Xulian Palasios

Xulian Palasios Qutyerres (isp. Julián Palacios Gutiérrez; 23 avqust 1880, Madrid — 1947, Madrid) "Yeni Futbol Cəmiyyəti"nin (1901-ci ildən etibarən "Madrid Futbol Klubu" adlanır) yaradıcılarından biri və ilk prezidenti. Xulian Palasios tarixə "Real Madrid"i quran şəxslərdən biri kimi düşüb. O, klubun rəsmi qeydiyyata alınana qədər (1900-cü ildən 6 mart 1902-ci ilə qədər) ilk rəsmi prezidenti hesab olunur. İspaniyada yerləşən "Ödənişsiz Təhsil Müəssisəsinin" (Institución Libre de Enseñanza .isp) müəllim və tələbə heyəti 1897-ci ildə "Skay Futbol" (Sky Football .ing) Cəmiyyətini (Sociedad .isp) yaratdılar[1][2]. Bu klub "Cəmiyyət" (Sociedad .isp) adı ilə tanınmağa başlandı. Həmin dövrdə "Cəmiyyət" Madrid şəhərində yerləşən və oyunlarını Moncloa bölgəsində keçirən yeganə klub idi. 1900-cu ildə "Cəmiyyət"in üzvləri arasında fikir ayrılığı yarandı. Bir qrup şəxs klubu tərk edərək "Skay Futbol"dan fərqlənmək üçün "Yeni Futbol Cəmiyyəti" (Nueva Sociedad de Football .isp) adlanan klub yaratdılar[3]. Bu şəxslərin arasında Xulian Palasios da var idi. O, 6 mart 1902-ci ilə kimi klubun preizdenti vəzifəsində çalışdı. 6 mart 1902-ci ildə yeni İdarə Heyəti seçildi. Xulian Palasios öz davamçısı kimi Xuan Padrosun namizədliyini irəli sürdü. Xuan Padros "Madrid Futbol Klubu"nun ikinci preizdenti seçildi və klub yeni adla rəsmi qeydiyyatdan keçərək fəaliyyətə başladı. "Madrid Futbol Klubu" 1900-ci ildə təsis edilməsinə baxmayaraq rəsmi qeydiyyatdan 1902-ci ildə keçib. Belə ki, klubu yaradanlar ilk vaxtlar buna ehtiyac olmadığını düşünürdülər ona görə də klubun adını reyestrə salmağa tələsmirdilər. Amma İspaniyada futbolun sürətlə inkişaf etməsi və ilk ölkə miqyaslı turnirlərin təşkil edilməsi nəticəsində klubun rəsmi qeydiyyata alınması zərurəti yarandı. Ona görə də klub 6 mart 1902-ci ildə rəsmi qeydiyyatdan keçdi halbuki artıq 2 il idi ki (1900-cü ildən bəri) fəaliyyət göstərirdi[4].

Xulian Palasios Qutyerres
Julián Palacios Gutiérrez
Doğum tarixi
Doğum yeri İspaniya Madrid, İspaniya
Vəfat tarixi
Vəfat yeri İspaniya Madrid, İspaniya
Vətəndaşlığı İspaniya İspaniya
Fəaliyyəti "Real Madrid"in ilk prezidenti (1900— 6 mart 1902)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mənbə

  • Martínez Calatrava, Vicente (2001). Historia y estadística del fúbol español. ISBN 978-84-607-5701-6 (.isp)
  • Pasamontes, Juan Carlos (2003). Todos los jefes de la Casa Blanca. Ed. Pearson. ISBN 84-205-4047-1 (.isp)

İstinadlar

  1. "La aguja del pajar: el origen del fútbol en Madrid" (isp.). cihefe.es. 16 sentyabr 2013. 2022-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2018.
  2. "En qué siglo se fundó el Real Madrid?" (isp.). cihefe.es. 16 noyabr 2013. 2022-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2018.
  3. "Papeles Del Madrid - (Respuesta a Martínez Patón)" (isp.). lapalanganamecanica.com. 20 yanvar 2014. 2019-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2018.
  4. "Real Madrid Hisrotia" (isp.). elmundo.es. 2022-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2018.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.