Xosrov Abdullayev
Xosrov Abdulla oğlu Abdullayev (29 yanvar 1926, Şamaxı – 31 mart 1980, Novosibirsk) — Azərbaycan sirk artisti, jonqlyor, illüziyaçı, Azərbaycan SSR xalq artisti (1977).
Xosrov Abdullayev | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Şamaxı, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | (54 yaşında) |
Vəfat yeri | Novosibirsk, RSFSR, SSRİ |
Dəfn yeri |
|
Həyat yoldaşı | Lidiya Abdullayeva |
Fəaliyyəti | sirk artisti, jonqlyor, aktyor |
Mükafatları |
Həyatı
Xosrov Abdulla oğlu Abdullayev 29 yanvar 1926-cı ildə Şamaxıda anadan olub. Moskvadakı Dövlət Sirk Sənəti Məktəbini bitirib (1942). Azərbaycan SSR xalq artisti (1977) idi.
Xosrov Abdullayev 31 mart 1980-ci ildə Novosibirskdə vəfat edib. Moskvada dəfn edilmişdir.
Yaradıcılığı
Görkəmli sovet jonqlyorlarından olan Abdullayev 30 ildən artıq bu janrda fəaliyyət göstərmişdir. Abdullayevin jonqlyor sənəti virtuozluğu, orijinallığı, milli özünəməxsusluğu və ekssentrik elementləri ilə fərqlənirdi. Abdullayev həmçinin kloun və illüzionist kimi də tanınmış (Karandaş və E. Kionun proqramlarında), 1976-cı ildə ilk dəfə «İllüziya revüsü» attraksionu ilə müstəqil çıxış etmişdir. Dünyanın 48 ölkəsində qastrolda olmuşdur. «Uşaqlığın son gecəsi», «Cəsurlar meydanı», «Sirk meydançası» və s. filmlərdə çəkilmişdir. Abdullayev haqqında «Sirk mənim həyatımdır» sənədli filmi yaradılmışdır.[1]
Filmoqrafiya
- Uşaqlığın son gecəsi (film, 1968)
- O qızı tapın (film, 1970)
- Xosrov və Lida Abdullayevlər (film, 1974)
- Sirk mənim həyatımdır (film, 1978)
İstinadlar
- ABDULLAYEV Xosrov Abdaulla oğlu // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 32. ISBN 978-9952-441-02-4.