Xuan Çao

Xuan Çao (çin. ənən. 黃巢, sadə. 黄巢, pinyin: Huáng Cháo, ?- 884) — Çinli duz taciri və 874–884-cü illərdə Çində üsyan başçısı.

Xuan Çao
çin. ənən. 黃巢, sadə. 黄巢, pinyin: Huáng Cháo
Doğum tarixi IX əsr
Vəfat tarixi
Vəfat səbəbi qanitirmə[d]
Fəaliyyəti şair, üsyançı, zabit

Həyatı

Xuan Çaonun doğum tarixi məlum deyil.

874-cü ildə Çinin şimal-şərqində Xuan Çaonun başçılığı ilə kəndli üsyanı baş verdi. Üsyançılar böyük bir ordu yaratdılar. Üsyançılar cənuba doğru irəliləyərək əvvəlcə Quançjou (Kanton) şəhərini, sonra isə ölkənin paytaxtı Çanan şəhərini ələ keçirdilər. İmperator qaçdı. Xuan Çao imperator elan edildi. Vergilər ləğv olundu, imperator anbarlarından kəndlilərə taxıl paylandı. Imperator və feodallar ölkənin şimalında yaşayan köçəri mancurların köməyi ilə üsyanı 884-cü ildə yatırdılar.

Üsyan zamanı öldürülmüş feodalların torpaqları kəndlilərin əlinə keçdi, kəndlilərin vəziyyəti, müvəqqəti olsa da, yüngülləşdi.

Xuan Çaonun başçılığı ilə üsyan

874-cü ildə imperiyanın şimal-şərqində baş verən üsyanlar bır axında birləş­məyə başladı. Kəndli müharibəsi ocaqlarının həyati əhəmiyyətli Xenan, Xebey və Şandun vilayətlərinin yaxınlığında olması onlar üçün böyük təhlükə yaradırdı. Tezliklə Xebey vilayətinin üsyançıları arasında duz ticarəti ilə məşğul olanVan Syan-çji önə çıxdı. 874-cü ildə onun 3 minlik dəstəsi kəndlilə­ri öz ətrafında birləşdirən mərkəzə çevrildi. Növbəti 875-ci ildə Şandun vilayətində başqa bir duz ticarətçisi Xuan Çao və onun 8 ən yaxın silahdaşı bir necə min döyüşçüdən ibarət dəstə yaratdı­lar və Van Syan-çjinin ordusuna qoşuldular. Artıq 876-cı ildə Van Syan-çjinin və Xuan Çaonun qoşunları sırasında 100 min nəfər var idi. Onlar Xuanxe və Yantszı çayları arasında yerləşən beş vilayətdə hərbi əməliyyatlar aparır, imperiyanın ikinci paytaxtı Loyanı təhdid edirdilər. Bəzi bölgələrdə hö­kumət qoşunları üsyançıların tərəfinə keçirdi. Kəndli müharibəsinin başçıları öz çağırışlarında məmurların qəddarlığı və satqınlığını,

