Xuçni

XuçniRusiya Federasiyasının Dağıstan Respublikasının Tabasaran rayonunda yerləşən kənd. Xuçni kəndi «„Xuçni kənd sovetliyi“» vahidliyinə daxildir[2]. Rayonun inzibati mərkəzidir.

Xuçni
41°56′54″ şm. e. 47°56′46″ ş. u.
Ölkə  Rusiya
Rayon Tabasaran rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 677 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 3.232 nəf. (2010)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu +7 87249
Poçt indeksi 368650
Xuçni xəritədə
Xuçni
Xuçni

Əhali

2010-cu il Ümumrusiya Əhalinin Siyahıyaalınmasına əsasən Xuçninin milli tərkibi Tabasaranlar (85%), azərbaycanlılar (13%), digərləri (2%)[3][4]. Dini baxımdan islam dininin sünni məzhəbində etiqad edirlər. Əhalisi 3232 nəfərdir (2010).

Etimologiya

Belə bir fərziyə vardır ki, adı türk sözü olan «xoş» sözündən əmələ gəlmişdir. Digər versiyada isə tabasaranca olan «xyoç» sözündən əmələ gəlməsi və "ov" mənasını bildirməsi qeyd edilir.

Coğrafiyası

Kənd Rubas çayının sol sahilində, Dərbənd şəhərindən cənub-şərqdə yerləşir[5].

Xuçni şəlaləsi

Tarixi

Görməli yerləri

500 m şimalda Üç qardaş və bir bacı qalası yerləşir.

Kənddə həm də şəlalə var. Buraya yay aylarında Rusiyanın bir çox bölgələrindən turistlər gəlir.

İstinadlar

  1. http://dagstat.gks.ru/wps/wcm/connect/rosstat_ts/dagstat/resources/b698fa00421f084fbfb3ff2d59c15b71/%D0%92%D0%9F%D0%9D+%D1%82%D0%BE%D0%BC1.rar.
  2. "Хучнинский сельский округ (сельсовет)". 2014-07-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-18.
  3. "Cənubi Dağıstan". 2017-09-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-18.
  4. "Данные Всероссийской переписи населения 2010 года". 2019-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-16.
  5. "Dağıstan xəritəsi". 2013-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-18.
  6. Алиев Б. Г., Умаханов М.-С. К. Историческая география Дагестана. XVII — начало XIX в. Т. 2. — Махачкала: Дагестанский научный центр, Ин-т истории, археологии и этнографии РАН, 2001.
  7. "Tabasaran rayonunun çağdaş tarixi". 2017-07-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-18.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.