Xumbu buz divarı

Xumbu buz divarıXumbu Buzlağının başında və Sükut dərəsinin ətəyində yerləşən buz divarı. Xumbu buz divarı Everest dağının Nepal yamaclarında

5,486 metr (17,999 ft) hündürlükdə yerləşir və Baza düşərgəsindən o qədər də uzaq deyil. Buz divarı Everest zirvəsinə gedən Cənubi Kol marşrutunun ən təhlükəli mərhələlərindən biri hesap olunur.

Müşahidələr

Xumbu buz divarında buz çatlağı.

Xumbu buz divarı Xumbu buzlağının elə sürətlə hərəkət edən bir bölməsidir ki, burada daim birdən-birə açılmış böyük çatlaqlara və buz qüllələrinə rast gəlmək mümükündür. Buzlaqdan daim ölçüsü avtomobildən tutmuş böyük evlərə qədər olan nəhəng buz parçaları düşür. Buzlağın dağdan hər gün 0.9 to 1.2 metr (3 to 4 ft) uzaqlaşdığı təxmin edilir.

Əksər alpinistlər səhər tezdən, günəş doğmadan əvvəl, gecə qismən donub qaldıqda və daimi hərəkətlər az olduqda buz divarını keçməyə çalışırlar. Güclü günəş işığı ərazini isitdikcə buz quruluşu arasındakı sürtünmə azalır və yarıqların açılması və ya qar və buz bloklarının düşmə şansını artırır. Xumbu buz divarını keçmək üçün ən təhlükəli vaxt ümumiyyətlə günortadan axşama qədər yəni günəşin daha isti və buzlaqdakı hərəkətlərin daha intensiv olduğu vaxta qədərdir. Təcrübəli, uyğunlaşmış alpinistlər buz divarını bir neçə saat ərzində keçə bilər, ilk dəfə bu ərazidən keçən və yaiqlimə hələ də uyğunlaşa bilməyən alpinistlər təxminən 10-12 saatda buzlağı keçirlər. Everestin Cənubi Kol marşrutu üzərindəki Baza düşərgəsi, adətən, Xumbu Buzlağının yuxarı hissəsindən biraz kənardadır.

Bəzən bir alpinist yaxınlıqda böyük bir buz blokunu aşırdır. Bu zaman qar uçqunu baş verir. Təcrübəsiz alpinistlər üçün bu şəraitdə qaçmaq və ya digərini qurtarmaq demək olar ki, mümkün deyil.

Quruluşlar daim dəyişdiyindən, Xumbu buzlağının keçilməsi son dərəcə təhlükəlidir. Hətta geniş ip və nərdivan keçidləri də can itkisinin qarşısını ala bilməz. Bu ərazidə 12 mərtəbəli bərk buz bloku tərəfindən əzilən bir çox insan həyatını itirdi. Aşkar edilmiş boşluqların qarşısını almaq asan ola bilər, lakin bəzən təcrübəsiz alpinistlər təhlükəli çatlaqlara düşə bilər.

2014-cü ildə uçqun

18 aprel 2014-cü il səhər yerli vaxtla səhər 6:30 radələrində Xumbu buzağanında 16 Nepal alpinisti uçqun nəticəsində həlak oldu.[1] 22 aprel tarixində 13 cəsəd tapıldı və üçü itkin olaraq qalaraq öldü.[2] Alpinistlər uçqun onları bürüdüyü zaman bahar dırmaşma mövsümü üçün təhlükəli buzlanma yolu ilə marşrut hazırlayırdı.[3] Doqquz nəfər kəskin travma xəsarətləri aldı.[2]

İstinadlar

  1. "Mount Everest avalanche kills 12 Nepalese guides" Arxivləşdirilib 2020-11-11 at the Wayback Machine. CBC News. 18 April 2014. Retrieved 2014-03-18.
  2. Krakauer, Jon. "Death and Anger on Everest". The New Yorker. 21 April 2014. 21 July 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 April 2014. Of the twenty-five men hit by the falling ice, sixteen were killed, all of them Nepalis working for guided climbing teams.
  3. Burke, Jason; Rauniyar, Ishwar (18 April 2014). "Mount Everest avalanche leaves at least 12 Nepalese climbers dead" Arxivləşdirilib 2014-04-18 at the Wayback Machine. The Guardian. Retrieved 2014-03-18.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.