Xoy
Xoy (azərb. Xoy; fars. خوی) — İran İslam Respublikasının Qərbi Azərbaycan ostanındakı Xoy şəhristanının inzibati mərkəzi. Şəhər ərazisi 30 km².-dir.[4]
Xoy | |
---|---|
خوی | |
38°33′01″ şm. e. 44°57′08″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.143 m[2] |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +98 461 |
Digər | |
khoy.ir | |
| |
Vikianbarda əlaqəli mediafayllar |
2012-ci ildə aparılmış siyahıya almanın yekunlarına əsasən əhalisi 200,985 & 354,309 nəfərdir.[5][6]
Tarixi
Xoy şəhərinin tarixi e.ə. 3000–4000-ci illərdən başlayır. Şumer mənbələrində adı çəkilən Arrata adlı bölgənin bugünkü Urmiya ilə Van şəhərləri arasındakı bölgə olduğu tarixçilər tərəfindən təsdiqlənmişdir. O illərdə bu bölgədə məskunlaşmanın olması da öz təsdiqi tapmışdır. Əvvəlcə Xoy şəhəri Azərbaycan ərazisində qurulan Manna dövlətinin sərhədləri içində olmuş, sonra Van və onun ətrafını özündə birləşdirən Urartu dövlətinin ərazisinə qatılmışdır. İslam dininin yayılması və xilafətin bu bölgəni ələ keçirməsi ilə şəhər müsəlmanların idarəsi altına keçmiş və uzun illər müxtəlif bəyliklərin tərkibində olmuşdur. Böyük Səlcuqlu hakimiyyəti zamanı Alparslanın Rum ordusunun gəlişini Xoyda xəbər aldığı tarixi mənbələrdən məlumdur. Anadolunun alınmasında da Xoydan bir istehkam kimi istifadə olunmuşdur. Şah İsmayıl ilə Yavuz Sultan Səlim arasındakı Çaldıran döyüşü Xoy yaxınlığında baş vermişdir (1514). İran-Osmanlı müharibələri zamanı şəhər bir neçə dəfə Osmanlı İmperiyasının əlinə keçmişdir. Sonda yenə də İran sərhədləri içinə qatılmışdır. Xoyun adı müxtəlif xalq dastanlarında və rəvayətlərində də çəkilir.
Etimologiyası
Xoy adına ilk dəfə 844-cü ildə İbn Xordadbehin "Məsalik və məmaliki" adlı əsərində rast gəlinir. O vaxtdan şəhərin adı heç bir dəyişikliyə məruz qalmamışdır.
Adın mənşəyi haqqında müxtəlif fikirlər mövcuddur. Ərəb mənbələrinə görə "Hovayy" adı "geniş vadi" mənasını verən "Havv" adıyla eyni kökdəndir və şəhərin adının kökü bu sözdəndir.
İranlı tarixçi Məhəmməd Əmin Riyahi isə Xoy adının 2700 il əvvəl Xoy yaxınlarında qurulan Urartu şəhəri Ulhu və ona bağlı Sardorihort (Sardorixort) qalasının adından alındığı ehtimalını irəli sürür.
Xoy erməni qaynaqlarında "səs", Pəhləvi dilində "duz" və "tər" mənasını verən Xoy və Hey sözləri ilə qeyd olunur.
Azərbaycan mənbələrində şəhərin adının "qoyun" sözünün transformasiya olunmuş variantı olduğu bildirilir.
1724 cüildə Xoy şəhri, Heşd, Rabat, Şivane, Gülli, Dere, Bayındır Beg, Sekudlı, Kadı, Timargân-Çukur-Nohud, Kabad, Avehce, Kilise ve Arami-i Kebirli isimli 13 məhəlləyə ayrılmışdır.[7]
Şəkillər
- Xoy şəhəri
- Kəbiri evi
- Qala qapısı
- Üstü örtülü bazar
- Xoy körpüsü
- Xoy körpüsü
- Şəms qülləsi
- Şəms qülləsi
- Hava limanı
Məşhur xoylular
- Molla Nəsrəddin — xalq müdriki, sufi.
- Cahan şah — qaraqoyunluların rəhbəri.
- Jalə Amuzgər — tanınmış iranşünas və universitet professoru.
- Bəhruz Vüsuqi — tanınmış kinoaktyor.
İstinadlar
- GEOnet Names Server. 2018.
- GeoNames (ing.). 2005.
- جمعیت به تفکیک تقسیمات کشوری (fars.).
- "فرمانداری ویژه شهرستان خوی > منوی عمودی > معرفی شهرستان". 2012-04-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-05-13.
- Population according to statistical center of Iran Arxivləşdirilib 2014-07-03 at the Wayback Machine in Persian
- "GeoHive: Global Statistics". 2010-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-04-16.
- "Arxivlənmiş surət". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-29.
- "Rumi Remembered in Birthplace of Shams". 7 April 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 March 2015.
Xarici keçidlər
- kültürel və əyləncə portalı Arxivləşdirilib 2013-06-03 at the Wayback Machine — Farsca
- Rəsmi dövlət Saytı — Farsca
- Xoyun Bələdiyə Saytı Arxivləşdirilib 2009-07-22 at the Wayback Machine — Farsca
- Xoy Azad Universiteti Arxivləşdirilib 2012-09-03 at the Wayback Machine — Farsca
- Dünya , Azərbaycan və Xoy Xəbərləri Arxivləşdirilib 2012-09-04 at the Wayback Machine — Farsca