Xosrov Dövlət Təbiət Qoruğu

Xosrov (Gərni) Dövlət Təbiət Qoruğu (erm. Խոսրովի արգելոց) — Ermənistanın Ararat mərzi ərazisində, Qeqam silsiləsinin cənub hissəsində qorunan təbiət ərazisi. 1958-ci ildə yaradılmışdır. Qoruğun sahəsi 29 000 hektar olub Azat və Xosrov çayları hövzəsi daxilində yerləşir. Qoruğun yerləşdiyi ərazinin hündürlüyü 1400-2250 metr arasında dəyişir.

Xosrov Dövlət Təbiət Qoruğu
erm. Խոսրովի արգելոց
BTMB kateqoriyası — Ia (Ciddi Təbiət Qoruğu)
Sahəsi 29 196 hektar
Yaradılma tarixi 1958
Faunası cənubi Qafqaz ayısı, çöldonuzu, erməni muflonu, bezoar keçisi, Vaşaq, canavar, tülkü
Yerləşməsi
39°58′31″ şm. e. 44°51′31″ ş. u.
Ölkə  Ermənistan
Region Ararat mərzi
www.khosrov.am
Xosrov Dövlət Təbiət Qoruğu xəritədə
Xosrov Dövlət Təbiət Qoruğu
Xosrov Dövlət Təbiət Qoruğu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

Tarixi mənbələrə əsasən "Xosrov meşəsi"nin adı IV əsrdə yaşamış II Xosrovun adı ilə bağlıdır. Ehtimal olunur ki, Xosrov bu ərazidə çoxlu miqdarda ağac əkərək ərazini meşə sahəsinə çevirmişdir. Qoruq ərazisində bir çox tarixi və təbii abidələr mövcuddur. Ərazidə mağaralar, şəlalələr, qədim və orta əsrə aid monastırlar, kilsələr var. Xosrov qoruğu İrəvan şəhərindən 60 km cənub-qərbdə yerləşir. Şəhərdən yarım saatlıq yolda yerləşən qoruğun cənubunda Gərni məbədi yerləşir.

Qoruq ərazisində 1850 bitki növü mövcuddur. Bu Ermənistan florasının 50%-ni təşkil edir. 156 bitki növü nadir hesab olunur. Ermənistanın Qırmızı kitabına daxil edilən heyvanların 70%-i qoruq ərazisində məskunlaşıb. Ərazidə həmçinin 192 quş, balıq və sürünən növü var.[1]

Flora

Xosrov dövlət təbiət qoruğunda armud, alma, gavalı, gilas, quşarmudu, yemişan, badam, eləcədə seyrək məşəlik ərazilərdə ardıcpalıd yayılmış. Yüksək dağlıq ərazilərdə dağ kserofit, dağ-çöl və ətəklərdə yarımsəhra bitki növləri üstünlük təşkil edir.

Fauna

Heyavanat aləmindən aşağıdakılar üstünlük təşkil edir:

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.