Xovd vilayəti

Xovd aymakı[1] (monq. Ховд аймаг) - Monqolustanın 21 aymakından biri. Qərbi Monqolustanda, paytaxt Ulan-Batordan 1 580 km qərbdə yerləşir. Mərkəzi Xovd şəhəridir. Xovd aymakı adını Xovd çayından götürmüşdür.

Aymak
Xovd aymakı
monq. Ховд аймаг
Bayraq Gerb
Bayraq Gerb

47°00′ şm. e. 92°45′ ş. u.


Ölkə Monqolustan
İnzibati mərkəz Xovd
Qubernator Dandirdorjin Seveenravdan (MDP)
Tarixi və coğrafiyası
Yaradılıb 1931
Sahəsi 76 133 km2 km² (10-cü-ci yer)
Saat qurşağı (UTC+7, yayda
Əhalisi
Əhalisi 81 479 nəfər (2015)
Əhalinin sıxlığı 1,1 nəfər/km² (-ci yer)
Rəqəmsal identifikatorlar
ISO kodu MN-043
Telefon kodu +976 (0)143
Poçt indeksi 84000
Avtomobil nömrəsi XO
Rəsmi sayt
Xovd aymakı xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

1921-ci il Monqolustan inqilabından sonra, 1925-ci il noyabrın 21-də Çandmani Uulyn aymakı təsis edilir. Bu aymak ölkənin qərbində, indiki Uvs, Xovd aymaklarını və Bayan-Ölgiy aymakının qərbini əhatə edirdi. 1931-ci ildə Çandmani Uulyn aymakı Xovd və Dörvöd aymaklarına bölündü.

Əhalisi

Xovd aymakı öz mədəni əhalisi ilə seçilir. Burda çoxlu sayda etnoslar yaşayır. Xovd aymakında yaşayan etnoslara xalxaları, zaxçinləri, qazaxları, torqudları, öldləri, uryanxayları, dörvödlər, tuvalıları, çantuları, xoşudları nümunə göstərmək olar[2]. Bu etnosların hər birinin özünə xas yaşam tərzi, geyim tərzi, mədəni, ədəbi, bədii və musiqi ənənələri vardır. Aymakın əhalisi 1956-cı ildən etibarən artmaqda davam edir. 1956-cı ildə əhali sayı 42 300 nəfər idisə, 1969-cu ildə bu rəqəm 54 000, 1989-cu ildə 86 831, 2000-ci ildə isə 89 326 nəfər olmuşdur. 2006-cı ildə maksimum həddə çatmış (92 395 nəfər) və azalma müşahidə olunmuşdur. 2010-cu ildə 82 204 nəfər və 2014-cu ildə 81 min nəfərə yaxın azalmışdır.

Coğrafiyası

Xovd aymakı Monqolustan Altayında, Böyük Göllər hövzəsində və ən böyük hissəsi Qobi Altayında yerləşir. Ən yüksək yeri Munxayrxan zirvəsidir ki, onun yüksəkliyi dəniz səviyyəsindən 4 204 m-dir. Ən alçaq nöqtəs isə dəniz səviyyəsindən 1 126 m yüksəklikdə Cunqariya Qobisində yerləşən Bot Sonjiyn nöqtəsidir. Xovd aymakı ərazisindən axan çaylar aşağıdakılardır:

  • Xovd çayı
  • Bulqan çayı
  • Buyant çayı
  • Xoyd Senher çayı
  • Dund Senher çayı
  • Bodonç çayı

Xovd aymakı ərazisində yerləşən göllər aşağıdakılardır:

  • Xar us Nuur gölü
  • Xar Nur gölü
  • Dörgön gölü
  • Seseg gölü

Xovd aymakında yerləşən dağlar aşağıdakılardır:

  • Altay dağı
  • Jargalant xayrxan dağı
  • Bumbat xayrxan dağı
  • Batar xayrxan dağı
  • Monxxayrxan dağı
  • Baytaq bog dağı

Rayonları

Xovd aymakı 17 rayondan ibarətdir. Sahəsinə görə ən böyük rayon Altay rayonu olduğu halda, ən kiçiyi Jarqalant rayonudur. Aymakın mərkəzi Xovd rayonu olmasına baxmayaraq, coğrafi mövqeyinə görə Buyant, idarəetməsinə görə Jarqalant rayonu aymakın inzibati mərkəzi sayılır.

Rayon adı (sum)Monqolca adıAymak mərkəzinə qədər məsafə (km)Sahəsi km2Əhalisi (nəfər)Əhali sıxlığı nəfər/km2Etnik tərkib
AltayАлтай31013 1442 8490,25Zahçin
BulganБулган3358 1048 2621,19Torqud
BuyantБуянт193 7592 6730,96Tıva/Xalx
ÇandmaniЧандмань1606 0162 4690,52Xalx
DarviДарви2045 6042 3620,47Xalx
DörgönДөргөн1064 1282 2660,73Dörvöd
DuutДуут762 1461 2870,98Uryanxay
ErdenebürenЭрдэнэбүрэн602 7721 9951,22Old
JargalantЖаргалант07029 012417,24Xalx/Mixed
XovdХовд272 8302 7221,63Xalx
ManxanМанхан804 3303 4801,05Zahçin
MönxxayrxanМөнххайрхан1552 5541 9551,06Uryanxay/Zahçin
MöstМөст1803 9272 9390,91Zahçin
MyangadМянгад353 2582 6151,12Myangad
SesegЦэцэг2163 4912 4230,72Halx
ÜyençҮенч3057 4764 0240,64Zahçin
ZeregЗэрэг1302 5242 7271,23Zahçin

İstinadlar

  1. Khovd aimag Arxivləşdirilib 2016-03-15 at the Wayback Machine http://www.infomongolia.com Arxivləşdirilib 2015-12-05 at the Wayback Machine İstifadə tarixi:2015-11-15
  2. 000 оны тооллого

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.