Xotonlar
Xotonlar—Monqolustanda yaşayan türk etnik qrupu.
Tarixi
Bugün Monqolustanda, Qərbi Çindən köçürülmüş Qırğız soyundan gələn xotonlar yaşayırlar. Dili Türkcə olub gün keçdikcə Monqollaşan bir qrupdur. 2009-cu ildə aparılan əhali sayımına görə xotonların sayı 10 000-dən artıqdır. Əlbəttə, bu etnosu Şərqi Türkistandakı Xotan ilə Xotanlı uyğurlarla qarışdırmamaq lazım gəlir. “Uyğur” rəsmi etnonimi şəkillənmədən öncə Şərqi Türkistandakı uyğurların böyük qismi (Sinzyan-Uygur muxtar bölgəsinin əsas əhalisi) özlərini “Xotanlıyıq” deyərək bir etnik qruba aidiyətlərini bildirmiş olmalarıdır.
İlk başda “xoton” etnik adın anlamını bildirmək lazım gəlir. Bu etnonimin bənzərləri bugünkü qırğızların Çəkir Sayak və Sayak boylarının içində “Koton” şəklində özünü göstərir. “Xoton” Monqol dillərində bu anlamlara gəlir: 1. Qırğ. birqazan (pelikan); 2. “Fənər” anlamına gəlir (Monqol-Oros Tol 1957:343). Etnik adın paralelində bugünkü türkmənlərin içində “Gotan” şəklində olduğu bilinir. Bu termin Türkməncədə də yuxarıda söylənən anlama gəlir (Ataniyazov 1988: 30). Bu etnik ad yer adına (toponiminə) bağlı olaraq ortaya çıxmış ola bilir. Xoton toponimi şəhər və bölgənin adı olaraq Qərbi Çindəki Tarım su hövzəsinin yuxarı axarına yaxın bir yerdə vardır. Bu bölgədə qırğızlar hələ yaşayırlar. Xoton toponimi “Manas” dastanının bütün variantlarında bəhs edilir (Маnаs ensiklopediyası Т.I:324). XIII əsr Mərkəzi Asiyada özlərini göstərməyə başlayan monqollar Şərqi Türkistan müsəlmanlarına “xoton” deyirlər. Əlbəttə, Monqol dilli xalqlarda (Oyrot-Monqollarda) “xoton” qandaş yəni qan bağıyla əmələ gəlmiş, köçəri olan birim anlamına gəlir. “Aha” (Qırğızca – ağa, aka, Azərbaycan dilində - qağa, böyük qardaş) idarə etdiyi bu birimə sayı ikidən çox olan ailələr ev heyvanlarıyla qatılırdı. Xotondakı evlərin sayı heyvan otlaqlarının xüsusuna görə çoxalıb, bəzən də azalırdı.
“Xoton” adının anlamını Cunqar (Oyrot) xanlığının tarixi üzərində mütəxəssis olan İ.Y. Zlatkin beləcə açıqlayır: Xoton, qan bağı olan bir münasibənin üzərinə quruludur və bərabərcə keçimini yürüdən ailələrin qrupudur. Xotonda 4, 10, 50 və ya bundan çox ailələr qrupu olurdu. Bir neçə Xoton aymak və ya otağı təşkil edib, bu da ümumi mülkiyəti, sahibliyi bildirirdi. Otağlar və ya aymaklar qrupu ulusu, uluslar isə Cunqar (Oyrot) xanlığını təşkil edirdi (Çernışev 1990:59).
İndi isə Monqolustandakı Ubsu-Nur və Ulan-Qom bölgələrində yaşayan xotonlar kimdir, sorusuna cavab aramamız lazım gəlir. Dolonlar Monqol Xalq Respublikasının şimal-qərbindəki Ubsunur bölgəsinin (Ubsu-Nur gölünün cənub ətrafı) Trailan somonunda (Monqolca – zəngin torpaq), Ulan-Qom bölgəsinin Naran-Bulak somon bölgəsinin mərkəzində yaşayırlar. Daha açıqlanmamış bilgilərə görə Dolonlar Mancur Çin əsgərləri tərəfindən Şərqi Türkistanın xanlıqları ilə olan savaşda əsir alınmışdır. XVII əsrin sonu, XVIII əsrin əvvəllərində xotonları indi yaşadığı Xarxira (Qırğızca Karkıra)ya Cunqar xanı Qaldan-Boşoktu xan yerləşdirmiş deyilir. Qonşu yaşadığı Kalmak-Monqolların Derbət, Xotoqoyt v.s. etnik qruplarından antropoloji tipi baxımından fərqlilik göstərir. Dini inancları baxımından İslamın Sünni məzhəbinə aidiyət göstərməkdədirlər. Öz dillərini unutmuş deyə bilirik, tutunduğu dinlərində də Buddizmin, Şamanlığın və başqa dinlərin ünsürləri görünür. Amma özlərinin etnik köklərini və dinlərini unutmadıqları bəllidir. Üç yüzil öncəsində Xarxira çayına yaxın yerlərə sulama sistemləri qurulub, əkinçilik mədəniyyəti yüksək səviyəyə yüksəlmişdir. Bu üzdən bölgəyə Trialan (zəngin torpaq) deyilməkdədir. Xotonlar günümüzdə də əkinçilik və bağçılıqla həyatlarına davam etməkdədirlər. Ulan-Qomun Xarxirə (Karkıra) çayına yaxın yerlərdə yaşayan, içində bir neçə Türk etnik qrupları (çoxluqla Qırğız etnik qrupları) olan xotonlar bir neçə əsr öncə Xoton dağlarında yaşadıqlarına dair bilgilər var (Abramzon 1990: 67-68). Ünlü elm adamı və Türkoloq S.E. Malov da öz araşdırmalarında xotonların etnos olaraq qırğızlara yaxın olduğuna işarə etməkdədir.
Sayları
1956 | % | 1963 | % | 1969 | % | 1979 | % | 1989 | % | 2000 | % | 2007 [2] | % | 2009[3] | |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
2 603 | 0,31 | 2 874 | 0,28 | 4 056 | 0,34 | 4 380 | 0,28 | 6 076 | 0,31 | 9 014 | 0,38 | 6 904 | 0,27 | 10 249 | 0,38 |
Ədəbiyyat
- Атаниязов С. Словарь туркменских этнонимов. Ашхабад, 1988.
- «Маnаs». Ensiklopedisi. Bişkek, 1995, Т.I.
- Чернышев А.И. Общественное и государственное развитие ойратов в XVIII в. — М.: Наука. Главная редакция восточной литературы, 1990. 138 с.
- С. М. Абрамзон. Киргизы и их этногенетические и историко-культурные связи. — Л.: Наука, 1971.
İstinadlar
- «Монгол улсын ястангуудын тоо, байршилд гарч буй өөрчлөлтyyдийн асуудалд» М.Баянтөр, Г.Нямдаваа, З.Баярмаа pp.57-70 Arxivləşdirilib 2009-03-27 at the Wayback Machine
- "Государственный центр регистрации граждан и информации (на монг.)". 2011-07-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-07.
- Юрий Кручкин. Монголия. Географическая энциклопедия. Улан-Батор 2009.