Xostan Vəliyev
Xostan Vəliyev (tam adı: Xostan Ələsgər oğlu Vəliyev; 1932, Zəngilan rayonu – 2008, Bakı) — coğrafiya elmləri doktoru, professor.
Xostan Vəliyev | |
---|---|
Xostan Ələsgər oğlu Vəliyev | |
Doğum tarixi | |
Doğum yeri | Baharlı, Zəngilan rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elm sahəsi | coğrafiya |
Elmi dərəcəsi | coğrafiya elmləri doktoru (1986) |
Elmi adı | professor (1987) |
İş yeri | |
Təhsili |
Həyatı
Xostan Ələsgər oğlu Vəliyev 1932-ci ildə Zəngilan rayonunun Baharlı kəndində anadan olmuşdur. O, Bakı Kənd Təsərrüfatı Texnikumunda oxuduqdan (1947–1950) sonra Zəngilan su təsərrüfatı idarəsində texnik-topoqraf (1950–1951) işləmişdir.[1]
Xostan Vəliyev 1951–1956 illərdə Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) Geologiya-Coğrafiya fakültəsində ali təhsil almışdır.[1]
Xostan Vəliyev Azərbaycan hidrometeroloji xidmət idarəsinin neft daşları abservatoriyasında mühəndis, Səngi-Muğan meteoroloji stansiyasında rəis (1956–1963), Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) dosenti (1963–1968), Moskva Dövlət Universitetində baş elmi işçi (1969–1970) vəzifələrində çalışmışdır. Xostan Vəliyev 1970-ci idən ömrünün sonuna kimi Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru işləmişdir. O, 1992–1996 illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya fakültəsinin dekanı olmuşdur.[2]
Xostan Vəliyev 2008-ci ildə Bakıda vəfat etmişdir.
Elmi fəaliyyəti
Xostan Vəliyev 1959-cu ildə AEA (indiki Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu) Coğrafiya institutunun aspiranturasına qəbul olunmuş, 1963-cü ildə "Xəzərin Azərbaycan sahillərinin geomorfologiyası və dinamikası (şah dilindən Bəndovan burnunadək) mövzusunda dissertasiya müdafiə edərək coğrafiya elmləri namizədi alimlik dərəcəsi almışdır. O, 1986-cı ildə Azərbaycan EA (indiki AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu) Coğrafiya institutunun ixtisaslaşmış elmi şurasında "Xəzərin Azərbaycan sahillərinin geomorfologiyası və dinamikası" mövzusunda dissertasiya müdafiə edərək coğrafiya elmləri doktoru alimlik dərəcəsi almışdır. Xostan Vəliyev 1987-ci ildə professor elmi adını almışdır.[1]
Xostan Vəliyev Moskva, Tallin, Kiyev, Vladi-Vostok, Novosibirsk və s. şəhərlərdə keçirilmiş beynəlxalq konfrans və simpoziumlarda çıxış etmişdir.[1]
Xostan Vəliyev 150-dən artıq elmi məqanin "Azərbaycan Respublikasının neft-qaz akvatoriyaları sahillərinin dinamikası və geomorfologiyası" əsərinin müəllifidir.
Xostan Vəliyev AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda ixtisaslaşmış elmi müdafiə şurasının üzvü olmuşdur. O, 1981-ci ildə "Dünya okeanının qorunması və səmərəli istifadə edilməsi" Beynəlxalq komissiyasının üzvü seçilmişdir.[1]
Mənbə
- Orxan Zakiroğlu (Baharlı). Şərq tarixi: Baharlılar. (I kitab, Bakı, 2013)
- Orxan Zakiroğlu (Baharlı). Şərq tarixi: Baharlılar (Ensiklopedik məlumat kitabı). (II kitab, Bakı, 2013)
- Orxan Zakiroğlu (Baharlı). Mirzə Vəli bəy ocağı (sələfləri, xələfləri). Bakı, 2015
- Orxan Zakiroğlu (Baharlı). Xanlar xanı Bayram xan (sələfləri, xələfləri). Bakı, 2015
- Orxan Zakiroğlu (Baharlı). Əlişəkər bəy nəslinin tarixi şəxsiyyətləri. Bakı, 2015
- Orxan Zakiroğlu (Baharlı). Mirzə Vəli bəy və onun nəslinin tanınmış övladları. "Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri" (Doqquzuncu buraxılış). Bakı, 2014
İstinadlar
- Orxan Zakiroğlu (Baharlı). Şərq tarixi: Baharlılar. (I kitab, Bakı, 2013)
- "Xostan Vəliyev". 2014-06-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-18.