji mükafat diplomu — "Məhsəti Gəncəvi", "Mikayıl Müşfiq" Azərbaycan Cümhuriyyəti IV, V–VI kitab bayramı (2006),
  • Beynəlxalq diplomu — XXI əsr Azərbaycanın tanınmış ziyalıları,
  • "Qızıl Buta" Mütəqil Milli Mükafatına — "Demokratik Azərbaycanlılar" ictimai mərkəzi 2006-cı ildə Respublikada respodentlər arasında keçirildiyi sorğunun nəticələrinə, müasir poeziyada tarixi ənənələrinə görə[1]

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

  1. "Həyatı". 2017-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-23.
  2. "Xuraman Vəfa: "Sevgi istədim" - ŞEİRLƏR". 2018-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-23.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.