qanunların ədalətsizliyini və vergilərin ağırlığını ifşa edirdilə r.Üsyançılar dövlət qeydiyyat kitablarını və borc siyahılarını yandırı r,feodallara vergi verməkdən və biyara gtməkdən boyun qaçırırdılar. Dövlətə, mülkədarlara və monastırlara aid anbarları tutur, şə­hərlərdəki malikanələri dağıdır, məmurları, iri feodalları və sələm­çiləri öldürürdülər. Onlar taxılı, paltarları və əldə etdikləri digərəmlakı kəndlilər arasında bölüşdürürdülər. Tan hökuməti üsyançıların rəhbərlərinə orduda yüksək vəzi fəvəd edərək, onları ələ almağa çalışırdı. Van Syan-çji bu təklif lərazılaşmağa hazır idi. O, hesab edirdi ki, yüksək hərbi vəzifəyə yiyələnsə və hakimiyyətin dəstəyi ilə kəndlilərə daha çox köm əkedə biləcək. Bu səbəbdən Van Syan-çji və Xuan Çao arasın daixtilaf yarandı. Van Syan-çji son nəticədə hökumətilə sövdələş­mədən imtina etsə də, üsyançıların rəhbərləri arasında yaran anziddiyyət 877-ci ilin əvvəlində kəndli müharibəsində iştirak ed ənqüvvələrin parçalanmasına gətirib çıxardı. 878-ci ilin martında i səVan Syan-çjinin zəifləmiş ordusu hökumət qoşunları tərəfindən darmadağın edildi. Van Syan-çji əsir alındı və edam edildi. Onun dəstələrinin qalıqları Xuan Çaonun ordusuna qoşuldu. Xuan Çaoartıq üsyançıların vahid başçısına çevrildi və kəndli müharibəsi nitam olaraq özü idarə etməyə başladı. O, təmtəraqlı «Səmayayardım edən Böyük sərkərdə» titulunu qəbul etdi. Kəndli hərəka tıget-gedə genişlənirdi. Xuan Çao bu hərəkata mütəşəkkillik gətirmək üçün ordusunda ciddi nizam-intizam yaratdı, digər üsyan çıqruplarla əlaqəyə girdi və yerlərdə kəndli özünüidarə qurumların ıntəşkilinə cəhdlər göstərd i.880-ci ilin yayında üsyançılar Loyan şəhərinə yürüşə çıxdıla r.Xuan Çao öz çağırışlarında Tan sülaləsi ilə bilavasitə bağlı olmayan əhalinin bütün zümrələrini öz tərəfinə keçməyə, hökum ətqoşunlarını isə müqaviməti dayandırmağa çağırırd ı.Loyan 880-ci ilin noyabrında alındı, 881-ci ilin 10 yanvarın daisə Xuan Çaonun 600 minlik qoşunu paytaxt Çananı ələ keçird i.İmperator qaçdı və Siçuanda məskunlaşdı. Tan sülaləsindən ol anzadəganlar, saray əyanları, varlılar və məmurlar məhv edildilə r.Ələ keçirilmiş qida, parçalar və qızıl kasıblara paylandı. Xuan Çao Böyük Tszi (Xuan Çaonun vətəni olan Şandunu vilayətində qə­dimdə mövcud olan dövlətin adı ilə) sülaləsinin yaranmasını el anetdi və «Qızıl hakimiyyət» şüarı altında imperator oldu. Xu anÇaonun ən yaxın silahdaşlarından təşkil edilmiş hakimiyyət orqanları formalaşdırıld ı.Bütün bunlara baxmayaraq, üsyançıların proqramı, mübarizənin istiqaməti və məqsədi haqqında dəqiq təsəvvür yox idi. Bövr r üçün tipik olan kortəbii, qeyri-mütəşəkkil kəndli hərəkatı idi.881-ci ilin yazından - Tan imperiyasının hər iki paytaxtı alı­nandan sonra üsyançılar fəal hücum əməliyyatları keçirmirdilər. Xuan Çao Tan imperatorunu təqib etmədi və bununla da ona güclərini yenidən səfərbər etməyə əlverişli imkan yaratdı. Siçuanda imperatorun yanında toplanmış feodallar isə heç də vaxt itirmirdilər. Tan imperiyasının hakim qüvvələri onlara qarşı olan təhlükə­nin mahiyyətini anladığından bütün köhnə nifaqları unutdu, T ansülaləsi ətrafında birləşdi və əks hücuma keçdi. Tan höku mətitürk şato tayfasının Li Keyyunun başçılığı altında olan süvari dəstəsini öz tərəfinə çəkməyə nail oldu. Tanqut sərkərdəsi Toba Sıqun da öz ordusu ilə birgə Tan xanədanının köməyinə gəldi. Üsyançılar isə daxili böhran yaşayırdılar.881-ci ilin yayında üsyan əleyhdarlarının böyük bir ordu supaytaxt Çanana daxil oldu. 882-ci ilin oktyabrında iri üsyançı dəstələrindən birinin başçısı olan xırda məmur Çju Venin hökum ətqoşunlarına təslim olması üsyançıların vəziyyətini daha da ağırlaşdırdı. 883-cü ilin mayında üsyançılar Çananı tam tərk etdilər vəLi Keyyunun 40 minlik qoşunu paytaxta soxuldu. Süvarilərin vəh­şiliyi dəhşət yaratdı. Xalq süvariləri «qara qarğalar», onların sərkərdəsi Li Keyyunu isə «təpəgöz əjdaha» adlandırmağa başladı.884-cü ilin may-iyun aylarında Li Keyyunun və Çju Venin hö­kumət qoşunları Xenanda üsyançıların Şan Janın (Xuan Çaonunən yaxın silahdaşı) və Xuan Enin (Xuan Çaonun kiçik qardaşı)başçılıq etdiyi ordularını ağır məğlubiyyətə uğratdılar. Xuan Çaovə onun ordusunun qalıqları (dəstədə mindən az döyüşçü qalmışdı) onları təqib edənlərdən qurtularaq Şandun vilayətinə çəkildi. 884-cü ilin iyul ayında hökumət qoşunları onları burada haqladılar. Xuan Çaonun dəstəsi getdikcə kiçilirdi. Vəziyyətin çıxılmazlığını anlayan Xuan Çao özünü öldürd ü.Lakin Xuan Çaonun ölümü ilə üsyan bitmədi. Bir sıra bölgə­lərdə onun ordusundan ayrılmış dəstələr və ya hökumət qoşunlarının dağıtdığı üsyançı dəstələrin qalıqları müqaviməti davam etdirirdilər. Xuan Çaonun başçılıq etdiyi kəndli müharibəsi məğlubiyyətə uğramasına baxmayaraq, o, Çində baş vermiş ən böyük kəndli hərəkatlarından biri kimi ölkə tarixində böyük rol oynamışdı. Kəndlilərin uzun illər boyu davam edən inadlı mübarizəsi hakim qüvvələrə və Tan hakimiyyətinə ciddi zərbə vurdu. Çoxlu sayda iri feodal, məmur və sələmçi qətlə yetirildi. Tan sülaləsinin hakimiyyətiyalnız nominal olaraq qaldı.Çin feodal qüvvələri və köçərilərin birləşmiş qüvvələri üsyanaqalxmış xalq üzərində qələbə qazanmaqla imperiyanı ələ keçirdilər. Möhtəşəm kəndli müharibəsi nəticəsində Tan sülaləsi taqətdən düşmüş hala gəldi. 907-ci ildə isə Çju Ven saray çevrilişi etdivə sonuncu Tan imperatorunu taxtdan saldı.[1]

Həmçinin bax

Xarici keçidlər

  1. Axundova, Nərgiz. Asiya və Afrika ölkələrinin orta əsrlər tarixi (Azərbaycan). Bakı: Adiloğlu. 2010. 48–51.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.