Xristofor Sims
Xristofor Sims (ing. Christopher Albert Sims; 21 oktyabr 1942[3][4][…], Vaşinqton[5][6][…]) — amerikalı iqtisadçı. 2011-ci ildə Tomas Sercentlə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.[7]
Xristofor Sims | |
---|---|
ing. Christopher Albert Sims | |
Doğum tarixi | |
Doğum yeri | Vaşinqton ABŞ |
Vətəndaşlığı | ABŞ |
Elm sahələri |
Yeni Neoklassik məktəb Makroiqtisadiyyat Ekonometrika Zaman sıraları |
İş yerləri |
Harvard Universiteti (1968-1970) Minnesota Universiteti (1970-1990) Yel Universiteti (1990-1999) Prinston Universiteti |
Təhsili | |
Üzvlüyü | |
Mükafatları | 2011 İqtisadiyyat üzrə Nobel mükafatı |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Xristofor Sims 1942-ci ildə Vaşinqtonda anadan olmuşdur. 1959-cu ildə Harvard Universitetinə qəbul olmuş və həmin universitetin riyaziyyat fakültəsindən məzun olmuşdur. 1964-cü ildə yenidən Harvard Universitetində Məhsuldarlıq dəyişməsi dinamikası: Nəzəri və empirik bir çalışma (ing. The Dynamics of Productivity Change. A Theoretical and Empirical Study) adlı doktorluq dissertasiyası müdafiə etmiş və 1968-ci ildə Harvard Universitetində doktorluq dərəcəsinə yüksəlmişdir.
Aspirantura təhsili alarkən Harvard Universitetində iqtisadiyyat fənnindən mühazirə demişdir. Daha sonra 1968–1970-ci illərdə yenə Harvard Universitetində köməkçi professor olaraq fəaliyyət göstərmişdir. 1970–1990-cı illərdə Minnesota universitetində çalışdıqdan sonra Yel Universitetinə keçmişdir və hal-hazırda da bu universitetdə fəaliyyətini davam etdirməkdədir.
Xristofor Sims ekonometrika və yeni neoklassik makroiqtisadi nəzəriyyə ilə bağlı olaraq çox əhəmiyyətli məqalələr yazmış və bu sahələrə ciddi töhfələr vermişdir. Ekonometrika sahəsində zaman sıraları yanaşmasına xüsusi diqqət yetirmişdir. Bununla yanaşı yeni neoklassik makroiqtisadiyyat sahəsində qiymət səviyyəsi üçün maliyyə siyasət nəzəriyyəsi və Lars Piter Hansen ilə birlikdə Şüurlu diqqətsizlik (ing. Rational inattention) mövzularını tədqiq edərək daha da inkişaf etdirmişdir.
Elmi qurumlara fəxri üzvlükləri
- 1975 — Ekonometrika Cəmiyyəti.
- 1988 — Amerika İncəsənət və Elmlər Akademiyası (ing. American Academy of Arts and Sciences).
- 1989 — ABŞ Milli Elmlər Akademiyası (ing. National Academy of Sciences).
Əsərləri
Doktoqluq dissertasiyası
- "The Dynamics of Productivity Change. A Theoretical and Empirical Study", Harvard University, 1968.
Məqalələr
- 1971: "Discrete Approximations to Continuous Time Distributed Lags in Econometrics", Econometrica C. XXXIX, No.3, S. 545–563
- 1971: "Distributed Lag Estimation When the Parameter Space is Explicitly Infinite-Dimensional", Annals of Mathematical Statistics, C. XLII, No. 5, S. 1622–1636.
- 1972: "Money, Income, and Causality", American Economic Review, C. LXII, No. 4, S. 540–552
- 1974: "Seasonality in Regression", Journal of the American Statistical Association, C. LXIX, S. 618–627
- 1977: " Exogeneity and causal orderings in macroeconometric models", New methods in business cycle research. Federal Reserve Bank of Minneapolis, Minneapolis
- 1980: "Macroeconomics and Reality", Econometrica, C. XLVIII, No.1, S. 1–48
- 1982: "Policy Analysis with Econometric Models", Brookings Papers on Economic Activity, C. XIII, S. 107–164.
- 1991: Harald Uhlig with, "Understanding Unit Rooters. A Helicopter Tour", Econometrica, C. LIX, No.6, S. 1591–1599
- 1994: Eric M. Leeper with, "Towards a Modern Macroeconomic Model Usable for Policy Analysis", NBER Macroeconomics Annual MIT Press, S. 81–118
- 1994: "A Simple Model for Study of the Determination of the Price Level and the Interaction of Monetary and Fiscal Policy", Economic Theory Springer, C. IV, No. 3, S. 381–399.
- 1996: "Macroeconomics and Methodology", Journal of Economic Perspectives, C. X, No. 1, S. 105–120
- 1998: Eric M. Leeper and Tao Zha with, "What Does Monetary Policy Do?", Brookings Papers on Economic Activity, C. XXVII, S. 1–78
- 1998: Tao Zha with, "Bayesian Methods for Dynamic Multivariate Models", International Economic Review, C. XXXIX, No. 4, S. 949–968
- 1998: "Role of interest rate policy in the generation and propagation of business cycles. What has changed since the '30s?". Proceedings 1998 Boston FRB Annual Res. Conf., Federal Reserve Bank of Boston, S. 121–160
- 1999: Tao Zha with, "Error Bands for Impulse Responses", Econometrica C.LXVII, No. 5, S. 1113–1156
- 1999: "The Precarious Fiscal Foundations of EMU", De Economist C. CXLVII, No. 4, S. 415–436
- 2002: "Fiscal consequences for Mexico of adopting the dollar.", Journal of Money, Credit and Banking, C. XXXIII, No. 2, S. 597–616
- 2002: "Solving Linear Rational Expectations Models", Computational Economics, C. XX, No. 1/2, S. 1–20
- 2002: "The Role of Models and Probabilities in the Monetary Policy Process", Brookings Papers on Economic Activity C. XXXIII, S. 1–62
- 2006: "Rational Inattention. Beyond the Linear-Quadratic Case", American Economic ReviewC. XCVI, No. 2, S. 158–163
Həmçinin bax
Xarici keçidlər
İstinadlar
- Sims X. The Dynamics of Productivity Change: A Theoretical and Empirical Study. Harvard Universiteti, 1968.
- https://www.econometricsociety.org/society/organization-and-governance/fellows/current.
- NNDB (ing.). 2002.
- A Nobel Prize for Empirical Macroeconomics: Assessing the Contributions of Thomas Sargent and Christopher Sims (ing.).
- HerbertA.Simon[IdeologicalProfilesoftheEconomicsLaureates] (ing.).
- Readers & Thinkers: The 2011 Nobel Prize in Economics. Assume Nothing (ing.). 2012.
- "The Prize in Economic Sciences 2011". Arxivləşdirilib 2013-05-28 at the Wayback Machine Nobelprize.org.