Xudayarlı
Xudayarlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Xudayarlı Cəbrayıl rayonunun Qumlaq inzibati ərazi vahidində kənd. Araz çayı sahilində, düzənlikdədir. Xudayarlı kənddə yaşayan dord nəsildən birinin adıdır. Böyük Vətən müharibəsi illərində kənd əhalisinin bir hissəsi Xələfli qəsəbəsinə, qalan hissəsi isə Xudafərin korpusunun yanına köçmüşdür. Odur ki, kənd bəzən Xudafərin də adlanır.[1].
Xudayarlı | |
---|---|
Ölkə | Azərbaycan |
Rayon | Cəbrayıl rayonu |
Tarixi
1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd öz adını Xudayar yüzbaşı Çələbiyanlıdan alıb. O, 1799-cu ildə Qaradağ vilayətinin Çələbiyanlı elində öz adı ilə adlanan оbada anadan оlmuşdu. Bəzi bilgilərə görə Şərəfabad şamı deyilən yurdda dünyaya gəlib. Mоlla yanında оxumuşdu. Atasından sоnra оbalarına yüzbaşılıq еtmişdi. Xudayar yüzbaşı 1835-ci ildə Çələbiyanlı elinin bir neçə obası ilə Qarabağa gəlmişdi. Hələ Qaradağdan tanıdığı Cəfərqulu xan Məhəmmədhəsən ağa oglu Sarıcalı-Cavanşirə (Cəfərqulu xan Nəvaya) müraciət etmiş, ondan Diridağını almışdı. Burda qışlaq qurmuş, yayı yaylaqda keçirmişdi. Adi bir yüzbaşı olmasına baxmayaraq bir sıra görkəmli adamlarla dostluq etmişdi. İran şahının vəliəhdi Abbas mirzə Naibəssəltənə onu şəxsən tanıyırmış. II Rus-İran savaşında şahzadənin tapşırıqlarını yerinə yetirmişdi. Abbas mirzənin vəfatından sonra Qaradağ hakimi ilə yola getməmiş, Qarabağa mühacirət etmişdi. Qarabağda heyvandarlıqla məşğul olmuş, hakimin xahişlərinə baxmayaraq geri qayıtmamışdı. Xudayar yüzbaşı 1870-ci ildə vəfat edib. Xudayar yüzbaşı Şərəfnisə xanımla ailə qurmuşdu. Mustafa (1830-?), Əsədulla (1832-?), Fərəculla (1839-?), Əmənulla (1842-?) adlı оğulları, Hürnisə və Gülnisə adlı qızları vardı.Kəndin aparıcı tayfası onun törəmələri idilər. Xudayarlı obasından Əziz Fərəc yüzbaşı oğlu çar zabiti idi. Teymur Fərhad oğlu I Dünya müharibəsində iştirak etmişdi. 2020-ci ildə işğaldan azad olunub.
Toponimikası
Xudayarlı Cəbrayıl rayonunun Qumlaq inzibati ərazi vahidində kənddir. Araz çayı sahilində, düzənlikdədir. Xudayarlı kənddə yaşayan dörd nəsildən birinin adıdır. Böyük Vətən müharibəsi illərində kənd əhalisinin bir hissəsi Xələfli qəsəbəsinə, qalan hissəsi isə Xudafərin körpüsünün yanına köçmüşdür. Odur ki, kənd bəzən Xudafərin də adlanır.[2]
Mədəniyyəti
Azərbaycan aşıq şeirinin babası Dirili Qurbani, Dirili Surxay əslən bu kəndəndirlər.
Tarixi abidələri
Kənddə anaxaqanlığı dövründən qalma Mazan nənə türbəsi, Qız qalası (Cəbrayıl) istehkamı, Dirili Qurbaninin məzarı, Mərmər ana türbəsi və başqa tarixi abidələr qərar tuturdu.
Əhalisi
Tayfaları
Xudayarlı, Hacıabasəlilər, Abışlı, Hacıhüseynli...
İqtisadiyyatı
- Əsas təsərrüfatı heyvandarlıq idi.
Həmçinin bax
- Cəbrayıl rayonu
- Xudayar yüzbaşı Çələbiyanlı
Xarici keçidlər
Mənbə
- Ənvər Çingizoğlu, Yük üstü çadırlı, yük altı qatırlı oba - Xudayarlı, Bakı, "Soy" dərgisinin buraxılışı, 2004, 128 səh.
İstinadlar
- "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427